Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində dövlət qulluğuna qəbul üçün ümumi müsahibə elan edilir
Müsahibədə Mədəniyyət Nazirliyində və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 2 noyabr 2018-ci il tarixindən 2 dekabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Dövlət İmtahan Mərkəzinin internet portalına internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.
Elan edilmiş ümumi müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi müsahibəyə çıxarılmış vakant vəzifələr:
- Masallı Regional Mədəniyyət İdarəsi, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbərinin müavini - rəis müavini (1 yer)
Vəzifə haqqında ətraflı məlumat
Müsahibə proqramı
Dövlət qulluğu üzrə müraciət Forması