Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
17.11.2017 11:15
Bakı Şopinq Festivalının Ani Lotereya uduşları davam edirBakı Şopinq Festivalı noyabrın 15-də başa çatsa da, alıcıların festival sevincləri hələ bir müddət davam edəcək. Belə ki, “Festival Surprizləri” adlı ani stimullaşdırıcı lotereya biletlərinin alıcılara təqdim edilməsi noyabrın 26-dək davam edəcək. Lakin əvvəlki günlərdən fərqli olaraq, noyabrın 16-dan etibarən, qalan 10 gün ərzində alıcılara lotereyaların təqdim edilməsi yalnız iki məkanda Park Bulvar və Metro Parkda davam etdiriləcək. Festival dövründə təşkil edilən lotereya uduşları zamanı qaliblər müxtəlif hədiyyələr və hədiyyə kuponları qazanırlar. Lotereyada bəxti gətirənlər Metroparkdan plazma televizorları, Bravo hipermarketindən “Mikromax” smartfonları, Optimal Elektroniksdən supermüasir sobalar, Park bulvardan ən yeni videokameralar, Baku Elektroniksdən tozsoranlar və festival iştirakçısı olan digər mağaza və ticarət mərkəzlərindən saysız-hesabsız hədiyyələr qazanırlar. Lotereyanın şərtləri və oynanılmış uduş fondunun nəticələri barədə məlumat festivalın rəsmi (www.bakushopfest.com) saytında yerləşdirilir. Əlavə məlumat üçün lotereyanın keçirildiyi müddət ərzində 1547 telefon  nömrələrinə zəng etmək və ya info@bakushopfest.com elektron poçt ünvanına yazmaq olar.   ..
15.11.2017 13:52
Bugün İkinci Bakı Şopinq Festivalı uğurla başa çatırAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən hər il şopinq festivalların keçirilməsi nəzərdə tutulmuşdur. İkinci Bakı Şopinq Festivalı bu il oktyabrın 15-dən noyabrın 15-dək keçirilmişdir. Bir ay müddətində  müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetikanı, eləcə də digər məhsulları Bakıda yerləşən 500-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə etmişlər. Bununla yanaşı, “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri almışlar. Festivalda paytaxtımızda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağazalar, restoranlar və digər obyektlər festivalda iştirak etmişdir. 15 oktyabr tarixində başlayan Festival bugün uğurla başa çatır. Qeyd edək ki, festivalın nəticələri ilə bağlı ətraflı məlumatları müvafiq sorğular aparıldıqdan sonra ictimaiyyətə çatdırılacaqdır. ..
13.11.2017 15:42
İbrahim Şehiç: “Şopinq Festivalla Bakını dünyaya tanıtmaq lazımdır”Bakıda Şopinq Festivalın keçirilməsi “çox yaxşı ideya”dır və bununla Bakını dünyaya tanıtmaq lazımdır”. Bunu www.bakushopfest.com saytına açıqlamasında “Qarabağ” FK-nın qapıçısı İbrahim Şehiç deyib. Qolkiper bildirib ki, bütün dünyada müxtəlif ölkələr daha çox turist cəlb etməyə çalışır və şopinq festivallar bu baxımdan ən asan və ən yaxşı vasitədir Festival çərçivəsində qiymətlərin münasib olduğunu deyən bosniyalı qapıçı ölkəyə daha çox turistin gəlməsi üçün endirim kampaniyalarının daha çox olmasını vacib sayır. ..
08.11.2017 17:02
Şopinq festivalının lotereya qaliblərinə hədiyyələr təqdim olunduNoyabrın 7-də paytaxtdakı “Metro Park“ ticarət mərkəzində II Bakı Şopinq Festivalı çərçivəsində keçirilən lotereyanın qaliblərinə hədiyyələr təqdim olundu. Tədbirdə jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov oktyabrın 15-dən davam edən II Bakı Şopinq Festivalında həm yerli sakinlərin, həm də xarici turistlərin marağını cəlb edən müxtəlif kampaniyaların həyata keçirildiyini dedi. Bildirdi ki, noyabrın 1-dən etibarən festivala qoşulan mağazalardan 1 dəfəyə 100 manatdan artıq alış-veriş edən hər kəs “Festival sürprizləri” adlı ani stimullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanır. Bu gün lotereyanın növbəti qaliblərinə hədiyyələr təqdim olunur. Şöbə müdiri əlavə etdi ki, festival çərçivəsində reallaşdırılan tədbirlər bu layihəyə sahibkarlar tərəfindən də böyük marağın olduğunu göstərir. Festivalın sonuna kimi alış-veriş həvəskarlarını maraqlı sürprizlər gözləyir. Qeyd edək ki, Bakı Şopinq Festivalı çərçivəsində “Festival sürprizləri” stimullaşdırıcı lotereyasında müxtəlif hədiyyələr nəzərdə tutulub. Kampaniya müddətində iştirakçıların “Metro Park”dan 20 ədəd televizor, “Park Bulvar” AVM-dən 20 ədəd kamera, “Bravo” hipermarketindən 20 ədəd mobil telefon, “Baku Electronics”dən 20 ədəd tozsoran, “Optimal Electronics”dən 20 ədəd soba hədiyyə qazanmaq şansı var. Lotereya biletini əldə etmək üçün alış-veriş üzrə elektron vergi hesab-fakturanı Bakı Şopinq Festivalının “Məlumat masası“na təqdim etmək lazımdır. Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə 1 bilet, 500 AZN və daha çox alış-verişə isə 2 ani stimullaşdırıcı lotereya bileti düşür. Biletləri yerində pozaraq bir-birindən dəyərli hədiyyələr qazana bilərsiniz. II Bakı Şopinq Festivalı noyabrın 15-dək davam edəcək. ..
17.10.2017 13:59
Növbəti Bakı Şopinq Festivalı bayramı başladı!Endirimlər, hədiyyələr, lotereya oyunları və daha nələr sizləri gözləyir 15 oktyabrdan etibarən paytaxtımızda uzun müddətdir hazırlıqları gedən II Bakı Şopinq Festivalı start götürür. Bu dəfəki Şopinq Festival birincidən çox fərqli və daha yeni imkanlar vəd edir. Noyabrın 15-dək davam edəcək festivala 500-dən artıq ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulması, turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaradır.   Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) və AzərTürkBankdır. Yeniliklərdən biri də budur ki, bu dəfə Bakı Şopinq Festivalında iki supermarket - “Bravo” hipermarketi və “Neptun” supermarketi də iştirak edəcək. Bundan başqa, bir sıra apteklər də festivala qoşulublar.  Bakı Şopinq Festivalının təşkilatçıları turistlər üçün xüsusi paketlər  hazırlayaraq müvafiq turizm agentliklərinə təqdim edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, 3 gecə oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Festival iştirakçılarını hədiyyə kartları, xüsusi uduşlu lotereyalar və endirim kuponları, bir çox sürprizlər və əyləncəli tədbirlər də gözləyir. Həmçinin, həvəsləndirici tədbir olaraq, turistlər və alıcılar üçün Park Bulvar Mall-da isə “Şopomania”  oyunu, 28 Mall və Gənclik Mall  ticarət mərkəzlərində interaktiv oyunlardan ibarət Uğurlu Çarx əyləncə proqramı təşkil olunacaq. Fəvvarələr meydanında isə fan zona fəaliyyət göstərəcək.  “Festival Sürprizləri”: Lotereyada oyna və hədiyyə qazan! Festival müddətində həyata keçiriləcək poz-qazan formatında hazırlanmış Ani Stimullaşdırıcı Lotereyalar zamanı müştəri digər iştirakçıları gözləmədən qazanmaq şansı əldə edir. Festival dövründə Bakı Şopinq Festivalı iştirakçısı olan istənilən mağazadan bir dəfəyə 100 AZN və daha çox alış-veriş edən hər bir kəs lotereya iştirakçısı ola bilər. Festival zamanı  100 – 500 AZN-lik alış-veriş edənlər 1 bilet, 500 AZN və daha çox alış-veriş  edənlər isə 2 bilet əldə edə biləcəklər. Tax Free nədir və kimlərə şamil olunur? Bütün dünyada geniş yayılan tax free - xarici vətəndaşlar tərəfindən alınmış və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasıdır. Azərbaycanda da son illərdə alınan malların ƏDV-si turistlərə geri qaytarılır. Onlar Tax Free loqosu olan mağazalarda alınan mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edərkən hava limanında geri ala bilirlər. Bu ildən başlayaraq, paytaxtımızda təşkil edilən Bakı Şopinq Festivalı sayəsində ölkəmizdə Tax Free anlayışı xarici ölkələrlə müqayisədə daha cəlbedici olub. Belə ki, digər ölkələrdə Tax Free yalnız xarici turistlərə şamil edilirsə, Azərbaycanda bu sistemdən yerli əhali də yararlana bilir. Azərbaycan vətəndaşları da aldıqları mallara görə ödədikləri ƏDV-nin bir qismini geri ala bilirlər. Bundan başqa, şopinqin inkişafı məqsədilə, ölkəmizdə “Tax-Free” üçün minimal alış məbləği də aşağı endirilib. Yəni, başqa vaxtlarda yalnız xarici vətəndaşlar üçün təqdim olunmuş Tax Free üçün minimum 300 AZN həddindədirsə Bakı Şopinq Festivalı dövründə həm turistlərin, həm də yerli vətəndaşların 100 AZN-dən yuxarı alış-verişlərinə tətbiq edilir. Bu isə o deməkdir ki, bir mağazadan toplam məbləği 100 AZN-dən yuxarı olan alış-verişlərin müəyyən hissəsi alıcıya qaytarılır. Alış zamanı satıcı alıcıya elektron vergi hesab fakturası təqdim edir. Alıcı ƏDV köşkünə yaxınlaşır və həmin fakturanı təsdiqlədir. ƏDV köşklərinin ünvanını festivalın saytındakı http://bakushopfest.com/edv-koshkleri/ keçidindən əldə edə  bilərsiniz. Fakturanı ƏDV köşkündə tədiqlətdiyi gün ƏDV məbləği fesivalın müvəkkil bankında alıcıya qaytarılır. ƏDV qaytarılması kampaniyası yalnız qeydiyyatdan keçmiş festival mağazalarından alınan mallara aid edilir. Müvəkkil bankların siyahısı ilə festivalında saytında  olan http://bakushopfest.com/muvekkil-banklar/ keçidindən tanış  ola  bilərsiniz. Bakı Şopinq Festivalı zamanı hansı mağazalardan alış-veriş zamanı ƏDV-nin gismini geri ala biləcəyinizi öyrənmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:  http://bakushopfest.com/our-stores/ Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında“ sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub və  nazirliyin nəzdində olan Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi“ndə də öz əksini tapmışdır. Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BSF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar:  Telefon: 0124982063 E-mail: media@bakushopfest.com Web: www.bakushopfest.com Media müraciət üçün: http://bakushopfest.com/for-media-inquiries/   ..
12.10.2017 16:34
İkinci Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirildiOktyabrın 12-də “JW Marriott Absheron” hotelində Bakıda təşkil ediləcək ikinci Şopinq festivalına həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər aidiyyəti qurumların rəsmiləri iştirak edirdi. Tədbirdə əvvəlcə Ticarət festivalının yerli televiziya kanalları və xarici ölkələrdə yayımlanacaq reklam çarxı nümayiş olundu. Nazir Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də turizmin inkişafına xüsusi diqqət yetirilir, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilib. Həmçinin vurğulandı ki, ölkə başçısının müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq da bir sıra addımlar atılmaqdadır. Budəfəki festival bir sıra yeniliklərlə yadda qalacaq Nazir vurğuladı ki, oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək Bakı Şopinq Festivalı Azərbaycan Turizm Şurası tərəfindən həyata keçirilən ilk layihədir. Festivalın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib və təşkilati məsələləri nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu həyata keçirir. Bundan əlavə, festivalın təşkilində müvafiq qurumlar da yaxından iştirak edərək öz töhfələrini verirlər. Qeyd olundu ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan festival turizmin inkişafı üçün yeni bir mərhələdir və beynəlxalq təcrübəyə əsaslanır. Tədbirin keçirilməsi təkcə ticarət deyil, ölkəmizin adət-ənənələri və tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə seçilir. Əbülfəs Qarayev bildirdi ki, festivalın əsas məqsədi mövsümarası vaxtlarda turistlərin sayını artırmaqdan ibarətdir: “İkinci Bakı Şopinq Festivalı bir sıra yeniliklərlə yadda qalacaq. Birinci və ikinci festivallar arasında həm mövsüm, həm də təbliğat baxımından müəyyən fərqlər olacaq. İkinci festival Azərbaycana turist axınını daha da stimullaşdıracaq. Qarşıdakı festivalda xüsusi turist paketləri hazırlanaraq turizm agentliklərinə təklif edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, hoteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq. Festival gedişində paytaxtın Fəvvarələr meydanında “Fan” zonası fəaliyyət göstərəcək”. Diqqətə çatdırıldı ki, ilk dəfə olaraq “Bravo” hipermarketi və “Neptun” supermarketlər şəbəkəsi də festivala qoşulub. Marketlərdə satılan yalnız elektron avadanlıqlar və bu tipli məhsullar festivala daxildir. Bundan başqa, bir sıra apteklər də festivalda təmsil olunacaqlar. Festivala qoşulan ticarət və xidmət obyektlərinin sayı artıb Nazir qeyd etdi ki, ikinci festivala qoşulan ticarət və xidmət obyektlərinin sayında da ciddi artım var: “Əgər ilk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 111 olacaq. Bu da üç dəfə artım deməkdir. Birinci festivalda əlavə dəyər vergisini (ƏDV) cəmi 172 şirkət qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin ƏDV-ni qaytarması nəzərdə tutulur. Bu festivala ümumilikdə 578 müəssisə qatılacaq. Festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək ki, bu da alış-verişin əhəmiyyətini artıracaq. Gələcəkdə keçiriləcək festivallarda ölkəmizə gələn turistlər üçün xüsusi imtiyaz kartının hazırlanması da nəzərdə tutulur”. O da vurğulandı ki, festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları ticarət mərkəzələrində xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili planlaşdırılır. Festivalda əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax-Free” sistemindən istifadə edə biləcəklər və bu, dünya təcrübəsində bir ilkdir. Bu da öz növbəsində daxili turizmin inkişafına əlavə təkan verəcək. Nazir bildirdi ki, ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında ciddi artım var. Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında turistlərin sayında 7 faiz artım müşahidə olunur. “Festivalın keçirilməsi üçün Vergilər Nazirliyi bütün qüvvəsini səfərbər edəcək” Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirdi ki, ölkə rəhbərinin 2017-ci il fevralın 20-də imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman festivalın yüksək səviyyədə təşkilinə böyük təsir göstərib. Bakıda İkinci Şopinq Festivalının keçirilməsi üçün Vergilər Nazirliyi bütün qüvvəsini səfərbər edəcək. Budəfəki festivalın təşkili üçün Vergilər Nazirliyi müvafiq iş rejimində çalışacaq. Nazirliyin 30 əməkdaşı iki növbədə işləyəcək. Nazir müavini diqqətə çatdırdı ki, festivala Azərbaycan Beynəlxalq Bankı və AzərTürk Bank da xidmətlərini təklif edib. Əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydaları festivalın iştirakçısı olan ticarət nöqtələrində tətbiq ediləcək. Bu kampaniyadan yalnız festivalda iştirak qeydiyyatından və Vergilər Nazirliyində qeydiyyatdan keçmiş iştirakçı-sahibkarlar mal aldıqları zaman yararlana biləcəklər. Festivalda iştirak edən həmin mağazalar “Tax Free” nişanı ilə fərqlənəcək. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək Mədəniyyət və Turizm Nazirliyi ilə festivalın təşkilində birgə görüləcək işlər haqqında məlumat verdi. Bildirdi ki, festival günlərində maraqlı mədəni tədbirlərin keçirilməsi üçün əsas parklarda şərait yaradılacaq. Paytaxtın mərkəzi küçələri, mehmanxana və ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq, Çağrı mərkəzi istifadəyə veriləcək. Azərbaycan Konqreslər Bürosu idarə heyətinin sədri Ülviyyə Mirqasımova nəzərə çatdırdı ki, büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də ənənəvi iş rejimində çalışacaq. Festivalın rəsmi internet saytında (www.bakushopfest.com) iştirakçıların qeydiyyatı, onları maraqlandıran informasiyalar və festivalla bağlı bütün məlumatlar yer alacaq: “Bu il təbliğat kampaniyamızı genişləndirmişik. İştirakçılar müştəri xidmətlərimizlə 157 qısa nömrəsi ilə əlaqə saxlayaraq üzləşdikləri problemlə bağlı bizdən məlumat ala bilərlər”. Nazir Əbülfəs Qarayev diqqətə çatdırdı ki, Ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. ƏDV-nin qaytarılması isə şopinq mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçiriləcək. Festival günlərində “Tax-Free” sistemi üzrə ƏDV-nin qaytarılması ən azı 100 manat məbləğində alış-veriş edən yerli vətəndaşlara tətbiq olunacaq.  Daha sonra jurnalistləri maraqlandıran sualları cavablandırıldı. Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır. ..
06.10.2017 17:29
İkinci Şopinq Festivalı sərfəli qiymətlərlə alıcıların görüşünə gəlir Bu payız Bakıda keçiriləcək mötəbər tədbirlərin sırasına daha biri əlavə olunur. Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə təşkil olunan ikinci Bakı Şopinq Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək. Yerli əhalinin və turistlərin bu festivalda iştirakı onlara bir çox əlverişli fürsətlər qazandıracaq. Vaxtına, puluna qənaət etmək istəyən, eləcə də keyfiyyətə üstünlük verən və zövqünə güvənənlər, bir ay boyunca təqdim ediləcək festival fürsətlərini qaçırmayın! Dünya ölkələrində alıcılar şopinq festivallarını səbirsizliklə gözləyirlər. Bu cür tədbirlər alıcılara festivala qoşulmuş mağazalarda brend malları daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır. Misilsiz Bakı Şopinq Festivalı vətəndaşlarımıza və şəhərimizin qonaqlarına hər biri bir ay davam etməklə, ildə iki dəfə bu fürsəti yaradır. Alıcılara xüsusi kampaniya və endirim təklifi! Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur. Əvvəlcə alış-veriş et, sonra pulunu geri al! “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda Tax Free sistemi tətbiq olunmur. Əlverişli imkanların ünvanı Bakıda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytında (http://bakushopfest.com/our-stores/ bölməsində) yerləşdiriləcək.                                                                  Festivaldan yerli mağazalara müjdə! Bakı şəhərində yerləşən istənilən mağaza Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə ticarət dövriyyəsini artırmaq istəyən sahibkarlar  iştirak üçün müraciət edə bilərlər. Sadələşdirilmiş vergi ödəyiciləri festival iştirakçısı olaraq, ƏDV qaytarılması xaric, festivalın digər imkanlarından yararlana bilərlər. Ənənəvi mərasimə qoşulmağın şərtləri ilə http://bakushopfest.com/merchant-terms/  keçidinə daxil olmaqla tanış ola bilərsiniz. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında“ sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi“ndə də öz əksini tapmışdır. İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində uğurla keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə. ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır. Festivalın iştirakçısı olmaq üçün info@bakushopfest.com elektron poçt ünvanı və ya 1547 qısa telefon  nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Aşağıdakı telefon nömrəsi və elektron poçt ünvanı vasitəsilə BSF haqqında ətraflı məlumat almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: Telefon: 012-498-20-63 E-mail:media@bakushopfest.com Web: www.bakushopfest.com Media müraciətlər üçün: http://bakushopfest.com/for-media-inquiries/ ..
25.05.2017 13:59
Bakı Şopinq Festivalına görə bir qrup şəxs mükafatlandırıldıMayın 24-də “Bulvar Hotel”də Bakı Şopinq Festivalının keçirilməsində əməyi olan bir qrup şəxsin mükafatlandırılma mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının təşkil olunması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən ilk festival uğurlu nəticələrlə yadda qaldı: “Bakı Şopinq Festivalının təşkil olunmasına cəlb edilmiş bütün dövlət qurumları birgə çalışaraq bu festivalın işinə öz töhfəsini verdi. Qısa müddətdə təşkil olunmasına baxmayaraq festival uğurlu nəticələrlə yekunlaşdı. 1 ay müddətində Bakının əsas ticarət mərkəzlərinin, mağazalarının qoşulduğu bu festivaldan turistlərlə yanaşı, yerli sakinlər də geniş yararlana bildilər”. Nazir qeyd etdi ki, Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi üçün Turizm Şurası yaradılıb. Şuranın həyata keçirdiyi ilk iş də məhz Bakı Şopinq Festivalı oldu. Nazir festivalın təbliğ olunmasında yerli kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu diqqətə çatdırdı. Vurğulandı ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Bakı Şopinq Festivalı paytaxtımızın böyük turizm mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Növbəti festivala 500-dək ticarət obyektinin qoşulması, “Tax Free” sisteminin tətbiq olunması müddətinin artırılması da nəzərdə tutulur. İkinci festivalın vaxtı, proqramı yaxın günlərdə elan olunacaq. Daha sonra Şopinq festivalının keçirilməsində əməyi olan bir qrup şəxsə mükafatlar təqdim olundu. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Türkan Cəfərova, Turizm şöbəsinin əməkdaşı Günel Aslanova, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova, Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev “Fəxri turizm işçisi”, İncəsənət şöbəsinin əməkdaşı Mənzərxanım Nurəliyeva “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular. Bir qrup şəxsə isə nazirliyin fəxri fərmanı təqdim olundu. ..
24.05.2017 16:22
Bakı Şopinq Festivalının nəticələrinə həsr olunan mətbuat konfransı keçirildiAprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq Ticarət festivalı (Baku Shopping Festival) təşkil olundu. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçirilən festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu idi. Mayın 24-də “Bulvar Hotel”də Şopinq festivalının nəticələrinə həsr olunan mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şopinq festivalı haqqında məlumat verdi. Bildirdi ki, dünyada əsasən xarici turistlər üçün nəzərdə tutulan ticarət festivalları məhz ilk dəfə Azərbaycanda yerli vətəndaşları da əhatə etdi: “Ölkəmizdə ilk dəfə təşkil olunan Ticarət festivalına həm yerli sakinlərin, həm də şəhərimizin qonaqlarının marağı yüksək olub. Bu festivaldan daha çox yerli vətəndaşlar yararlanıb. Əldə olunan nəticələrə görə deyə bilərik ki, festival kifayət qədər müsbət nəticələrlə yadda qaldı. Festivalın keçirilməsi ilk növbədə iqtisadi amillərlə bağlıdır. Qısa müddətdə hazırlanan festival müvafiq dövlət orqanlarının səyləri nəticəsində yüksək səviyyədə baş tutdu. Biz ehtimal edirik ki, bu ilin sonuna qədər ikinci festivalın da keçirilməsi nəticəsində büdcəyə 40-50 milyon vəsaitn daxil olacaq”. Nazir daha sonra Şopinq festivalının nəticələri haqqında məlumat verdi. Bildirdi ki, bu cür festivallar ölkəmizdə ənənəvi olaraq keçiriləcək. Ölkəmizin turizm sənayesinin inkişafı istiqamətində atılan digər addımlarla yanaşı, Şopinq festivalı da bu sahəyə öz töhfəsini verəcək: “Apardığımız rəy sorğularına görə Bakı Şopinq Festivalında iştirak edənlərin 98 faizi festivaldan məmnun qaldıqlarını bildiriblər. Ümumən festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Dövlət büdcəsinə isə 5,6 milyon manat vəsait daxil olub”. Qeyd olundu ki, aprel ayı ərzində ölkəmizə 187 min 577 turist gəlib. 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artım var. Mayın ilk on günündə isə Azərbaycana 70 min 776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artım olub. Nazir festivalın tanıtım tədbirlərinin də uğurla həyata keçirildiyini dedi: “Sevindirici haldır ki, ölkəmizdə gerçəkləşən festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrilib. Bakı Şopinq Festivalının marketinqi, dünya mediasında işıqlandırılması və təbliğatı sahəsində də mühüm işlər görülüb. Belə ki, ölkəmiz də daxil olmaqla, ümumilikdə 54 ölkədə TV, radio, onlayn media, sosial şəbəkələr və internet televiziyası vasitəsilə festival haqqında məlumatlar yayılıb. Xüsusi olaraq sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib. Bunlardan daha çoxu Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə qeydə alınıb”. Bildirildi ki, festival çərçivəsində bir sıra mədəni tədbirlər təşkil olunub: “Bir ay müddətində şou-proqramlar, əyləncəli tədbirlər keçirilib. Həmçinin paytaxtın Sabir bağında Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu tərəfindən mədəni tədbirlər təşkil edilib. İlk dəfə keçirdiyimiz bu festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngin idi. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də ticarət potensialını əks etdirən festival ilk gündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb oldu. Festival çərçivəsində ticarət mərkəzlərinin ərazisində, İçərişəhərdə, Sabir bağında və şəhərimizin digər görkəmli yerlərində təşkil edilmiş müxtəlif tədbirlərdə 200 minədək ziyarətçi iştirak edib”. Nazir sonda Bakı Şopinq Festivalının təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Onu da əlavə etdi ki, növbəti Şopinq festivalı üçün hazırlıqlara başlanacaq. Vergilər nazirinin müavini Sahib Ələkbərov festivalın əhəmiyyətindən danışaraq qeyd etdi ki, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi yolu ilə həyata keçirilən bu əhəmiyyətli layihə ilk dəfədən ölkəmizdə turizmin inkişafı, ticarətin, habelə pərakəndə satışın genişlənməsi baxımından uğurlu olub. Festivalın yerli sahibkarlığın inkişafı sarıdan effektiv olduğunu söyləyən Sahib Ələkbərov qeyd etdi ki, festival çərçivəsində vətəndaşlarımızın da xarici turistlərə şamil olunan ƏDV-nin qaytarılması sistemindən yararlanmasına şərait yaradılıb. Diqqətə çatdırıldı ki, Festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq proqramına qoşulub. “Tax Free” sistemi üzrə 23 min 242 ədəd hesab faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 milyon 167 min 892 manat olub və banklar alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytarıb. Festival aylığı ərzində alıcılar 30-70 faiz arası endirimlərdən və satış kompaniyalarından faydalanıblar. Festival iştirakçılarından əldə edilmiş məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin aprelində premium geyim və aksesuar mağazalarında 15 faizədək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46 faizədək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda isə 200 faizədək satış həcminin artması qeydə alınıb. Sonra Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək festivalın əhəmiyyətindən, festival çərçivəsində görülən işlərdən danışdılar. Bildirildi ki, unikallığı ilə seçilən Bakı Şopinq Festivalı gələcəkdə bazarı uyğun məsullarla təmin etməklə yanaşı, alıcıların tələbatının və şopinq vərdişlərinin nəzərə alınmasını da planlaşdırır. Qeyd edək ki, 1 ay müddətində ƏDV-nin qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival - Tax Free” stikeri yerləşdirilmişdi. ƏDV-lərin qaytarılması üçün Vergilər Nazirliyi ilə birlikdə 6 alış-veriş mərkəzində xüsusi köşklər fəaliyyət göstərib. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşları aldıqları malın ƏDV-sini (18 faiz - müvafiq xidmət rüsumu çıxılmaqla) geri almaq imkanı əldə etdilər. ..