Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin ELANI

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin ELANI

Müsabiqənin məqsədi

Azərbaycanın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarının ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq

Müsabiqənin mövzusu

"BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur”

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

  1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
  2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
  3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
  4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
  5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

  1. a)Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.
  2. b)Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).
  3. c)Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)

5.2 Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Yazıların qəbulu qaydaları

  1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) - 1 nüsxə
  2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə
  3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir)- 3 nüsxə
  4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),

Tələb olunan sənədlər

1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)

  1. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)
  2. Şəxsiyyət vəsiqəsinin surəti,

4.Şəxsi VÖEN-nin surəti,

  1. Şəxsi bank rekvizitləri (Şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması bank tərəfindən təsdiqlənməlidir).

Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 01 iyun 2016-cı il tarixdə başlayır, 31 oktyabr 2016-cı il tarixdə başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə:

I yer üçün bir;

II yer üçün iki;

III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

I yer - 1000 manat;

II yer - 800 manat;

III yer - 600 manat.

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (300 AZN) veriləcəkdir.

Qaliblər, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomu ilə təltif olunacaqlar.

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazının adı

 

Müəllifin adı, soyadı, atasının adı

 

Mətbuatda təxəllüsü (əgər varsa)

 

İşlədiyi KİV

 

Vəzifəsi

 

Yazının dərc olunduğu mətbuat orqanı

 

Ünvanı və poçt indeksi

 

-iş telefonu

 

-ev telefonu

 

-mobil telefonu

 

-elektron poçt ünvanı

 

Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi:"____"__________ 2016-cı il

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 45; (012) 537 19 41;

Elektron ünvan: info@kivdf.gov.azkivdf.info@gmail.com

Sayt: www.kivdf.gov.az



1091

28.09.2016

“Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ...


05.01.2017

Davamı...

Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcəkdir

1-2 dekabr 2016-cı il tarixində Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki ...


30.11.2016

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Bərdə şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı il noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ...


24.11.2016

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında ümumrespublika rəsm və musiqi müsabiqələrini elan edir

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, ...


08.11.2016

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını elan edir

Mükafata aşağıda göstərilən ədəbi janrlarda yaradılmış, son 2 ildə kitab və ya ...


04.11.2016

Davamı...

Mədəniyyət və Turizm Nazirliyi “Ən yaxşı sayt” və “Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyaları üzrə müsabiqə elan edir

Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin birinci yarısı üçün iş planına əsasən Nazirliyin strukturunda ...


28.10.2016

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Masallı şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda ...


20.10.2016

Davamı...

Mədəniyyət və Turizm Nazirliyi “Multikulturalizm gənclərin gözü ilə” qısametrajlı film müsabiqəsinin müraciət müddətini 1 noyabr 2016-cı il tarixinədək uzadır

Multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət ...


20.09.2016

Davamı...

Pedaqoji kadrların işə qəbulu üzrə III müsabiqəyə yekun vurulub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində ...


19.09.2016

Davamı...

1 2 3 4 ...

FAYDALI KEÇİDLƏR