Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1217

Maestro Niyazinin 105 və Əhməd Adnan Sayqunun 110 illiyinə həsr olunmuş “Sənətlə döyünən qardaş ürəklər” adlı tədbir keçirilmişdir

7 sentyabr  2017-ci il  tarixində keçirilən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun 110-cu - “Sənətlə döyünən qardaş ürəklər” tədbiri  görkəmli dirijor və bəstəkar Maestro Niyazinin 105 və görkəmli türk bəstəkarı, musiqişünası, pedaqoqu, türk musiqi tarixində ilk operanın  müəllifi Əhməd Adnan Sayqunun  110 illiyinə  həsr  olunmuşdur.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Niyazi və Ahmet Adnan Sayqunun  milli mədəniyyətlərin  inkişafında  böyük  xidmətləri olduğunu, onları geniş yaradıcılıq əlaqələri, Azərbaycan-Türkiyə mədəni, elmi əlaqələri, Azərbaycan bəstəkarları ilə Türkiyə şair  və  musiqiçilərinin  dostluq, yaradıcılıq  ənənələrindən  danışmışdır.

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri  Erkan Özoral çıxış edərək Türkiyə-Azərbaycan sənətçilərinin sarsılmaz dostluq və qardaşlıq əlaqələrindən  danışmış, iki böyük sənətçinin Niyazi ilə Adnan Sayqunun qəlblərinin  bir döyündüyünü, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olaraq  Niyazinin mənzil  muzeyində  olmaqdan  məmnunluğunu, iki qardaş  Niyazi ilə  Adnan Sayqunun  xatirələri qarşısında ehtiramını, bu tədbirin keçirilməsində əməyi  olanlara  minnətdarlğını  bildirmişdir.  Muzeyin  direktoru Alla Bayramova səfir   Cənab  Erkan Özorala təşəkkürünü bildirərək   muzey nəşrlərindən  -  “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabını, Üzeyir Hacıbəyov “Ləzgi rəqsi” notunu,  Niyazinin diskini hədiyyə etmişdir.

Muzeyin şöbə müdiri  Xanım Abdinova Niyazinin və Adnan Sayqunun həyat  və  yaradıcılığı  haqqında çıxış  etmişdir.

Görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev Niyazi və Adnan Sayqun haqqında xatirələrini tədbir  iştirakçıları  ilə  bölüşmüşdür.

Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.

Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Ülviyyə Hacıbəyovanın (f-no), Əməkdar artist Aleksey Miltıxın (violonçel), Beynəlxalq Müsabiqələr laureatları Səidə Tağızadənin (f-no) və Nəriman Əmiraslanovun (f-no), Aydan Quliyevanın (vokal), Pərvin Nazirlinin (f-no) ifalarında Niyazinin, Adnan Sayqunun, Qara Qarayevin, Soltan Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı səslənmişdir.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin, Nəsimi rayonu İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin nümayəndələri, Azərbaycan bəstəkarları, musiqi xadimləri, KİV-nin nümayəndələri  iştirak  etmişlər.

XƏBƏRLƏR

20.09.2017 17:37
Bakıda Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti olub
20.09.2017 14:06
Muğam Mərkəzində kamera musiqisi axşamı -“İki qəlbin dastanı”
20.09.2017 12:56
“Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirildi
20.09.2017 11:51
Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində kino mövsümünə start verilib
19.09.2017 17:17
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanda Kino mövsümünün açılışı gününə həsr olumuş tədbir keçirilmişdir
19.09.2017 14:49
V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək
19.09.2017 12:25
Ağdamda kino mövsümünün açılışı ilə bağlı müşavirə keçirilib
19.09.2017 12:18
“Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qalibləri olan Özbək gənclər Azərbaycanda səfərdədir
19.09.2017 12:07
ATMU-da “İslam Həmrəyliyi ili”nə həsr edilmiş tədbir keçirilmişdir
19.09.2017 12:06
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi filmlərin nümayişinə başlayıb
19.09.2017 12:04
İsmayıllıda kino mövsümünün açılışı keçirilib
19.09.2017 12:03
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən “15 sentyabr-Kino mövsümünü açılşı” münasibətilə tədbir keçirilmişdir
19.09.2017 12:02
Şəkidə M.F.Axundzadə adına Mədəniyyət mərkəzində kino mövsümünün açılışı olmuşdur
18.09.2017 15:58
İSESKO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının növbəti iclası
18.09.2017 15:35
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
15.09.2017 17:33
Azərbaycanın sədrliyi ilə yaradılmış işçi qrupunun hazırladığı Turizm Etikası üzrə Konvensiya Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasında təsdiq edilmişdir
15.09.2017 17:23
Bakıda mədəniyyət müəssisələrində kino mövsümü başlayıb
15.09.2017 17:20
Ağdaşda kino mövsümünün açılışına həsr olumuş tədbir keçirilmişdir
15.09.2017 17:17
Daşkənddə keçirilən seminarda Azərbaycan da iştirak edib
15.09.2017 17:12
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ölkəmizdə fəaliyyət göstərən ən aktiv və qabaqcıl məktəblərdən biridir
15.09.2017 16:00
Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib
15.09.2017 15:22
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
15.09.2017 14:27
Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının 2018-2021-ci illər üçün yenidən üzvü seçilmişdir
15.09.2017 13:45
Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ili başlayıb
15.09.2017 13:15
Azərbaycan Turizm və Menecment Universitetində və Bakı Turizm Peşə Məktəbində Bilik günü qeyd olunub
15.09.2017 12:24
Nazir Əbülfəs Qarayev BMÜTT-nin 22-ci Baş Assambleyası çərçivəsində bir sıra rəsmilərlə görüşlər keçirmişdir