Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1023

İkinci Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirildi

Oktyabrın 12-də “JW Marriott Absheron” hotelində Bakıda təşkil ediləcək ikinci Şopinq festivalına həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər aidiyyəti qurumların rəsmiləri iştirak edirdi.

Tədbirdə əvvəlcə Ticarət festivalının yerli televiziya kanalları və xarici ölkələrdə yayımlanacaq reklam çarxı nümayiş olundu.

Nazir Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də turizmin inkişafına xüsusi diqqət yetirilir, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilib. Həmçinin vurğulandı ki, ölkə başçısının müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq da bir sıra addımlar atılmaqdadır.

Budəfəki festival bir sıra yeniliklərlə yadda qalacaq

Nazir vurğuladı ki, oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək Bakı Şopinq Festivalı Azərbaycan Turizm Şurası tərəfindən həyata keçirilən ilk layihədir. Festivalın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib və təşkilati məsələləri nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu həyata keçirir. Bundan əlavə, festivalın təşkilində müvafiq qurumlar da yaxından iştirak edərək öz töhfələrini verirlər.

Qeyd olundu ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan festival turizmin inkişafı üçün yeni bir mərhələdir və beynəlxalq təcrübəyə əsaslanır. Tədbirin keçirilməsi təkcə ticarət deyil, ölkəmizin adət-ənənələri və tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə seçilir.

Əbülfəs Qarayev bildirdi ki, festivalın əsas məqsədi mövsümarası vaxtlarda turistlərin sayını artırmaqdan ibarətdir: “İkinci Bakı Şopinq Festivalı bir sıra yeniliklərlə yadda qalacaq. Birinci və ikinci festivallar arasında həm mövsüm, həm də təbliğat baxımından müəyyən fərqlər olacaq. İkinci festival Azərbaycana turist axınını daha da stimullaşdıracaq. Qarşıdakı festivalda xüsusi turist paketləri hazırlanaraq turizm agentliklərinə təklif edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, hoteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq. Festival gedişində paytaxtın Fəvvarələr meydanında “Fan” zonası fəaliyyət göstərəcək”.

Diqqətə çatdırıldı ki, ilk dəfə olaraq “Bravo” hipermarketi və “Neptun” supermarketlər şəbəkəsi də festivala qoşulub. Marketlərdə satılan yalnız elektron avadanlıqlar və bu tipli məhsullar festivala daxildir. Bundan başqa, bir sıra apteklər də festivalda təmsil olunacaqlar.

Festivala qoşulan ticarət və xidmət obyektlərinin sayı artıb

Nazir qeyd etdi ki, ikinci festivala qoşulan ticarət və xidmət obyektlərinin sayında da ciddi artım var: “Əgər ilk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 111 olacaq. Bu da üç dəfə artım deməkdir. Birinci festivalda əlavə dəyər vergisini (ƏDV) cəmi 172 şirkət qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin ƏDV-ni qaytarması nəzərdə tutulur. Bu festivala ümumilikdə 578 müəssisə qatılacaq. Festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək ki, bu da alış-verişin əhəmiyyətini artıracaq. Gələcəkdə keçiriləcək festivallarda ölkəmizə gələn turistlər üçün xüsusi imtiyaz kartının hazırlanması da nəzərdə tutulur”.

O da vurğulandı ki, festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları ticarət mərkəzələrində xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili planlaşdırılır. Festivalda əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax-Free” sistemindən istifadə edə biləcəklər və bu, dünya təcrübəsində bir ilkdir. Bu da öz növbəsində daxili turizmin inkişafına əlavə təkan verəcək.

Nazir bildirdi ki, ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında ciddi artım var. Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında turistlərin sayında 7 faiz artım müşahidə olunur.

“Festivalın keçirilməsi üçün Vergilər Nazirliyi bütün qüvvəsini səfərbər edəcək”

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirdi ki, ölkə rəhbərinin 2017-ci il fevralın 20-də imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman festivalın yüksək səviyyədə təşkilinə böyük təsir göstərib.

Bakıda İkinci Şopinq Festivalının keçirilməsi üçün Vergilər Nazirliyi bütün qüvvəsini səfərbər edəcək. Budəfəki festivalın təşkili üçün Vergilər Nazirliyi müvafiq iş rejimində çalışacaq. Nazirliyin 30 əməkdaşı iki növbədə işləyəcək.

Nazir müavini diqqətə çatdırdı ki, festivala Azərbaycan Beynəlxalq Bankı və AzərTürk Bank da xidmətlərini təklif edib. Əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydaları festivalın iştirakçısı olan ticarət nöqtələrində tətbiq ediləcək. Bu kampaniyadan yalnız festivalda iştirak qeydiyyatından və Vergilər Nazirliyində qeydiyyatdan keçmiş iştirakçı-sahibkarlar mal aldıqları zaman yararlana biləcəklər. Festivalda iştirak edən həmin mağazalar “Tax Free” nişanı ilə fərqlənəcək.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək Mədəniyyət və Turizm Nazirliyi ilə festivalın təşkilində birgə görüləcək işlər haqqında məlumat verdi. Bildirdi ki, festival günlərində maraqlı mədəni tədbirlərin keçirilməsi üçün əsas parklarda şərait yaradılacaq. Paytaxtın mərkəzi küçələri, mehmanxana və ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq, Çağrı mərkəzi istifadəyə veriləcək.

Azərbaycan Konqreslər Bürosu idarə heyətinin sədri Ülviyyə Mirqasımova nəzərə çatdırdı ki, büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də ənənəvi iş rejimində çalışacaq. Festivalın rəsmi internet saytında (www.bakushopfest.com) iştirakçıların qeydiyyatı, onları maraqlandıran informasiyalar və festivalla bağlı bütün məlumatlar yer alacaq: “Bu il təbliğat kampaniyamızı genişləndirmişik. İştirakçılar müştəri xidmətlərimizlə 157 qısa nömrəsi ilə əlaqə saxlayaraq üzləşdikləri problemlə bağlı bizdən məlumat ala bilərlər”.

Nazir Əbülfəs Qarayev diqqətə çatdırdı ki, Ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. ƏDV-nin qaytarılması isə şopinq mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçiriləcək. Festival günlərində “Tax-Free” sistemi üzrə ƏDV-nin qaytarılması ən azı 100 manat məbləğində alış-veriş edən yerli vətəndaşlara tətbiq olunacaq. 

Daha sonra jurnalistləri maraqlandıran sualları cavablandırıldı.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.

XƏBƏRLƏR

16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq
11.01.2018 17:36
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar film nümayişlərinə start veriləcək
11.01.2018 15:31
Azərbaycan Milli Kitabxanasının direktoru Los Anceles şəhər kitabxanasının direktoru ilə görüşmüşdür
11.01.2018 09:53
İrəvan teatrı ötən ili uğurla başa vurub
11.01.2018 09:52
Ötən il tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub
11.01.2018 09:34
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunub
10.01.2018 18:14
Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı
10.01.2018 17:21
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
10.01.2018 17:00
ABŞ-da vəfat etmiş məşhur pianoçu Çingiz Sadıxov Bakıda dəfn ediləcək
10.01.2018 16:17
“Air Arabia” aviaşirkətin jurnalında Bakı haqqında məqalə dərc olunub
10.01.2018 11:15
Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los Anceles Universiteti kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb
10.01.2018 09:43
“Aşıq musiqisi axşamları” - yeni möhtəşəm layihə
10.01.2018 09:16
Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb