Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün ikinci müsabiqə elan edir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-ci bəndinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları 2017-ci ilin may ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
- QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
- Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
- Tədbirin keçiriləcəyi yer və tarix;
- Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
- Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan:
AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Qeyri-hökumət təşkilatları ilə iş sektoru
Əlaqələndirici şəxslər:
Rəşad Əliyev
Arzu Məmmədzadə
Rəvanə Abdullayeva
Email: qht.medeniyyet@gmail.com
qht@mct.gov.az
Tel: (012) 498-79-21/53
Müsabiqədə iştirak etmək üçün təqdim olunacaq sənədlərin anket formasını aşağıdakı linklərdən əldə edə bilərsiniz: