Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

Zəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Əl dəyməmiş təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan – naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.

Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanın ərazisindədir. Ölkəmizin iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycana ekoloji turların təşkili çox geniş yayılmışdır, bunlara təbii qoruqlara gedilməsi,   trekkinq və  alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri dayvinq üçün  çox əlverişlidir, dənizdə çimmək mövsümü mayda başlanır. 
Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir.

Turizm sahəsi üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı», habelə «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı» böyük əhəmiyyət kəsb etmişdir, onların həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təmələinin qoyulması  üçün şərait yaratdı. O dövrdə əldə edilmiş sosial-iqtisadi təcrübə turizm sahəsinin hərtərəfli inkişafı üçün yeni imkanlar yaratdı.  Bakının daxili şəhəri olan «İçəri şəhər», Şirvanşahlar Sarayı, Qız qalası və habelə  qayaüstü rəsmlər muzeyi «Qobustan» YUNESKO-nun dünya mədəni irsi siyahısına salındı. Digər bənzərsiz tarixi və arxeoloji raritetlər də öz növbəsini gözləyir. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Turizm İli elan etməsi və «Eurovision -2012» nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axışması üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. Məsələn, Turizm İli çərçivəsində turist rayonlarında bir çox yeni mehmanxanalar açıldı, tarixi və mədəni qoruqlar, xüsusi təyinatlı abidələrə gedən yollar təmir edildi, turist yol nişanları qoyuldu, «Şahdağ» turizm mərkəzinin tikintisi işləri sürətləndirildi, Şabran və Lahıc mədəni-tarixi qoruqlarında turist infrastrukturunun yaradılması işləri aparıldı. Bundan başqa, özündə turist zonaları, abidələr və ölkənin digər  istiqamətlərini ehtiva edən GoMap naviqasiya sistemi layihəsi həyata keçirildi.

Dövlətin gördüyü tədbirlər nəticəsində ölkədə müasir mehmanxana-servis infrastrukturu yaradıldı, turist sənayesi üçün kadrlar hazırlandı, çoxşaxəli tur agentləri şəbəkəsi formalaşdırıldı (200-dən çox turist firmaları), informasiya-reklam strukturları uğurla işələməyə başladı, Azərbaycan üzrə ən mənzərəli və firavan regionlardan keçən çoxlu turist marşrutları yaradıldı və sınaqdan keçirildi.

Azərbaycan tez öyrənir və təcrübə toplayır. Ölkədə hər il beynəlxalq «Turizm və Səyahətlər» sərgisi AITF keçirilir, ölkə isə 20-dək ən nüfuzlu beynəlxalq turizmm forumlarında: Londonda (WTM), Berlində (ITB), Moskvada (MITT), İstambulda (MTE) və digərlərində iştirak edir.

Turist axını ildən-ilə artır, odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilmişdir. Hal-hazırda onların sayı artıq 550-ni ötmüşdür. 
Şəhərin ən məşhur brend şəbəkəli mehmanxanalarından aşağıdakıları göstərmək olar – Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Bulvar Hotel, Hilton Baku, Kempinski Hotel Badamdar, Intourist, Fairmont və s.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini  göstərmək olar.
Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün vəzifələrindən birinə çevrildiyinə və qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir.

  • Azərbaycan və böyük ipək yolu

    Bizim əcdadlarımızın ölkəsi sirli uzaq Çin ilə ziynət əşyalarına ehtiyacı olan zəngin Avropa arasında qızıl qapı rolunu oynayırdı. Ona görə də qədim İpək yolunun üstündəki zəncirin bu əsas  «aşırımına» belə diqqət yetirilirdi. Həmin zamanlarda əsas karvan yollarının salınması  təkcə qida və suyun olmasından asılı olmurdu.  Karvan yolları, bir qayda olaraq, elə ölkələrdən keçirdi ki,  orada səyahətçilər və tacirlər kifayət qədər yüksək mədəniyyət görmüş, qonaqpərvər, müharibə və tayfalararası nifaq olmamış və  yerli əhali ticarət əlaqələrinə can atmış olsun.  Bütün bu keyfiyyətlər də Azərbaycan əhalisinə xas olan xüsusiyyətlərdir. Onun əməksevər, istedadlı sənətkarları isə xarici tacirlərə bir çox faydalı mallar təklif edə bilirdilər. Bunlara misal olaraq zərif ziynət əşyalarını, nəfəs və simli çalğı alətlərini, qiymətli silahları, dəbdəbəli, çox qiymətli xalçaları və əlbəttə yerli rəngarəng  ipək parçaları göstərmək olar. Bəs təbii sərvətlər? Tacirlər Avropaya buradan neft, qiymətli daşlar, duz, civə, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa şeylər aparırdılar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanmışdı. Yeri gəlmişkən, təcrübəli ustaların ənənələri əsrlərdən keçib müasir dövrə qədər gəlib çıxmışdır – hal-hazırda Azərbaycanın dağ kəndi olan Lahıcda qədim sülalələrin sirlərindən istifadə etməklə  hələ də əntiqə miss əşyalar düzəldilməkdədir. Turistlər “oriental” səpgisində düzəldilmiş bu əşyaları həvəslə alırlar. Turistlərin çoxu əl işi olan xalçaları, naxışla işlənmiş kəmərləri, zərbafta ilə  işlənmiş malları, kəlağayıları, taxta memarlıq nümunələrini, Azərbaycan rəssamının milli səpgidə çəkdiyi şəkilləri və i.a. almağı sərfəli alver hesab edirlər. Bütün bu incəsənət əsərləri xaricdə mütəxəssislər və zərif şərq ziynət əşyaları həvəskarları tərəfindən yüksək qiymətləndirilir.
    Hal-hazırda respublika TRASEKA proqramı çərçivəsində qədim ticarət əlaqələrini  canlandırmaqla Çini Fransa ilə birləşdirmək üçün tarixi transkontinental Böyük İpək Yolu marşrutunu bərpa etmək layihəsində iştirak edir.

  • Azərbaycanın coğrafiyası

    Azərbaycan Zaqafqaziya regionunun cənub-şərqində, Asiyanın qərbində yerləşir. Azərbaycan şimaldan – Rusiya ilə, şimal-qərbdən – Gürcüstan ilə, cənubdan – İranla, qərbdən – Ermənistan ilə, uzaq cənub-qərbdən Türkiyə ilə  həmsərhəddir. Şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ərazisinin sahəsi – 86,6 min kv. km-dir. Qitə hissəsindən savayı onun sahəsinə Xəzər dənizində olan bir neçə kiçik  adalar da daxildir (Bakı və  Abşeron arxipelağı).

    Azərbaycanın ərazisində relyefin bütün növlərini: həm dağları, həm ovalıqları, həm düzənlikləri, həm də  çökəklikləri görmək olar. Azərbaycanın demək olar, yarısını dağlar tutmuşdur: şimalda Böyük Qafqaz sıra dağları, cənub-qərbdə Kiçik Qafqaz sıra dağları ucalır. Ölkənin ən yüksək  nöqtəsi – Baş və ya Suayrıcı sıra dağlarında yerləşən Bazardüzü (4 466 m) zirvəsidir. Ölkənin mərkəzi hissəsində Kür-Araz ovalığı, cənub-şərqində isə – Lənkəran ovalığı yerləşir.

    Ölkədə yerin təkində neft, dəmir filizi, əlvan metal  ehtiyatları vardır. Azərbaycanın dağları sıx meşələrlə örtülüdür. Azərbaycan torpağının əsil bəzəyi onun dağ gölləridir. Batabat, Migel, Maralgöl, Göygöl kimi göllər özünəməxsus bənzərsiz gözəlliyə malikdir. 1000-ə yaxın mineral qaynaqlar aşkar edilmişdir, onlardan ən məşhurları – Badamlı, İstisu, Sirabdır.

    Azərbaycanın fauna və florası da zəngin və müxtəlifdir.  Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u respublikada müşahidə olunur.

  • Milli qoruqlar

    Ölkənin təbiəti çox zəngindir. Onun ərazisində kaynozoy erasının abidəsi olan nadir meşələr qalmışdır. Onlara daha dünyanın heç bir yerində rast gəlinmir. Ona görə də, qəribə deyil ki, hökumət özünün bir çox  təbiətin mühafizəsi ərazilərini yaradır və onları qoruyur. Qızılağac, Zaqatala, Şirvan kimi qoruqlar beynəlxalq əhəmiyyətə  malikdir. Hirkan Milli parkı Talış meşələrində və Lənkəran ovalıqlarında relikt bitkilərini qoruyur. Türyançay  qoruğunun yaradılmasının əsas məqsədi – Bozdağın arid meşələr landşaftları kompleksinin saxlanılması və bərpasıdır. Böyük Qafqazın cənub yamacındakı təbiət kompleksləri İsmayıllı qoruğunu mühafizə edir, dünyanın ən gözəl göllərindən biri olan Göygöl və onu əhatə edən Kiçik Qafqazın təbii kompleksləri Göygöl qoruğunu mühafizə edir. Ağgöl, Bəsitçay, Qarayaz, Pirquli qoruqları da böyük maraq doğurur. Azərbaycanda ümumən 13 təbii qoruq və 18 müvəqqəti qoruq vardır.

  • Fauna

    Azərbaycanın heyvanat aləmi də çox müxtəlifdir və təxminən  12 min  növ heyvan vardır. Meşələrdə ayı, canavar, maral, bəbir, qaban yaşayır. Quru zonalarda çoxlu miqdarda kərtənkələ, zəhərli ilan və digər sürünənlər, habelə dovşanlar, canavarlar, tülkülər olur. Kür və Araz ovalıqlarında vəhşi qabanlar, cüyürlər, porsuqlar, çaqqallar olur. İri heyvanlardan burada ceyranlar yaşayır. Dağıstan dağ keçisinə də rast gəlmək olur. Xəzər dənizinin dayazlıqlarında müxtəlif quş aləminə– qırqovula, kəkliyə, tetra quşuna rast gəlinir. Quşların çoxu – ördəklər, qazlar, qu quşları,  vağlar, qızılqazlar, qutanlar, qarabatdaqlar qışlamaq üçün uçub bura gəlirlər.

  • İxtiofauna

    Respublikanın şirin sularında və Xəzər dənizində 30 cinsdən olan  balıqların tutulmasına icazə verilir. Onların çoxu Kürdə və digər su hövzələrində tutulur. Ən qiymətli balıq növləri – qızılbalıq, nərə balığı,  ağbalıq, xəşəm, şamaya və ilanbalığıdır. Bunlardan başqa, çapaq balığı, sazan və digərləri də olur. Respublikanın balıq zavodlarında və müxtəlif növ balıq yetişdirilən təsərrüfatlarda hal-hazırda   20 mln.-a yaxın nərə balığı, 600 min qızılbalıq və 800 mln.-dan çox çapaq balığı, sazan və digər balıq növləri yetişdirilərək dənizə buraxılır.

  • Flora

    Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada  4500-dən çox bitki növləri yayılmışdır, o cümlədən 200 endemik növlər vardır ki, bunların da arasında nadir və kökü kəsilən növlərə rast gəlinir. Azərbaycanın ərazisində genişyarpaqlı meşələr, qarışıq meşələr, tuqay meşələri, həmişəyaşıl bitki əkinləri, subalp seyrək meşələri, alp çəmənlikləri (dağlarda) vardır.

  • İqlimi

    Ölkə hüdudlarında iqlimin 9 növünə, quru və rütubətli subtropik iqlimdən tutmuş dağ tundra (yüksək dağlıq) iqliminə qədər  rast gəlinir.Orta illik temperatur ovalıqlarda +15° S-dən dağlarda 0° S –dək dəyişir. İyul ayında orta temperatur ovalıqlarda  +26° S-dən (ən çoxu +32-35 °C, lakin bəzən +40 °C-dək çatır) dağlarda +5° S-dək, yanvar ayında orta temperatur müvafiq olaraq +3° C-dən +10° C-dək olur. 
    Yay quru keçir. Payızda və yazda yağışlar yağır. İllik  yağıntı Abşeronda 200 mm-dən Lənkəran ovalığında 1200-1700 mm-dək olur. Əsasən payızda çox vaxt güclü şimal küləkləri əsir.

  • Çaylar

    Azərbaycanın bütün çayları Xəzər dənizinə tökülür. Azərbaycanda 1 250-dək xırda çaylar  vardır. Çayların çoxu Qafqazın ən iri çayı olan  Kür çayı (uzunluğu 1515 km, sahəsi - 188 min kv.km). hövzəsinə aiddir. Onların bəziləri birbaşa Kürə, digərləri onun  ən iri qolu olan Araz çayına – Azərbaycanın ikinci iri çayı (uzunluğu 1072 km), üçüncüləri birbaşa Xəzər dənizinə tökülür. Kür çayının üstündə Mingəçevir SES və Mingəçevir su hövzəsi (605 kv. km) tikilmişdir.

  • Gölləri

    Respublikada  250 göl vardır, onların çoxu kiçik göllərdir, ən böyük göl Hacıqabul (sahəsi 15,5 kv. km) gölüdür. Ondan bir az kiçik göl Böyükşor (10 kv.m.) gölüdür.  Murovdağ sıra dağlarının şimal-şərq yamacında bir sıra  gözəl mənzərəli göllər vardır, onlardan ən gözəli bütün Qafqazda tayı-bərabəri olmayan Göygöldür. 

Əsas məsələ barədə qısaca: Azərbaycana giriş üçün nəyi bilmək lazımdır?

Sizə viza lazımdırmı, hansı sənədləri təqdim etməlisiniz? Bu bölmədə Azərbaycana tez və asan bələd olmaq üçün lazım ola biləcək informasiya verilir. 
 

Turistlərə verilən elektron vizalar

Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsi ilə elektron viza ala bilərlər

Elektron viza almaq üçün əcnəbilər Azərbaycan Respublikasında fəaliyyət göstərən və Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər.

Elektron vizanın alınması üçün akkreditasiyadan keçmiş turizm şirkəti elektron ərizə-anketi dolduraraq, müraciət edən şəxsin  pasportunun, fotoşəkilinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini  təsdiqləyən sənəd) skan olunmuş surətlərini XİN-nin müvafiq informasiya portalına təqdim edirlər.

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 6.1.8. bəndinə əsasən Elektron vizanın verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə (20 ABŞ dolları) dövlət rüsumu ödənilir.

Sənədlər daxil olduqdan sonra ən geci 5 iş günü keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir.

Elektron viza pasporta yapışdırılmır və Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda və vizada şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətlərinin siyahısını bu linkdən əldə edə bilərsiniz.

Həmçinin, elektron vizanın nümunəsi və ərizə blankı ilə də tanış ola bilərsiniz.

 

Gömrük qaydaları

Bundan sonra tanışlıq üçün məlumat verilir, daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi saytına www.customs.gov.az  müraciət edin.

Pullar

Xarici valyutanın gətirilməsinə məhdudiyyət qoyulmur. Bəyannamə mütləq verilməlidir. 
Aparılması – bəyannamədə göstərilən məbləğ qədər məhdudlaşdırılır. 
Ancaq Azərbaycan vətəndaşlarına yerli valyutanı idxal və ya ixrac etməyə icazə verilir. 

İcazə verilir:

- 1 000-ə kimi  siqaretin və ya  1 kq tütün məmulatının (16 yaşından böyük şəxslərə);

- 1,5 l-ə kimi tünd spirtli içkilərin  və 2 l şərabın;

- Şəxsi istifadə üçün ətriyyatın;

- ümumi dəyəri  $10 000 olan digər malların gətirilməsinə;

- şəxsi əşyaların, Azərbaycanda rəsmi olaraq alınmış əl işləri məmulatlarının və malların aparılmasına.

Qadağandır:

- silahın və  döyüş sursatının gətirilməsi və aparılması;

- narkotiklərin və narkotik tərkibli preparatların;

- heyvanların;

- Azərbaycanın konstitusiya quruluşuna qarşı yönəldilmiş kimi qiymətləndirilə bilən foto şəkillərin və çap məhsullarının;

- Təzə tərəvəz və məhsulların;

- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan əntiq əşyalarının (daş-qaş, xalçalar, sikkələr və əlyazmaları da daxil olmaqla) aparılması. 1960-cı ilə kimi istehsal edilmiş  xalq sənətkarlıq məmulatları əntiq mallar hesab olunur və ölkədən çıxarılması qadağandır. 

- Ölkəyə gələrkən rəsmiləşdirilmiş gömrük bəyannaməsini ölkədən çıxana kimi saxlamaq lazımdır.

Hava limanında sadələşdirilmiş viza almaq imkanı olan ölkələr

Əlavə olaraq 1 fevral 2016-ci il tarixindən etibarən Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına, eləcə də 10 noyabr 2015-ci il tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir.

 

Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi iləqərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

1.1. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratsın və onun idarə olunmasını təmin etsin;

1.2. “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. “ASAN Viza” sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

2.1. elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;

2.2. elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi;

2.3. elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;

2.4. elektron vizanın üç iş günü müddətində verilməsi;

2.5. elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi;

2.6. “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması;

2.7. elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması.

3. Müəyyən edilsin ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. “ASAN Viza” sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət etsin;

4.2. vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.3. elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

5. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurası:

5.1. “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiyasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədi ilə “Sərhədkeçməyə məhdudiyyət” informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “ASAN Viza” sisteminin yaradılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsini təmin etsin və növbəti illərin dövlət büdcəsi layihələrində “ASAN Viza” sisteminin saxlanması ilə əlaqədar müvafiq vəsaiti nəzərdə tutsun.

7. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:

7.1. “ASAN Viza” sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

7.2. “ASAN Viza” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

8. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması haqqında məlumatın Nazirliyin internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin və Azərbaycan Respublikasına səfərlər təşkil edən turizm şirkətlərini bu barədə məlumatlandırsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2016-cı il.

 

ELEKTRON VİZA PORTALINA KEÇİD

 

Azərbaycan müsəlman ölkəsidir. Burada digər etiqadların nümayəndələrinə münasibət necədir?
Azərbaycan müsəlman ölkəsidir, lakin digər dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı çox tolerantdır. Bakı şəhərində və ölkənin regionlarında pravoslav məbədlər, katolik kilsəsi, prixod, sinaqoqlar fəaliyyət göstərir. 10 iyun 2012-ci ildə Bakı şəhərində Roma Papası II İoann Pavla onun Azərbaycana təşrif buyurmasının 10 illiyi münasibətilə abidə qoyulmuşdur. Bakı şəhəri Vatikan, Moskva, Qüdslə sıxı mədəni və humanitar əlaqələr saxlayır. O, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində bir sıra təşəbbüslərin müəllifi, habelə iki ildə bir dəfə burada dünyanın bütün regionlarından, o cümlədən beynəlxalq təşkilatlardan olan dini, mədəni və siyasi xadimlərin iştirakı ilə hər iki ildən bir keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumun təşkilatçısıdır.

Mənə viza verməkdən imtina edə bilərlərmi və niyə?
Səbəblər müxtəlif ola bilər. Ən əsası odur ki, konsulda Sizin immiqrasiya niyyətində olduğunuz barədə şübhə yaranmasın. Sizin Vətəninizdə möhkəm əlaqələriniz: ailəniz, uşaqlarınız, bankda hesabınız olmalıdır. Habelə əgər Sizdə artıq qondarma «Dağlıq-Qarabağ Respublikasının» vizası varsa, Sizə Azərbaycana viza verməkdən imtina edə bilərlər. Dağlıq Qarabağ –Azərbaycanın ayrılmaz tərkib hissəsidir, o, erməni silahlı birləşmələrinin işğalı altındadır. Odur ki, Azərbaycanda turistlərin müvəqqəti olaraq Ermənistan tərəfindən nəzarət edilən Dağlıq Qarabağa getməsini yaxşı qarşılamırlar.
Bundan başqa, Azərbaycanda vizaların verilməsi elektron sistem vasitəsilə həyata keçirilir. Bu da əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəyə turist kimi gəlişini asanlaşdırır: onlara səfirliyə və konsulluğa gəlmək, növbələrdə dayanmaq lazım gəlmir. Elektron anketlərin formaları və vizaların alınması üçün lazım olan bütün məlumatlar Azərbaycan səfirliklər və konsulluqlarının saytlarında, eləcə də link vasitəsi ilə əldə edə bilərsiniz.

Azərbaycanın mehmanxanalarında və mağazalarında dollar və ya avro alırlarmı?
Şirkətlərin çoxu, o cümlədən restoranlar və barlar, habelə iri mağazalar dollar və avro almırlar. Əgər Sizə taksiyə minmək lazım deyilsə, pulu təyinat məntəqənizdə dəyişməyi məsləhət görərdik, çünki orada ola bilsin ki, məzənnə aeroportda olduğundan yüksək olacaqdır. Lakin fərq çox azdır, odur ki, əgər Siz böyük məbləğdə pulu dəyişməyəcəksinizsə, bunu elə aeroportda da edə bilərsiniz.

Mən azərbaycanca heç bilmirəm, bu, problem yaratmaz ki?
Azərbaycanlılar çox səmimi xalqdır, odur ki, əgər onlar sizin dildə danışmırlarsa, mütləq sizə kömək edə biləcək bir adam taparlar. Otellər, restoranlar və kurortlar kimi turist məntəqələrinin çoxunda ya rus dilində, ya da ingilis dilində danışa bilən adam tapmaq çox asandır. Əgər Sizə kömək küçədə lazım olubsa və Siz ancaq ingilis dilində danışırsınızsa, onda Sizə məsləhət görərdik ki, ilk növbədə, gənclərə müraciət edəsiniz, çünki gənclər həm ingilis, həm də rus dilini öyrənirlər, orta yaşdan yuxarı olanlar isə rus dilini daha yaxşı bilirlər.

Dağlıq Qarabağa getmək olarmı?
Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı nəticəsində Dağlıq Qarabağa müvəqqəti olaraq getmək olmaz. Qarabağa Ermənistan tərəfindən gedən şəxslər Azərbaycanda avtomatik olaraq «persona non qrata» olurlar və bizim ölkəmizə gəldikləri təqdirdə Azərbaycan Respublikasının tanınmış ərazisinə icazəsiz daxil olmuş şəxslər kimi deportasiya oluna bilərlər.

Azərbaycanda yaşamağın orta dəyəri nə qədərdir?
Xarici turist üçün Azərbaycanda yaşamağın orta dəyəri ekonom-sinif otelində qalmaq, qidalanmaq, bir qədər görməli yerlərə və əyləncə-istirahət yerlərinə getmək də nəzərə alınmaqla sutka ərzində 120 dollar təşkil edir.

Mehmanxanaya verilən ulduzlar (ulduzların miqdarı) nə deməkdir?
Bir ulduz — minimum xidmətləri olan ultra ekonom-sinfinə aid mehmanxana deməkdir (nömrələrin gündəlik yığışdırılması ora daxil edilmir). Bütün nömrələr eyni tiplidir. Belə mehmanxanalarda yaşayış dəyəri adətən 20-50 manat həddində tərəddüd edir.
İki ulduz — kiçik büdcəli mehmanxanadır, burada da minimum xidmətlər göstərilir, lakin nömrələr hər gün yığışdırılır. Bir-iki tipli nömrələrdir. Bu kateqoriyadan olan mehmanxanalarda yaşayış dəyəri 25-55 manat həddində tərəddüd edir.
Üç ulduz — standart xidmət dəsti: nömrələrin hər gün yığışdırılması, hər nömrədə santitar qovşağı, televizor, mini-bar və ya soyuducu olan orta siniflərə aid mehmanxanadır; onun ərazisində müştərilər üçün camaşırxana, hovuz, trenajyor zalı, biznes-mərkəz, mehmanxana tərəfindən təqdim edilən nahar yeməyi üçün yer nəzərdə tutula bilər. Bu kateqoriyadan olan mehmanxanada yaşama dəyəri 50-dən 80 manata kimi təşkil edir.
Dörd ulduz — yuxarıda göstərilən bütün xidmətlər və habelə xüsusi xidmətlər təqdim edilən (məsələn, SPA, massaj, bir neçə barların və restoranların, konfrans-zalların mövcud olması) yüksək sinfə məxsus mehmanxana. Belə mehmanxanalarda qiymətlər adətən orta səviyyədən xeyli yüksək olur. Burada nömrənin dəyəri 80 manatdan 150 manatadək tərəddüd edə bilər.
Beş ulduz — lüks sinfinə məxsus mehmanxana. Böyük miqyasda əlavə xidmətlərin göstərilməsi ilə fərqlənir. Qonağa onun bütün arzuları nəzərə alınmaqla xüsusi diqqət göstərilir. Belə mehmanxanaların nömrələrində yaşamağın, habelə əlavə xidmətlərin dəyəri kifayət qədər yüksəkdir. Bütün məşhur dünya brend mehmanxanaları və kurort otelləri, bir qayda olaraq, bu kateqoriyaya düşməyə cəhd göstərirlər. Sistemlərin müxtəlif olmasına baxmayaraq, «beşulduzlu otel» deyəndə, həmişə ən yüksək xidmət səviyyəsinə malik mehmanxana nəzərdə tutulur. Lüks sinifli oteldə yaşamağın dəyəri adətən 120 manatdan, nömrənin sinfindən asılı olaraq, orta hesabla 200-400 manata qədər ola bilər.

Bəzi mehmanxanalar 6 və hətta 7 ulduza iddia edirlər, lakin hələ ki, bu, mehmanxana praktikasına daxil olmamışdır və daha çox marketinq gedişi sayıla bilər. Qeyd etmək lazımdır ki, bəzən elə hallar olur ki, otellər özləri-özlərinə ulduzlar götürürlər. Buna uymamaq üçün məsləhət görürük ki, oteldə qəbul olunmuş təsnifat standartlarına uyğun gəldiyi barədə rəsmi dövlət sertifikatının olub-olmamasına diqqət yetirəsiniz. Bir qayda olaraq, bunu müəssisənin girişində vurulmuş ulduzların miqdarını və sertifikat verən orqanı – Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi komissiyasını göstərən lövhə sübut edir.

Bakıya neçə saata çatmaq olar?
Əlbəttə, bu, Sizin doğma şəhərinizin uzaqlığından asılıdır. Moskvadan Bakıya uçuş müddəti təxminən 2,5 saat, Londondan – 6,15 saat, Romadan – 4,20 saat, Vyanadan – 4,15 saat, Parisdən – 5,10 saat, İstambuldan – 2,50 saat, Frankfurtdan- 5,30 saat, Dubaydan – 3 saat, Pekindən– 6,30 saat təşkil edir. Daha ətraflı məlumat almaq üçün Azərbaycana reyslər təşkil edən aviaşirkətlərin saytlarına müraciət etmək olar.

Azərbaycana birinci dəfədir gəlirik – istirahət vaxtı problemlər meydana çıxarsa, kimə müraciət etmək olar?
Əgər siz xidməti də nəzərdə tutan tur zərfini almışsınızsa, onda sizin səyahətinizi müşayiət edən turoperatora müraciət edə bilərsiniz. Bundan başqa, məsləhət görərdik ki, Sizin Azərbaycandakı səfirliyinizin əlaqə telefonlarını yazasınız. Habelə tövsiyə edirik ki, bütün sənədlərinizin surətini çıxarasınız, sənədləri itirdiyiniz təqdirdə onları bərpa etmək mümkün olsun. 
Turizm üzrə sizi maraqlandıran məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya Mərkəzinə (+99412) 147 qısa nömrəyə, habelə Bakı Turizm İnformasiya Mərkəzinə (+99412) 498-12-44 nömrəyə zəng etməklə əldə etmək olar.

Azərbaycanda nə dərəcədə təhlükəlidir?
Azərbaycan Respublikası cinayət səviyyəsi ən aşağı olan ölkələrdən biri olaraq qalmaqdadır. Burada küçə cinayəti, demək olar, yox dərəcəsindədir və səhər saat 3-ə qədər küçələrdə gəzmək adi haldır. Lakin istənilən yeni ölkəyə, yaxud dünyanın böyük şəhərlərindən birinə gələrkən gördüyünüz müəyyən ehtiyat tədbirlərinin burada da görülməsi məsləhətdir.

 Bakı – Heydər Əliyev Beynəxalq Hava Limanı

  • Beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanı aviaşirkətin əsas hava limanıdır. O, şimal-şərqdə, Bakı şəhərindən 20 kilometr məsafədə yerləşir və şəhərlə iki müasir sürət avtobanı ilə əlaqəsi var. Beynəlxalq hava limanında sərnişinlər üçün bütün zəruri şəraitlər yaradılmışdır, burada gömrüksüz ticarət mağazaları (Duty Free) fəaliyyət göstərir.

    2014-cü ildə unikal memarlıq həlli ilə seçilən (yuxarıdan qanadlarını açmış böyük quşu xatırladır) yeni aerovağzal kompleksinin açılışı olmuşdur. Hava limanı ən ağır və müasir təyyarələrin, o cümlədən dünyanın ən iri sərnişin təyyarəsi olan Airbus A380 hava gəmisinin qəbul edilməsinə hesablanmış uçuş-enmə zolağına malikdir.

    Hal-hazırda AZAL aviaşirkətinin hava parkı 25 ən yeni Airbus 340, 320, 319, Boeing 757, 767 və Embraer təyyarələrindən ibarətdir. Bakı hava limanından ümumilikdə dünyanın 30-dan çox hava limanına uçuşlar təşkil edilir.

    Ölkə:

    Azərbaycan

    Növü:

    mülki

    İCAO  kodu:

    UBBB

    İATA kodu:

    GYD

    Hündürlüyü:

    +3 metr

    Koordinatları:

    40°27′46″ N
    50.049722° E

    Yerli vaxt:

    UTC +4/+5

    İş müddəti:

    24 saat

    İstismarçı:

    Azərbaycan Hökuməti
  • Gəncə Hava Limanı

    Azərbaycanın eyni adlı şəhərinin hava limanı olan Gəncə Hava Limanı 2006-cı ildə tikilmiş və həmin  ildə Beynəlxalq Hava Limanı statusunu qazanmışdır.

    Ölkə:

    Azərbaycan

    Region:

    Gəncə

    Tipi:

    mülki

    İCAO kodu:

    UBBG

    İATA kodu:

    KVD

    Hündürlük:

    +330 metr

    Əlaqələndiriciləri:

    40°44′16″ N 46°19′03″ E 
    40.737778° N 46.3175° E

    Yerli vaxt:

    UTC +4/+5
  • Lənkəran Hava Limanı

    Lənkəran Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır, və həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır.

    Ölkə:

    Azərbaycan

    Region:

    Lənkəran

    Tipi:

    Müştərək bazalı

    İCAO kodu:

    UBBL

    Hündürlük:

    0 metr

    Əlaqələndiriciləri:

    38°45′15″ N 48°48′34″ E
    38.754167° N 48.809444° E

    Yerli vaxt:

    UTC +4/+5

    Operator:

    Azərbaycan Hökuməti
  • Naxçıvan Hava Limanı

    Naxçıvan Hava Limanı Naxçıvan Muxtar Respublikasının eyni adlı şəhərinin hava limanıdır. Şəhərin mərkəzindən 4 kilometr məsafədə yerləşir və ölkənin blokadada olan bu regionunun yeganə hava qapılarıdır.

    Ölkə:

    Azərbaycan

    Region:

    Naxçıvan Muxtar Respublikası

    Tipi:

    mülki

    İCAO kodu:

    UBBN

    İATA kodu:

    NAJ

    Olduğu yer:

    Naxçıvan şəhərinin mərkəzindən 4 kilometr cənub-şərqdə

    Hündürlük:

    +873 metr

    Əlaqələndiriciləri:

    39°11′19″ N 45°27′30″ E 
    39.188611° N 45.458333° E

    Yerli vaxt:

    UTC +4/+5
  • Qəbələ Hava Limanı

    Qəbələ Hava Limanı Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ şəhərinin Beynəlxalq Hava Limanıdır. Qəbələ Hava Limanın qurulmasına 2011-ci ildə başlanmışdır və 17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Qəbələ Aeroportu açılmışdır. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir.

    Ölkə:

    Azərbaycan

    Növü:

    mülki

    İCAO kodu:

    UBBQ

    İATA kodu:

    GBB

    Hündürlük:

    +338 metr

    Əlaqələndiriciləri:

    40° 48 31.5   N 
    47° 43 30.7   E

    Yerli vaxt:

    UTC +4/+5

    İş müddəti:

    24 saat

    Operator:

    Azərbaycan Hökuməti
  • Zaqatala Hava Limanı

    Zaqatala hava Limanı Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir. Təyyarə vağzalı kompleksinin və uçuş enmə zolağının (UEZ) yenidən qurulması 2008-ci ildə başa çatmışdır və bundan sonra 2009-cu ildə hava limanına beynəlxalq status verilmişdir.

    Ölkə:

    Azərbaycan

    Region:

    Zaqatala

    Tipi:

    mülki

    İCAO kodu:

    UBBY

    İATA kodu:

    ZTU

    Hündürlük:

    +390 metr

    Əlaqələndiriciləri:

    41°33′45″ N 46°40′00″ E 
    41.5625° N 46.666667° E

    Yerli vaxt:

    UTC +4/+5

Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün yuxarıda müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

Ərizə daxil olduqdan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti dərhaləcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

· viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;

· viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçündövlət rüsumu ödənilmir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlarQeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yuxarıda nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.