Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2016-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-cü bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 1 may 2016-ci il tarixinədək Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan etmişdir.
Müsabiqə Komissiyasına təqdim olunmuş 56 tədbir layihəsi təhlil edilərək aşağıda qeyd olunan layihələr qalib seçilmişdir:
- “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin “Regionlarda yeni formalaşmış mədəniyyət müəssislərində Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin təbliği” layihəsi
- “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin “Keçmişdən gələcəyə! Gənclər arasında tarixi mədəniyyət abidələrinin təbliği“ layihəsi.
- “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin “Qarabağın maddi-mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” layihəsi
- “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin “Muğamın müasir dinləyiciləri” layihəsi
- “Folklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyinin “Gənc Aşıqların respublika festivalı” layihəsi
- “Gələcək Naminə vətəndaş cəmiyyətinin inkişafına dəstək” İctimai Birliyinin “Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsi
- “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin “Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğat işləri” layihəsi.