Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
471

Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri” sərgisi

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində maraqlı tədbirlər, təqdimatlar və sərgilər təşkil olunur.

Oktyabrın 18-də Milli İncəsənət Muzeyində açılan “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri” adlı sərgi də beynəlxalq simpoziumun yaddaqalan tədbirlərindən oldu.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan xalçasının dünyada təbliğ edilməsi baxımından sərginin əhəmiyyət daşıdığını vurğuladı. Qeyd etdi ki, bu sərgi ilə dünyanın tanınmış sənət xəzinələri olan Viktoriya və Albert Muzeyində (London), Berlin İslam İncəsənəti Muzeyində və bir sıra şəxsi kolleksiyalarda qorunub saxlanılan zəngin və zərif tikmələrimiz, nəhayət ki, özünün həqiqi coğrafi-etnik ünvanını müəyyən edir. Uzun müddətdir ki, dünya alimlərinin nəzərini özünə cəlb edən tikmələrimiz əcdadlarımızın yüksək sənət məharətindən, incə zövqündən, fitri istedadından xəbər verir.

Nazir bildirdi ki, sərgidə xarici eksponatlarla yanaşı, Milli İncəsənət Muzeyində qorunan bir qrup tikmə nümunəsi də yer alıb. Həmin əsərlərin beynəlxalq ekspertlərin səyi əsasında Azərbaycana aid olduğu təsdiqlənib. Sərgi beynəlxalq mədəni və elmi fəaliyyətimizin mühüm, uğurlu nəticəsi və təcəssümüdür.

Tədbirdə sərginin kuratorları, İCOC-un (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) akademik komitəsinin sədri Alberto Boralevi və nazirliyin müstəqil eksperti Əsli Səmədova çıxışlarında bildirdilər ki, Mədəniyyət və Turizm Nazirliyinin belə bir sərgini keçirməsi nəinki Azərbaycanda, eləcə də dünya muzey praktikasında mühüm məqamdır. 1600-1850-ci illərə aid olan bu tikmələr xarici mənbələrdə “Erkən Azərbaycan tikmələri” adlandırılır, Qərb mütəxəssisləri və kolleksiyaçıları tərəfindən yüksək qiymətləndirilir.

Qeyd olundu ki, erkən Azərbaycan tikmələrinin bir çox motivləri XVI-XVIII əsrlərin “Əjdaha” qrupuna daxil olan Azərbaycan xalçalarının naxışları, həmçinin Səfəvi dövrü xalçalarına xas palmetta və mərkəzi medalyon elementi ilə sıx əlaqəlidir. Bu xalçalar Azərbaycanın dekorativ-tətbiqi sənətinin beynəlxalq ədəbiyyatda ölkəmizə məxsusluğu qəbul edilən yeganə nümunələridir.

Daha sonra qonaqlar “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri” sərgisi ilə yaxından tanış oldular.

Qeyd edək ki, sərgidə Londonun Viktoriya və Albert Muzeyinin kolleksiyasından 13 ədəd eksponat nümayiş olunur. İkiillik tədqiqat çərçivəsində sərginin kuratorları Alberto Boralevi və Əsli Səmədova Londonun “Hali Publications Ltd” nəşriyyatının dəstəyi ilə dünya muzeyləri və şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan tikmələrinin nadir məlumat bazasını yaradıblar. Bu qəbildən olan 400-ə yaxın tikmə aşkarlanıb və elektron məlumat bazası tərtib edilib.

Alberto Boralevi və Əsli Səmədovanın müəllifi olduğu və “Hali Publications Ltd” nəşriyyatında çap olunan “Qafqazın ulduzları. Erkən Azərbaycan tikmələri” kitabının ayrıca bir fəsli Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı tikmələrə həsr edilib.

XƏBƏRLƏR

17.11.2017 16:57
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
17.11.2017 16:16
Şabranda “Xalq teatrları və dram dərnəkləri: problemlər və perspektivlər” müzakirə olunmuşdur
17.11.2017 11:14
Milli Dirçəliş günü ilə əlaqədar keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
17.11.2017 09:39
“Xəzinənin yeni inciləri” Azərbaycan Xalça Muzeyində
17.11.2017 09:20
Bakıda 3-cü “Türk filmləri həftəsi” açılıb
16.11.2017 17:37
İstanbulda “Sən də Azərbaycanı gör” fotosərgisi davam edir
16.11.2017 17:29
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qonaqları üçün “Çay bayramı” təşkil olunub
16.11.2017 17:20
“Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa keçirildi
16.11.2017 16:27
Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
16.11.2017 14:44
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
16.11.2017 14:32
Ustad aşıq Bəylər Qədirovun anadan olmasının 100 illik yubiley tədbiri keçiriləcəkdir
16.11.2017 12:28
Bakıda və Moskvada Fərhad Bədəlbəylinin 70 illik yubileyi keçiriləcək
16.11.2017 10:29
Bakıda IV Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir
16.11.2017 10:16
Azərbaycanda musiqisində yeni rok-opera sənətsevərlərə təqdim ediləcək
15.11.2017 17:51
Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində dəyirmi masa və sərgi keçiriləcək
15.11.2017 17:23
Belarus, Ukrayna, Rusiya və Azərbaycanlı opera ulduzları "Karmen" operasının tamaşasında çıxış edəcəklər
15.11.2017 17:08
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Eşq-i Nigar” tamaşasının premyerası keçirildi
15.11.2017 17:04
Rauf Abdullayevin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
15.11.2017 16:28
Azərbaycan, İtaliya və Avropa İttifaqının birgə Tvinninq layihəsinin ictimaiyyət üçün hesabat toplantısı keçirildi
15.11.2017 16:12
Şövkət Ələkbərovanın 95 illik yubileyi ilə əlaqədar konsert təqdim olunub
15.11.2017 15:00
Məşhur gürcü rejissorun tamaşası Musiqili Teatrda nümayiş olunub
14.11.2017 17:49
Uşaq yazarlarının regionlara turneləri təşkil olunub
14.11.2017 17:40
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək
14.11.2017 16:56
Azərbaycan Polşada 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalında təmsil olunub
14.11.2017 15:39
Mədəniyyət və turizm naziri Misirin nümayəndə heyətini qəbul etdi
14.11.2017 14:23
Robert Sturuanın tamaşası Musiqili Teatrda
14.11.2017 14:11
“Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin 16-cı Assambleyası Praqa şəhərində baş tutub
14.11.2017 00:00
“Mədəniyyət.AZ” jurnalının yeni sayı