Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
21.02.2018 16:57
“Məhəbbət və Ağ ölüm” tamaşası nümayiş olunubCəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 19-da Bakı Humanitar Kolleci ilə birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşası anşlaqla yadda qalıb. Tamaşanı uğurla təqdim edən teatr kollektivi sonda şagirdlər, müəllimlər, mötəbər qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər. Tamaşa Bakı Humanitar Kollecinin səhnəsində təqdim olunub. ..
21.02.2018 16:06
Musiqili Teatrda həftəsonu tamaşalarıAzərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq.  Həftəsonu - 24 fevral saat 19:00 “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), 25 fevral saat 12:00-da uşaqlar üçün “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, A.Sadıqov) tamaşaları ana dilimizdə təqdim ediləcək. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb.  23 fevral, saat 12:00-da uşaqlar üçün “Qoğalın macərası”, saat 19:00-da böyüklər üçün SSRİ Xalq artisti R.Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri, 24 fevral, saat  12:00 və 14:00-da isə  “Düyməcik” (H.K.Anderson) nağıl-tamaşası nümayiş olunacaq. Tamaşaçılar səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Novruz Qartal, Svetlana Bulax, Çingiz Əhmədov, Nərgiz Kərimova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Emil Heydərov, Mehriban Zalıyeva, Hüseyn Əlili, Nadejda Povelisina, Yuliya Yeydərova, Gülçöhrə Abdullayeva, Marina Litvinenko, Rauf Babayev, Nicat Əli, Gülnarə Əzizova, Telnaz Hüseynova, Güldanə Əzimova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Zarina Qurbanova, Pərviz Məmmədov, Fərid Rzayev və başqalarının ifalarını izləyə biləcəklər. Hər iki dildə nümayiş olunan biri-birindən maraqlı tamaşaları seyr etmək üçün  teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.   ..
21.02.2018 16:05
Akademik Opera və Balet Teatrında “Qu gölü” baletinin tamaşası keçiriləcəkMartın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcəkdir.  Tamaşaçıların çox sevdiyi və böyük maraq göstərdikləri bu balet 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunmuşdur. Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər.  Qeyd edək ki, Ziqfrid rolunun ifaçısı Y.Tissi İtaliya balet məktəbinin yetirməsidir. Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Respublikanın Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova, Failə Bolqarova, Mehman Mərdanov, Leyla Narimanidze, Dilarə Mehdiyeva iştirak edəcək və solo partiyalar və rəqslər ifa edəcəklər. Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir. ..
21.02.2018 16:04
Turizm və Menecment Universitetində “Ana dilimiz-mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilib21 fevral 2018-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz-mənəvi sərvətimiz” mövzusunda tədbir olub.  ATMU-nun rektoru İlham Mədətov  qeyd edib ki,  dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə YUNESKO-nun Baş Konfransı tərəfindən  hər il  fevralın 21-i Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.. Rektor detallı çıxışında xüsusi vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilən Konstitusiya Aktı ilə dövlət dilinin adı bərpa olunub. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması  ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. ATMU-nun “İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı,“Dillər” kafedrasının dosenti Seyidəli Məmmədli  və müəllim Almaz Zöhrabova Beynəlxaq Ana Dili Gününün yaranmasından, ölkəmizdə ana dilimizin mərhələli inkişaf tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açıblar. Eyni zamanda   Azərbaycan Konstitusiyasının 45-ci maddəsində hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq hüququnun təsbit olunduğunu diqqətə çatdırıblar. ATMU tələbəsi Fatimə İbadovanın Səməd Vurğunun məşhur “Azərbaycan”şeiri ilə çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Beynəlxalq Ana Dili Gününə həsr olunan “Ana dilimiz-mənəvi sərvətimiz”adlı tədbirdə Bəxtiyar Vahabzadənin “Ana dilim”şeiri şairin öz səsində səsləndirilib.   ..
21.02.2018 16:02
“Danışan Pişik Tom və dostları” adlı interaktiv, əyləncəli və musiqili tamaşa keçiriləcək10-11 Mart 2018-ci il tarixlərində Bakıda ilk dəfə, Heydər Əliyev Sarayında Moskva İri Kuklalar Teatrının təqdimatında uşaqlar üçün, “Danışan Pişik Tom və dostları” interaktiv, əyləncəli və musiqili tamaşa keçiriləcək. Tamaşada uşaqlar və valideynləri müasir və texniki cəhətdən mükəmməl şou, səs və vizual xüsusi effektlər, oyun və ünsiyyət, interaktiv ekran, rəqs, əyləncə, musiqi, sevdikləri mahnılar, maraqlı elementlər və bir çox digər unudulmaz surprizlər gözləyir. İnteraktiv tamaşada yeni texnologiyalardan və proyesiyadan istifadə olunacaq. Saat 13:00-da başlayacaq tamaşaların biletlərini Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30 ..
21.02.2018 16:01
İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək2018-ci il fevralın 22-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək.    Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum etmişlər. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi. 613 nəfər dinc əhali öldürülmüş, 487 nəfər əlil olmuş, 1275 nəfər götürülmüş əsir müxtəlif işgəncələrə məruz qalmışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü“ elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Muzeydə təşkil olunmuş sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin Xocalı soyqırımına həsr olunmuş 50-ya yaxın əsəri nümayiş olunacaq.  Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Xocalı soyqırımının şahidi Məmmədov Orucun, Azərbaycan İstiqlal Muzeyinin əməkdaşının və digər qonaqların çıxışları gözlənilir, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanan “Xocalını unutmayaq” adlı kompozisiya nümayiş olunacaq. Tədbirdə Xocalı faciəsinin şahidləri, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət İşçiləri İxtisasartırma Mərkəzinin əməkdaşları, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin nümayəndələri, Sərhəd Qoşunlarının əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.     ..
21.02.2018 16:00
Şuşa Dövlət Musiqili Dram Teatrı Xocalı soyqırımının 26–cı ildönümü ilə əlaqədar anım mərasimləri keçirəcəkHeydər Əliyev Fondunun vitse–prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kompaniyası dünyanın bir çox ölkələrində uğurla həyata keçirilməkdədir. Qarabağ mədəniyyətinin canlı yadigarı olan Şuşa Dövlət Musiqili Dram Teatrı da bu kompaniyaya qoşularaq, Xocalı soyqırımının 26–cı ildönümü ilə əlaqədar fevral ayının 23–dən etibarən anım mərasimlərinin keçirilməsini planlaşdırmışdır. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, “Azersun Holdinq” Şirkətlər Qrupu və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə tədbiri olan ilk anım mərasimi fevralın 23–də saat 11:00–da “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində keçiriləcəkdir. Növbəti anım mərasimləri fevralın 26–da saat 11:00–da Bakı Biznes Universitetində və həmin gün saat 19:00–da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcəkdir. Anım mərasimlərində E.Abdullayevanın “Əsgər papağı” tamaşası oynanılacaqdır. ..
21.02.2018 15:51
Görkəmli bəstəkar Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək22 fevral 2018-ci il tarixində saat 17:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında görkəmli bəstəkar Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Konsertdə Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri bəstəkarın əsərlərindən ibarət olan musiqi proqramı ilə çıxış edəcək. Solistlər respublika və beynəlxalq müsabiqələr laureatları Bağır Babayev, Gülarə Ramazanova, Əli Məmmədli, Rəşad Həsənzadə, Atlas Mehdiyeva, Mehriban Quliyeva, Solmaz Rəhimova, Kamran Səmədov, Vəlimməməd Salayev və Sabir Ağayevdir. ..
21.02.2018 15:47
Heydər Əliyev Sarayında Muğam Televiziya musabiqəsinin qaliblərinin konserti keçirildiFevralın 19-da Heydər Əliyev Sarayında 2005-2017 –ci illər Muğam Televiziya musabiqəsinin qaliblərinin konserti keçirilib. Konsertdə Muğam televiziya musabiqəsinin qalibləri və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak ediblər. Konsertdə xanəndələri Əməkdar artislər Elçin Həşimov, Elnur Əhmədov və Əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə “Muğam” instrumental ansamblı müşaiyət edib. ..