Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
735

“Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin 16-cı Assambleyası Praqa şəhərində baş tutub

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının ən uğurlu layihələrindən hesab olunan, o cümlədən YUNESKO-nun müvafiq konvensiyalarının monitorinqini aparan “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq  layihənin həyata keçirilməsində fəal iştirak edir və hər il işlənib hazırlanan Milli Məruzə müvafiq veb-portalda (http://www.culturalpolicies.net/web/index.php) yerləşdirilir. Avropanın qırx iki ölkəsinin iştirak etdiyi Kompendium layihəsi çərçivəsində milli məruzələr aşağıdakı əsas istiqamətlər üzrə hazırlanır: Tarixi perspektivlər, mədəniyyət siyasəti və onun alətləri; Mədəniyyət siyasətinin ümumi məqsəd və prinsipləri; Səlahiyyət, qərarvermə və idarəetmə; Mədəniyyət siyasətinin cari məsələləri, inkişaf və müzakirələr; Mədəniyyət sahəsinin əsas hüquqi təminatları; Mədəniyyətin maliyyələşdirilməsi; Mədəniyyət infrastrukturunda dövlət müəssisələri; Yaradıcılığın və iştirakın təşviqi və s.

1998-ci ildən etibarən artıq 19 ildir davam etdirilən Kompendium layihəsinin növbəti 16-cı Assambleyasının cari ilin 08-10 noyabr tarixində Çexiya Respublikasının Praqa şəhərində Çexiya Respublikasının  Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi  çərçivəsində təşkil olunmuşdur. Sözügedən görüşdə təqdimatları olmuş  Kompendium layihəsinin yeni idarəetmə sistemi və strukturunun müzakirə edilməsi məqsədilə Avropa Şurasının, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutunun (ERİKarTs), Avropa-Asiya Fondunun təmsilçiləri, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Çexiya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İslandiya, İsveçrə, İtaliya, Latviya, Litva, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Ukrayna və Yunanıstan və s. üzrə Kompendium milli müəllifləri iştirak edirdilər. Azərbaycan Respublikasını Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri, Kompendium layihəsi üzrə Azərbaycanın milli müəllifi Yaşar Hüseynli təmsil edirdi. Nazirliyin nümayəndəsi həmçinin Avropa Mədəniyyət Tədqiqatçıları Assosiasiyasının (EKURES) 12-ci Assambleyasında və “Milli mədəni qurumlarının missiyası və rolu” adlı İctimai Forumda iştirak etdi.

Məsələ ilə əlaqədar qeyd olunmalıdır ki, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin həyata keçirilməsində fəal iştirak edir. Belə ki, 2008-ci il 4-5 de­kab­r­da Bakı şəhərində "Av­ro­pa­da Mə­də­niy­yət Si­ya­sə­ti və Tə­ma­yül­lə­ri Kom­pen­diu­mu" la­yi­hə­si­nin "10 il­lik yu­bi­le­yi"nə həsr olu­nmuş Av­ro­pa Şu­ra­sı­na üzv-döv­lət­lə­rin mil­li mü­əl­lif­lə­ri­nin ic­la­sı təşkil edilmişdir. Beynəlxalq  layihənin nəticələri “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda nəzərə alınmış, nazirlik tərəfindən həyata keçirilən “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması”, “Xalq yaradıcılığı paytaxtları”, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”, “Xalq yaradıcılığı subyektlərinin portfolio bankı” və bu kimi innovativ proqram və layihələrin hazırlanmasında və həyata keçirilməsində geniş  istifadə olunur.

XƏBƏRLƏR

17.01.2018 16:24
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
17.01.2018 15:36
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivala hazırlaşır
17.01.2018 15:33
Baş İdarənin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir
17.01.2018 15:32
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qanlı yanvar” mövzusunda tədbir keçirilib
17.01.2018 12:39
Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi
17.01.2018 10:30
“Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib
17.01.2018 10:29
Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
17.01.2018 10:26
Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgi açılıb
16.01.2018 17:43
Milli Qəhrəmanlar Binəqədidə yad ediliblər
16.01.2018 17:40
Gənc Tamaşaçılar Teatrında həftə sonu 9 tamaşa nümayiş olunacaq
16.01.2018 17:18
Qax rayonunda “20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa keçirildi
16.01.2018 16:51
Xalq artisti Çingiz Sadıxov son mənzilə yola salındı
16.01.2018 16:30
Xalq Artisti Fatma Mahmudova yeni obrazda
16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq