Cümə axşamı,   25.05.2017  23:56

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
25 May 2017 06:30
“Bir pəncərə” İxraca Dəstək Mərkəzinin təqdimatı keçirilmişdirAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1255 nömrəli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar cari ilin 25 may tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin təqdimatı keçirildi. Təqdimat zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bilidirib ki, “Bir pəncərə” İxraca Dəstək Mərkəzi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verəcək. “Bir pəncərə” İxraca Dəstək Mərkəzində digər dövlət qurumlarının nümayəndələri ilə yanaşı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyin nümayəndəsi fəaliyyət göstərəcək və informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsini təşkil edəcəkdir. Həmin Mərkəz mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün keyfiyyət sertifikatının və digər malların ixracına razılıq verilməsini təmin edəcək. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov, Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, İqtisadiyyat Nazirinin müavini Sahil Babayev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Kənd təsərrüfatı nazirini müavini Seyfəddin Talıbov,  Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini  Səyavuş Heydərov,  Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmmməd Musayev çıxış ediblər. ..
17 May 2017 09:36
Bəstəkar Aqşin Əlizadənin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir22 may 2017-ci il tarixində görkəmli bəstəkar, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, professor Aqşin Əlizadənin (1937-2014) anadan olmasının 80 ili tamam olur. Aqşin Əlizadə Azərbaycan bəstəkarlıq məktəbinin  istedadlı nümayəndələrindən biridir. Onun ilk milli tarixi qəhrəmanlıq baleti olan “Babək” əsəri, habelə “Qafqaza səyahət”, “Qəmli vals” baletləri, beş simfoniyası,  süitaları, “Azərilər” kantatası, “Bayatılar” xor silsiləsi, skripka və orkestr üçün konserti Azərbaycan musiqi mədəniyyətinin parlaq  səhifələrini  təşkil  edir. Aqşin Əlizadə 1970-1994-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifələrində çalışmış, 50 ilə yaxın bir müddət ərzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gənc bəstəkarlar nəslinin yetişdirilməsində mühüm rol oynamışdır. 19 may 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Aqşin Əlizadənin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. ..
16 May 2017 04:17
18 may Beynəlxalq Muzeylər Günü18 may tarixində İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər. Belə ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Bülbülün Memorial Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Masallı Tarix-diyarşünaslıq Muzeyi, Səməd Vurğunun Ev-muzeyi, Şirvanşahlar Sarayı, Tahir Salahovun Ev-muzeyi, Üzeyir Hacibəylinin Ev-muzeyi və digər muzeylər tədbirlər keçirdəcək. Hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilmişdir. İCOM Azərbaycan Milli Komitəsinin əsas fəaliyyəti Beynəlxalq Muzeylər Şurasının işində iştirak etmək, müasir mərhələdə Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzeylər ilə əlaqə yaratmaq, dünya standartlarına uyğun səviyyədə müxtəlif normativ aktların qəbul edilməsində, mədəni irsin qorunması istiqamətində, dünya muzeyləri ilə bir sırada öz işini davam etməkdən ibarətdir. Bu gün İCOM Azərbaycan Milli Komitəsinin 39 muzey və 11 digər təşkilatların nümayəndələrindən ibarət 100 nəfər üzvü var. “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu insanlar arasında sülh əlaqələrinin inkişafında mərkəz hissə olmaqda muzeylərin rolundan bəhs edir və sülh şəraitində paylaşılan bir gələcək təsəvvür edilərkən mübahisəli tarixin qəbul edilməsini ilk addım kimi vurğulayır. Keçiriləcək tədbirlərin məqsədi insan irqinə məxsus tarixin aydın olmayan tərəflərinin dərk edilməsindən ibarətdir.   18 may tarixində keçiriləcək tədbirlərin siyahısı: 11:00 – Azərbaycan Xalça Muzeyində “Beynəlxalq Muzeylər Günü”nün rəsmi açılışı, bu tədbirə hazırlıq işlərinə həsr olunmuş video-çarxın təqdimatı, “Dekorativ-tətbiqi sənətdə sosialist realizmi” sərgisi; 14:00 – AMEA Milli Azərbaycan Tarixi Muzeyində 1920-50-ci illərdə represiyyalar mövzunda “Sonuncu ünvan...” adlı tədbir: məruzə, sərgi, konsert; 16:00 – Azərbaycan Milli İncəsənət Muzeyində “Unudulmuş unudulmaz” sərgisi; 18:00 – Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “İnteryerdə musiqi və həqiqət” sərgisi və konsert. 18  ay tarixində gün ərzində keçiriləcək sərgilər: Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi – “Gələcək üçün keçmiş haqqında...” sərgisi (14:00) Bülbülün Memorial Muzeyi – “Şuşada susan eksponatlar” sərgisi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu – “Xatırla və tanı” adlı məruzə (18:00) Səməd Vurğunun Ev-muzeyi – “Səməd Vurğun repressiya illərində” adlı məruzə Şirvanşahlar Sarayı Kompleksi – “Repressiya qurbanları: Mövsüm Salamov” adlı məruzə və sərgi (11:00) Tahir Salahovun Ev-muzeyi – “Repressiya qurbanları: Teymur Salahov” sərgisi Üzeyir Hacibəylinin Ev-muzeyi – “1920-1950-ci illərdə repressiyalar” sərgisi Masallı Tarix-diyarşünaslıq Muzeyi – “Zamanın günahsız qurbanları” adlı məruzə ..
16 May 2017 11:51
Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti olubMayın 15-də Azərbaycan Dövlət Musiqili Teatrında uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək ölkəmizdə istedadlı uşaq və gənclərə verilən qiymətdən danışıb: “Prezident İlham Əliyev istedadlı gənclərin, uşaqların yaradıcılığının inkişafına böyük diqqət və qayğı göstərir. Son illər ərzində onlarla istedadlı uşaq və yeniyetmələrin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb, Prezidentin xüsusi təqaüdünə layiq görülüblər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində də istedadlı gənclər xüsusi yer tutur və onlara böyük dəstək verilir”. Yaşar Əliyev uşaq xor kollektivlərinin respublika müsabiqəsinin keçirilməsinin ənənəyə çevrildiyini söyləyib. Bildirib ki, artıq doqquzuncu dəfə reallaşdırılan müsabiqənin məqsədi xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə marağın oyadılması, eyni zamanda xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsidir. Bu məqsədlə müsabiqə və festivallarda iştirak edən xor kollektivlərinin ifaçılıq səviyyəsi ildən-ilə yüksəlib, kollektivlərin repertuarı genişlənib və zənginləşib, səhnə mədəniyyəti artıb, xormeysterlərin işi peşəkarlıq səviyyəsinə yüksəlib. Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il aprelin 6-dan 26-dək uşaq xor kollektivlərinin ənənəvi respublika müsabiqəsi keçirilib. Regionlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərləri və Ağcabədi, Ağdaş, Bərdə rayonlarında keçirilən müsabiqədə 5 mindən çox şagird çıxış edib. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq Artisti, professor Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 150 uşaq xor kollektivinin çıxışını qiymətləndirib. Bildirib ki, münsiflər heyətinin qərarına əsasən Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor kollektivi Qran-pri mükafatına, C.Hacıyev adına 3, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəblərinin xor kollektivləri birinci, S.Ələsgərov adına 1 və Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbləri, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin xor kollektivləri ikinci, Bakı şəhər 4 və 30 nömrəli uşaq musiqi məktəblərinin, Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəbi və Quba şəhər uşaq musiqi məktəbinin xor kollektivləri üçüncü dərəcəli diplomlara layiq görülüblər. Müsabiqədə fərqlənmiş bir sıra kollektivlərə də diplom və fəxri fərmanlar verilib. Tədbirdə çıxış edən Gülbacı İmanova müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirərək davamlı olaraq hər il keçirilməsini arzulayıb. Daha sonra müsabiqə iştirakçıları olan xor kollektivlərinin ifasında konsert proqramı təqdim edilib. Kollektivlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər. ..
15 May 2017 05:01
Teatr Muzeyində “İslam Azərbaycan Teatr Mədəniyyəti Kontekstində” adlı sərginin açılışı olmuşdurCəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 12 may 2017-ci il tarixində ölkəmizdə keçirilən IV Islam Həmrəyliyi  Oyunlarına həsr olunmuş “İslam Azərbaycan Teatr Mədəniyyəti Kontekstində” adlı sərginin açılışı olmuşdur. Təqdim olunan bu sərgidə Azərbaycanın dəyərli  teatr  rəssamlarından  Əzim   Əzimzadənin, Bədurə Əfqanlının,  Fyodor  Qusakın, Mikayıl Abdullayevin, Ənvər Almaszadənin, Kazım  Kazımzadənin,  Toğrul  Nərimanbəyovun, Elçin Aslanovun  (E.Aslan-Muxtar)  şərq və islam elementlərini əks etdirən  dekorasiya və geyim eskizləri nümayiş olunmuşdur. Sərginin açılışında Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyəti, muzey əməkdaşları, media nümayəndələri  iştirak etmişlər. ..
15 May 2017 11:30
II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlamışdırAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlamışdır. Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması Festivalın əsas məqsədləridir. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanları Final mərhələsi üçün Bakı şəhərinə dəvət edilməsi məqsədilə münsiflər heyəti (Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədov (sədr), İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar  artisti Loğman Kərimov, Gəncə Dövlət Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Xalq artisti  Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru  Gülnarə Hacıyeva) regionlara ezam edilmişdir. Seçim mərhələsi ilk olaraq Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində (Kürdəmir şəhəri) keçirilmişdir. Tədbirdə Kürdəmir, Sabirabad və Bərdə regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak etmişlər. Seçim mərhələsinin ilk günündə Füzuli rayon Mədəniyyət Evinin Xalq Teatrı – “Çimnaz xanım yuxudadır”, Beyləqan rayon Gənclik Xalq Teatrı – “Apar məni yurduma”, Sabirabad rayon A.İsgəndərov adına Xalq Teatrı – “Qisas qiyamətə qalmaz”, Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrı – “Oyun bitdi” və Yevlax şəhər Kukla Xalq Teatrı – “Tülkünün uçuşu” tamaşaları ilə çıxış etdilər. Festivalın növbəti seçim mərhələsi Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsində (Şəmkir şəhəri) keçirilmişdir. Tədbirdə Şəmkir və Ağstafa regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak etmişlər. Tovuz Xalq Teatrının təqdim etdiyi “Çimnaz xanım yuxudadır” və Şəmkir rayon Xalq Teatrının nümayiş etdirdiyi “Novruz Sərgüzəştləri” tamaşaları münsiflər heyəti və tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Məlumat üçün bildiririk ki, respublikanın paytaxt və bölgələrində 37 xalq teatrı fəaliyyət göstərir. Mədəniyyət müəssisələrində minlərlə insanı özündə birləşdirən xalq teatrlarının fəaliyyətinə nazirlik tərəfindən hərtərəfli qayğı və diqqət göstərilməkdədir. Cari ilin may ayında II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri, iyun ayında isə Final mərhələsi keçiriləcəkdir. Tədbirlər respublikanın müxtəlif mətbu orqanları tərəfindən işıqlandırılmışdır. ..
15 May 2017 11:27
Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçiriləcək15 may 2017-ci il tarixində saat 16.00-da Azərbaycan Dövlət Musiqili Teatrında Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçiriləcəkdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin 6-26 aprel tarixində uşaq xor kollektivlərinin ənənəvi respublika müsabiqəsi keçirilmişdir. Regionlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərləri və Ağcabədi, Ağdaş, Bərdə rayonlarında keçirilən müsabiqədə 5 mindən çox şagird çıxış etmişdir. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, respublikanın xalq artisti, professor Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 150 uşaq xor kollektivinin çıxışını qiymətləndirmişdir. Münsiflər heyətinin qərarına əsasən Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor kollektivi Qran-Pri mükafatına, Bakı şəhər S.Ələsgərov adına 1 nömrəli, C. Hacıyev adına 3, 4 nömrəli, T.Quliyev adına 12, Ş.Ələkbərova adına 20 və 30, Sumqayıt şəhər Bülbül adına 2, Quba şəhər və Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəblərinin xor kollektivləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına layiq görülmüşlər. ..
13 May 2017 01:47
Azərbaycanın sədrliyi ilə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun növbəti iclası keçirilirBirləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun üçüncü iclası sözügedən təşkilatın Madriddəki qərargahında öz işinə başlamışdır. Qeyd edirik ki, iclas Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə keçirilir.  Tədbirdə BMÜTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, sözügedən işçi qrupuna, eləcə də BMÜTT-ə üzv ölkələrin 30-a yaxın nümayəndəsi iştirak edir. Ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev təmsil edir.  İşçi qrupunun üçüncü iclasının açılış mərasimində BMÜTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami və işçi qrupunun ilk iclasında sədr olaraq seçilmiş nazir müavini Nazim Səmədov çıxış etmişdir. İki gün davam edəcək iclas çərçivəsində “Turizmin qlobal etik kodeksi”ni konvensiyaya çevirmək istiqamətində müvafiq mövzular ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulmuşdur.  Xatırladırıq ki, işçi qrupunun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək BMÜTT-nin Turizm üzrə Qlobal Kodeksi əsasında hüquqi cəhətdən bütün üzv dövlətlərə məcburi qaydada şamil oluna biləcək “Turizm Etikası üzrə Konvensiya”nı hazırlayıb qurumun 2017-ci ilin senytabr ayında keçiriləcək Baş Assembleyasına təqdim etməkdən ibarətdir.   Turizm Etikası üzrə Konvensiya” turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcəkdir. Sözügedən sənəd BMÜTT-nin ilk Konvensiya sənədi olacaqdır.   ..
04 May 2017 01:37
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək11-14 oktyabr 2017-ci il tarixlərində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub. Festivala film qəbulu aprel ayının 15-də başlayıb 1 sentyabr tarixinə qədər davam edəcək. Festivalın təşkilat komitəsi göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar: Ölkə, region, şəhər; Mədəniyyət, ənənə; Reklam filmləri; Ekoturizm və digər turizm növləri; TV məhsullar (filmlər, videoçarxlar). Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar. Festivalın ən yaxşı filminə isə QRAN PRİ –  diplom və mükafat veriləcək. BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar. ..