Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
513

Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub

Oktyabrın 20-də “Elektra Events Hall”da 12-ci Bakı Beynəlxalq Caz Festivalının açılışı olub.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşıb.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev paytaxtımızda ənənəyə çevrilmiş caz festivalının əhəmiyyətindən söz açıb. Son illər ölkəmizdə reallaşan beynəlxalq musiqi festivallarının önəmini qeyd edən nazir müavini bu yöndə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən danışıb. Azərbaycanda cazın tarixindən bəhs edən nazir müavini deyib ki, bu gün caz musiqisi ölkəmizdə ən çox sevilən və maraq doğuran sənət növlərindəndir. Ə.Vəliyev, həmçinin milli caz sənətinin inkişafında xidməti olan sənətkarlardan danışıb.

Vurğulanıb ki, Azərbaycanda cazın böyük tarixi var. Belə ki, Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqisi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb. Bakı keçmiş SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verib. 2005-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb.

Sonra festivalın ilk konserti təqdim edilib. Konsertdə Qvineyanın tanınmış caz ifaçısı Sekou Kouyatın musiqi qrupu klassik və müasir caz nümunələrini ifa ediblər.

Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edəcək. Builki festivalın əsas qonaqları sırasında dünya şöhrətli akkordeonçu Rişar Qalyano da yer alıb. O, Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan orkestri ilə çıxış edəcək.

Həmçinin festivalın qonaqları sırasında məşhur Siminoloci (Almaniya), Kennedy Administreyşn (ABŞ) kollektivləri, Bob Stenson (İsveç), Mixael Bortslava (Niderland), Секоу Koyat (Qvineya), Omri Mor (İsrail), Оndera Forca (Türkiyə), Bendik Xofset (Norveç), Edmar Kastaneda (Kolumbiya), Pako Penteria (Meksika), Artur Dutkeviç (Polşa) və onların musiqi qrupları olacaq.

Festival çərçivəsində gənc ifaçıların “I am Jazzman” adlı beynəlxalq müsabiqəsi keçirilməklə yanaşı, Azərbaycan caz günləri, uşaq caz konsertləri, kino-caz günləri, caz sənətindən ustad dərsləri və seminarların təşkili də nəzərdə tutulur.

 

XƏBƏRLƏR

17.01.2018 16:24
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
17.01.2018 15:36
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivala hazırlaşır
17.01.2018 15:33
Baş İdarənin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir
17.01.2018 15:32
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qanlı yanvar” mövzusunda tədbir keçirilib
17.01.2018 12:39
Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi
17.01.2018 10:30
“Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib
17.01.2018 10:29
Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
17.01.2018 10:26
Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgi açılıb
16.01.2018 17:43
Milli Qəhrəmanlar Binəqədidə yad ediliblər
16.01.2018 17:40
Gənc Tamaşaçılar Teatrında həftə sonu 9 tamaşa nümayiş olunacaq
16.01.2018 17:18
Qax rayonunda “20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa keçirildi
16.01.2018 16:51
Xalq artisti Çingiz Sadıxov son mənzilə yola salındı
16.01.2018 16:30
Xalq Artisti Fatma Mahmudova yeni obrazda
16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq