Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcəkdir

Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcəkdir

1-2 dekabr 2016-cı il tarixində Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcəkdir. Tədbirin rəsmi açılış mərasimi 1 dekabr saat 10:00-da Şəkidə Marxal oteldə baş tutacaqdır. Açılış mərasimindən sonra toplantı işçi sessiyada işinə davam edəcəkdir.  

TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 34-cü iclasının gündəliyinə qurumun ötən il ərzində həyata keçirdiyi fəaliyyətlərin qiymətləndirilməsi, ənənəvi festivalların, cari layihələrin və yeni layihələrinin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və s. məsələlər daxil edilmişdir. Bununla yanaşı türk dünyasının 2017-ci il üçün mədəniyyət paytaxtı olacaq şəhərin seçiləcəyi də gözlənilir.

Toplantının sonunda yekun bəyannamə imzalanacaq və mətbuat konfransı keçiriləcəkdir. Elə həmin gün Şəki Dövlət Dram Teatrında TÜRKSOY Rəsm Sərgisinin açılışı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi təşkil olunacaqdır.

Dekabrın 2-də qonaqlar üçün Şəki Xan sarayı, Karvansaray və s. görməli yerlər də daxil olmaqla Şəki gəzintisi təşkil olunacaqdır. 

Xatırladaq ki, ötən il Türkmənistanın Mərv şəhərində keçirilmiş TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü iclasında Azərbaycanın tarixi və mədəni şəhəri kimi Şəki təşkilatın 2016-cı il üçün mədəniyyət paytaxtı seçilmişdir.


804

30.11.2016

Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərin nəzərinə

Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və ...


25.04.2017

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda ...


19.04.2017

Davamı...

Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2016-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq ...


18.04.2017

Davamı...

18 aprel 2017-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərində açıq qapı günləri elan olunur


17.04.2017

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi uşaq, yeniyetmə və gənclər arasında “İslam sivilizasiyası uşaqların gözü ilə” mövzusunda rəsm və əl işlərindən ibarət II Respublika müsabiqə-sərgisinin keçirilməsini elan edir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasında   2017-ci ilin “İslam Həmrəyliyi İli elan ...


07.04.2017

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün ikinci müsabiqə elan edir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ...


05.04.2017

Davamı...

“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən məqalə müsabiqəsi dövlətin turizm siyasəti ...


10.03.2017

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bir sira görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə büstlərin və ya heykəllərin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edir

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət ...


03.03.2017

Davamı...

Milli Turizm Təbliğat Bürosunun loqosunun yaradılması ilə bağlı müsabiqə elan edilir

Azərbaycanda turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə 6 dekabr 2016-cı il ...


02.03.2017

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsini elan edir

Respublikada vokal və estrada oxuma sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq ...


23.02.2017

Davamı...

1 2 3 4 ...

FAYDALI KEÇİDLƏR