2007-ci il 21-23 noyabr tarixlərində Liviyanın Tripoli şəhərində Mədəniyyət Nazirlərinin V İslam Konfransı keçirilmişdir. Konfrans nəticəsində qəbul olunmuş İCCM5/2007/R.5.2 nömrəli qətnaməyə əsasən Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş və Mədəniyyət Nazirlərinin növbəti VI Konfransının Bakıda keçirilməsi qərara alınmışdır.
Mədəniyyət işçiləri
Soyadı Sultanov
Ad Rain
Ata adı Ələddin oğlu
Təvəllüdü 24.04.1965
Çalışdığı sahə Musiqiçi
Bioqrafiya

R.Sultanov A.Zeynallı adına Musiqi Texnikumunu bitirmişdir. 1985-ci ildə ifaçıların respublika müsabiqəsinin qalibi olmuşdur. Həmin ildən bəstəkar Polad Bülbüloğlunun yaratdığı «Aşıqlar» ansamblında saksofon ifaçısı kimi çalışmışdır. Bu kollektivlə birgə bir çox xarici ölkələrdə çıxış etmişdir.
1988-ci ildə SSRİ Xalq Artisti Rəşid Behbudovun dəvəti ilə Dövlət Mahnı Teatrında, daha sonra 1990-cı ildən «Qaya» Dövlət ansamblında, 1992-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkəti estrada-simfonik orkestrində solist-musiqiçi kimi çalışmışdır
1996-1997-ci illərdə R.Sultanov Almaniyada keçirilmiş caz festivallarında iştirak etmiş, tamaşaçıların böyük rəğbətini qazanmışdır. R.Sultanov «Sindikat» qrupu yaradıcıdır, bir neçə kompakt-disklər buraxmışdır.
2002-ci ildə Bakıda keçirilən «Caspian Jazz Blues Festival» təşkilatçılarından biri olmuş, «Azərbaycan cazının antologiyası» kitabının (2003-cı) müəllifidir.
2004-cı ildən R.Sultanov «Bakı Caz mərkəzi»nin baş direktoru vəzifəsində çalışır. 2005-2006-cı illərdə Bakıda keçirilən Beynəlxalq caz festivallarının bədii rəhbəri və prodüserdir.

Təbrik edirik

  • Əliyev Arif
  • Şixəmmədov Vüqar
Sizi ad günü münasibətilə təbrik edirik

Axtarış

Təqvim

Təqvim üzrə

Hava

+5..+7 °C Bak?
--4..--2 °C G?nc?
+3..+5 °C Sumqay?t
--8..--6 °C Nax?van

Abunə

generated 0.445775032043 seconds