Cümə axşamı,   25.05.2017  23:57

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
116

Qalaaltı regionunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanının Baş Assambleyası keçiriləcək

Xəbər verildiyi kimi, 16-18 may 2017-ci il tarixində Portuqaliyanın Kaldaş de Rainya şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin marketinq sektorunun aparıcı məsləhətçisi-Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir.

Beynəlxalq tədbirin növbəti gününün proqramına uyğun olaraq, 2018-ci ilin may ayında Qalaaltıda keçiriləcək EHTTA-nın növbəti Baş Assambleyasının gündəliyi, iştirakçılar və təşkilati məsələlər haqqında geniş müzakirələr aparılmış və ölkəmiz tərəfindən geniş təqdimat keçirilmişdir.

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) prezidenti Guiseppe Bellandi çıxış edərək növbəti ildə bu tədbirin məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə etmiş və vurğulamışdır ki, Qalaaltında Assambleyanın uğurlu şəkildə həyata keçiriləcəyindən əminliyini ifadə etmişdir. 

Eyni zamanda müzakirələr zamanı yaxın gələcəkdə Azərbaycan digər termal regionlarının da Assosiasiyaya üzvlüyü məsələsi qaldırılmışdır.

Xatırladırıq ki, ötən ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” regionu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulmuşdur.