Cümə,   26.05.2017  00:02

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
122

Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri Quba və Qusarda

Mayın 16-da Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Quba və Qusarda konsert proqramı ilə çıxış edib.

Konsert Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun 110 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində təqdim olunub.

Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Evində konserti dinləyən tamaşaçılar Səid Rüstəmovun iyirmiyə yaxın əsərinə orkestrin ifasında qulaq asmaq imkanı qazanıb.

Şimal rayonlarına ilk dəfə səfər edən orkestr konsertdə 40 nəfərə yaxın heyətlə çıxış edib.

Gənc və uşaq musiqiçilərinin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev olan orkestr günün ikinci yarısında qusarlı tamaşaçılar qarşısında çıxış edib.