Kitabxana-informasiya sahəsi üzrə Dövlət Proqramı uğurla həyata keçirilir
27.07.10 | Günay Qurbanova
Bu gün Qusar rayon Mərkəzi Kitabxanasının Veb-saytının (www.qusar-mks.az) təqdimat mərasimi keçirilmişdir.
Veb-saytda Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri ilə bağlı fotoşəkillər oxucuların böyük marağına səbəb olmuşdur.
“Ən çox oxunan kitablar” linkində oxucuların daha çox maraq göstərdiyi kitabların siyahısı...
2 avqust kino günü - Əziz dostlar, dəyərli media mənsubları!
27.07.10 | İntiqam Hümbətov
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sizi 2 avqust kino günü münasibəti ilə təşkil olunan təntənəli mərasimə və «Azərbaycan kino plakatı. 1930-1980» sərgisinə dəvət edir.
Tədbir 2010-cu il avqustun 2-də, saat 16:00-da Muzey Mərkəzində keçiriləcəkdir.
PROQRAMDA:
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Ə.Qarayevin təbriki
- Kino veteranlarının təltif edilməsi
...
Koroğlu Operası İstanbulda
20.07.10 | Günay Qurbanova
2-23 iyul 2010-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində İstanbulun 2010-cu il üçün Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində 1-ci Beynəlxalq İstanbul Opera Festivalı keçirilir. TÜRKSOY Baş Katibliyinin hazırlamış olduğu və 23 iyul 2010-cu il tarixdə Haliç-Konqres Mərkəzində səhnələnəcək “Koroğlu” operası ilə festival başa çatacaqdır. İlk dəfə olaraq təşkil olunan Beynəlxalq...
Kitabxananın Dövlət Proqramı çərçivəsində keçirilən daha bir layihəsi
16.07.10 | İntiqam Hümbətov
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Milli Ordusuna həsr olunmuş layihə işləmişdir. Layihə əsasında kitabxananın Veb-saytında “Dağlıq Qarabağ problemi”, “Bunu hər kəs bilməlidir. Azərbaycanın qanlı tarixi”, “Onları hamı tanımalıdır” linkləri hazırlanmışdır. Kitabxanada “Qəhrəmanlığı zirvə tutduq” başlığı altında görüş, “Milli qəhrəmanlar zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın Milli...
Uşaq kitabxanalarının Veb-saytlarının sayı artır
09.07.10 | Samir Abbasov
«Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədi ilə Sumqayıt şəhər Uşaq Kitabxanasının Veb-saytı yaradılmış və oxucuların istifadəsinə verilmişdir (http://www.sum-child.az).
Sumqayıt şəhər Uşaq Kitabxanasının saytında kitabxana haqqında, habelə kitabxananın fondunda olan yeni və maraqlı kitabların elektron variantı oxuculara təqdim edilir. Veb-saytda ilk...