Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını elan edir

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını elan edir

Mükafata aşağıda göstərilən ədəbi janrlarda yaradılmış, son 2 ildə kitab və ya jurnalda çap edilmiş əsərlər təqdim olunur:

 

– nəsr əsərləri (roman, povest, hekayə və hekayələr silsiləsi);

– poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri);

– tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri;

– orijinaldan bədii tərcümə əsərləri.

– uşaqlar üçün yazılmış bədii əsərlər.

 

Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir.

Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər Mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.

Bir təşkilat, şəxs Mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.

Təqdimat aşağıdakı sənədlərdən ibarətdir:

 

Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu;

Çap edilən əsər (5 nüsxə);

Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli;

Şəxsiyyət vəsiqəsinin surəti;                                                                                                                                                                                                                      

Müəllifin digər işlərinin siyahısı (əgər varsa);

Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa).

 

İşlər 2016-cı il noyabr ayının 10-dan – 2017-ci il aprel ayının 10-nu son təqdimat günü olmaqla bu ünvana təqdim edilməlidir:

AZ 1000, Bakı şəh., Hökumət Evi, 3-cü mərtəbə, 319-cu otaq. Tel: 493 06 80


694

04.11.2016

“Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ...


05.01.2017

Davamı...

Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcəkdir

1-2 dekabr 2016-cı il tarixində Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki ...


30.11.2016

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Bərdə şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı il noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ...


24.11.2016

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında ümumrespublika rəsm və musiqi müsabiqələrini elan edir

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, ...


08.11.2016

Davamı...

Mədəniyyət və Turizm Nazirliyi “Ən yaxşı sayt” və “Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyaları üzrə müsabiqə elan edir

Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin birinci yarısı üçün iş planına əsasən Nazirliyin strukturunda ...


28.10.2016

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Masallı şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda ...


20.10.2016

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin ELANI

Müsabiqənin məqsədi

Azərbaycanın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal ...


28.09.2016

Davamı...

Mədəniyyət və Turizm Nazirliyi “Multikulturalizm gənclərin gözü ilə” qısametrajlı film müsabiqəsinin müraciət müddətini 1 noyabr 2016-cı il tarixinədək uzadır

Multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət ...


20.09.2016

Davamı...

Pedaqoji kadrların işə qəbulu üzrə III müsabiqəyə yekun vurulub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində ...


19.09.2016

Davamı...

1 2 3 4 ...

FAYDALI KEÇİDLƏR