Saytın yeni versiyası hazırlanma mərhələsindədir və yaxın aylarda istifadəyə veriləcək.
 Tədbirlər

Qara Qarayev adına Pianoçuların Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və «Fortepiano Qara Qarayev yaradıcılığında» Birinci Beynəlxalq elmi-ifaçılıq konfransı

Kateqoriya   Beynəlxalq səviyyəli tədbirlər
Keçirildiyi tarix [ 24-11-2009 - 10-12-2010 ]
Təsviri

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunmuş Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların «Fortepiano Qara Qarayev yaradıcılığında» I Beynəlxalq elmi-ifaçılıq konfransının 1 – 10 dekabr 2010-cu ildə keçirilməsi planlaşdırılır. Dünya təcrübəsində analoqu olmayan bu müsabiqə və konfransların məqsədi təcrübənin ifaçılıq nəzəriyyəsi ilə yaxınlaşmasıdır. Müsabiqə və konfransı Heydər Əliyev adına Fondun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Bakı Musiqi Akademiyası bazası əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi təşkil edir.
Elmi- ifaçılıq müsabiqəsinin sədri – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad BƏDƏLBƏYLİ.
Bədii rəhbər – BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan SEYİDOV.

SƏNƏDLƏR
Konfrans və müsabiqə haqqında

NOTLAR
1. «Tsarsko selo heykəli» (1937),
2. «Sonatina a-moll» (1943),
3. «Altı uşaq pyesi» (1950),
4. «24 prelüd»: I dəftər, №№ 1-6 (1951-52),
5. «24 prelüd»: II dəftər, №№ 7-12 (1951-52),
6. «24 prelüd»: III dəftər, №№ 13-18 (1957),
7. «24 prelüd»: IV dəftər, №№ 19-24 (1963),
8. «Orta səviyyəli çətin altı pyes» (1965),
9. «12 fuqa» (1981).

ƏDƏBİYYAT
1. L.Karaqiçeva. Qara Qarayev. “Sovetskiy kompozitor”, Moskva, 1960 (kitablardan fraqmentlər: “Tsarsko selo heykəli”, Sonatina, Altı uşaq pyesi, 24 prelüd).
2. Qara Qarayev. Məqalələr. Məktublar. Mülahizələr (Tərtibatçı-redaktor L.Karaqiçeva). “Sovetskiy kompozitor ”, Moskva, 1978 (kitablardan fraqmentlər: 24 prelüd).
3. T.Seyidov. Qara Qarayevin fortepiano üçün uşaq pyesləri. Azərnəşr, Bakı, 1971 (Altı uşaq pyesi, Sonatina).
4. T.Seyidov. Azərbaycan sovet fortepiano musiqisi (1930-1970). Yazıçı, Bakı, 1980 (kitablardan fraqmentlər: “Tsarsko selo heykəli”, Sonatina, Altı uşaq pyesi, 24 prelüd).
5. T.Seyidov. XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılıgı. Azərnəşr, Bakı, 2006 (kitablardan fraqmentlər: Qara Qarayevin 24 prelüdü və“ “Orta səviyyəli çətin altı pyesi”).
6. Qara Qarayevin 12 fortepiano fuqaları. Metodiki işləmə (Tərtibatçı T.Seyidov). Bakı, 1983.
7. Qara Qarayev prelüdlərində polifoniya ifasına metodiki tövsiyyələr (Tərtibatçı N.Sultanov). Bakı, 1983.
8. Qara Qarayevin fortepiano prelüdlərinin ifaçılıq və pedaqoji təhlili. Metodiki tövsiyyələr (Tərtibatçı A.Məhərrəmova). Bakı, 1992.
9. Qara Qarayev “Fortepiano üçün 24 prelüd”. Üçüncü dəftər. Metodiki tövsiyyələr (Tərtibatçı Z.Əliyeva). Bakı, 1977.
10. Qara Qarayevin ilk fortepiano əsərlərinin öyrənilməsinə metodiki tövsiyyələr (Tərtibatçı Z.Əliyeva). Bakı, 1977.
11. Qara Qarayev. «Orta səviyyəli çətin altı pyes». Metodiki tövsiyyələr (Tərtibatçı N.Quliyeva). Bakı, 1999.

Geriyə     
  

Təbrik edirik

  • Qurbanov Anar
  • Rəhmanova Leyla
Sizi ad günü münasibətilə təbrik edirik

Axtarış

Təqvim

Təqvim üzrə

Tədbirlərdə axtarış

Abunə

generated 0.16577816009521 seconds