Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin may ayının 24-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev tərəfindən Şamaxı rayon Heydər Əliyev Mərkəzində (Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27A) Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini cənab Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı və Qəbələ rayonlarından, Mədəniyyət nazirinin müavini cənab Rafiq Bayramov Ağsu rayon Heydər Əliyev Mərkəzində (Ağsu şəhəri, Azərbaycan küçəsi 25) Ağsu rayonundan olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) |
Əlaqələndirici şəxs |
Əlaqə telefonu |
1 |
Şamaxı rayonu |
Rəfail Tağızadə |
050-669-92-55 020-265-20-91 |
2 |
Qobustan rayonu |
Cahangir Ağaməmmədov |
050-514-35-73 020-245-29-87 |
3 |
İsmayıllı rayonu |
Azər Abbasov |
050-354-18-38 020-285-33-20 |
4 |
Qəbələ rayonu |
Nargilə Qafarova |
050-677-84-10 024-205-02-99 |
5 |
Ağsu rayonu |
Cavanşir Şeydazadə |
050-377-44-21 020-226-47-72 |