Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
95

Opera və Balet Teatrında yeni mövsümün ilk premyera tamaşası

Opera və Balet Teatrı Azərbaycan bəstəkarlarının ən dəyərli opera və balet tamaşalarına yeni səhnə həyatı vermək istiqamətində faydalı ənənəsini bu mövsümdə də davam etdirir.

Bu sıradan növbəti tamaşa Azərbaycanın görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının tamaşası olacaqdır. Premyerası oktyabrın 7-də baş tutacaq tamaşa 109-cu mövsümün ilk premyerasıdır.

Cahangir Cahangirov "Xanəndənin taleyi" operasını 1978-ci ildə qələmə almış və həmin ildə opera səhnəyə qoyulmuşdur. Maraqlı süjet xətti olan tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir.

Qeyd edək ki, operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq artisti Baba Mahmudoğlu ifa etmişdi.

Yeni quruluşda isə əsas qəhrəmanın obrazını Teatrın solisti - Əməkdar artist İlkin Əhmədov yaradacaqdır. Premyera tamaşasında həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) çıxış edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru  Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İki pərdəli opera tamaşası üçün çox baxımlı və rəngarəng dekorasiya və kostyumlar hazırlanmışdır. Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə Əməkdar mədəniyyət işçisi, rəssam Tehran  Babayevdir.

XƏBƏRLƏR

20.09.2017 17:37
Bakıda Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti olub
20.09.2017 14:06
Muğam Mərkəzində kamera musiqisi axşamı -“İki qəlbin dastanı”
20.09.2017 12:56
“Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirildi
20.09.2017 11:51
Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində kino mövsümünə start verilib
19.09.2017 17:17
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanda Kino mövsümünün açılışı gününə həsr olumuş tədbir keçirilmişdir
19.09.2017 14:49
V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək
19.09.2017 12:25
Ağdamda kino mövsümünün açılışı ilə bağlı müşavirə keçirilib
19.09.2017 12:18
“Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qalibləri olan Özbək gənclər Azərbaycanda səfərdədir
19.09.2017 12:07
ATMU-da “İslam Həmrəyliyi ili”nə həsr edilmiş tədbir keçirilmişdir
19.09.2017 12:06
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi filmlərin nümayişinə başlayıb
19.09.2017 12:04
İsmayıllıda kino mövsümünün açılışı keçirilib
19.09.2017 12:03
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən “15 sentyabr-Kino mövsümünü açılşı” münasibətilə tədbir keçirilmişdir
19.09.2017 12:02
Şəkidə M.F.Axundzadə adına Mədəniyyət mərkəzində kino mövsümünün açılışı olmuşdur
18.09.2017 15:58
İSESKO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının növbəti iclası
18.09.2017 15:35
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
15.09.2017 17:33
Azərbaycanın sədrliyi ilə yaradılmış işçi qrupunun hazırladığı Turizm Etikası üzrə Konvensiya Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasında təsdiq edilmişdir
15.09.2017 17:23
Bakıda mədəniyyət müəssisələrində kino mövsümü başlayıb
15.09.2017 17:20
Ağdaşda kino mövsümünün açılışına həsr olumuş tədbir keçirilmişdir
15.09.2017 17:17
Daşkənddə keçirilən seminarda Azərbaycan da iştirak edib
15.09.2017 17:12
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ölkəmizdə fəaliyyət göstərən ən aktiv və qabaqcıl məktəblərdən biridir
15.09.2017 16:00
Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib
15.09.2017 15:22
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
15.09.2017 14:27
Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının 2018-2021-ci illər üçün yenidən üzvü seçilmişdir
15.09.2017 13:45
Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ili başlayıb
15.09.2017 13:15
Azərbaycan Turizm və Menecment Universitetində və Bakı Turizm Peşə Məktəbində Bilik günü qeyd olunub
15.09.2017 12:24
Nazir Əbülfəs Qarayev BMÜTT-nin 22-ci Baş Assambleyası çərçivəsində bir sıra rəsmilərlə görüşlər keçirmişdir