Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
594

Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında

2017-ci il 18-26 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq beynəlxalq mədəni arenada da kifayət qədər böyük nüfuza malik olan bu mötəbər tədbir zəngin və rəngarəng reqlamentə malikdir. Azərbaycan Dövlət Musiqili Teatrı da həmişəki kimi bu ildə Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

Dövlət Musiqili Teatrı festivalda dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək. “Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Belə şəxsiyyətlər yüz ildən, min ildən bir yaranır. Böyük novator olan Üzeyir bəyin gördüyü bir sıra işlər təkcə bizim xalqımızın deyil, ümumiyyətlə, Yaxın Şərqin tarixində bir ilkdir. Elə bizim teatrın əsası da cəhalətin və xurafatın daha çox hökmran olduğu 1910-cu ildə Üzeyir bəyin “Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub. Hal-hazırda cari repertuarımızda Üzeyir bəyin 3 əsəri yer alır. Hər tamaşada zal demək olar ki, dolu olur. Bu ilk növbədə xalqımızın Üzeyir Hacıbəylinin əbədiyaşar irsinə verdiyi qiymətin göstəricisidir. Kollektivimiz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb. Festival tədbirləri çərçivəsində iki gün ard-arda “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşaları ilə çıxış edəcəyik. Tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edəcək. Bu ünlü sənətçi məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakımızla bağlı dəvət olunub. Hal-hazırda Bakıda olan Bərdia Kiyarəsin teatrımızda orkestrla, aktyor heyəti ilə məşqləri davam edir”, - deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşası 23 senytabr, “Arşın mal alan” əsəri isə 24 sentyabr tarixində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

XƏBƏRLƏR

17.01.2018 16:24
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
17.01.2018 15:36
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivala hazırlaşır
17.01.2018 15:33
Baş İdarənin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir
17.01.2018 15:32
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qanlı yanvar” mövzusunda tədbir keçirilib
17.01.2018 12:39
Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi
17.01.2018 10:30
“Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib
17.01.2018 10:29
Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
17.01.2018 10:26
Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgi açılıb
16.01.2018 17:43
Milli Qəhrəmanlar Binəqədidə yad ediliblər
16.01.2018 17:40
Gənc Tamaşaçılar Teatrında həftə sonu 9 tamaşa nümayiş olunacaq
16.01.2018 17:18
Qax rayonunda “20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa keçirildi
16.01.2018 16:51
Xalq artisti Çingiz Sadıxov son mənzilə yola salındı
16.01.2018 16:30
Xalq Artisti Fatma Mahmudova yeni obrazda
16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq