Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
832

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Tofiq Quliyevin 100 illik yubileyi ilə əlaqədar konsert keçirildi

2017-ci il 11 noyabr tarixində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, pianoçu, dirijor, Azərbaycanda estrada və caz musiqisinin banilərindən biri, Respublikanın xalq artisti Tofiq Quliyevin 100 illik yubileyi ilə əlaqədar konsert keçirildi. Konsertin təşkilatçısı və aparıcısı musiqişünas Leyla Həsənova idi.

Öncə Leyla Həsənova görkəmli bəstəkar T.Quliyevin yaradıcılığından geniş danışdı. Sonra konsertin gedişatı zamanı T.Quliyevin yaradıcılığı bir neçə hissələrə bölünərək  fortepiano, mahnı yaradıcılığı və kino musiqisi haqqında ayrıca danışıldı. Bəstəkarın həyat və yaradıcılığı bağlı müxtəlif səpgidə olan video çarxlar və slayd şou isə bu sohbətlərə və konsertə xüsusi bir rəngarənglik qatdı. İstedadlı müəllimlər və şagirdlərin ifalarında T.Quliyevin müxtəlif janrlarda bəstələdiyi əsərləri yüksək səviyyədə ifa olunaraq tədbirə özünəməxsus çalar verdi və bəstəkarın ürəklərə yol tapan melodiyaları dinləyicilərdə yüksək əhval-ruhiyyə yaratdı. Bundan əlavə T.Quliyev haqqında görkəmli şəxsiyyətlərin müsahibələri təqdim edildi. Məktəbin rəqs müəllimi Səbinə İsmayılovanın “Axşam oldu” mahnısının sədaları altında ifa etdiyi rəqsi peşəkarcasına təqdim edildi. 

Sonda bəstəkarın oğlu, rejissor Eldar Quliyevə söz verildi. Və o da öz növbəsində konsertdən məmnunluğunu və təşəkkürünü bildirdi. Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Respublikanın əməkdar müəllimi Əziz Qarayusifli ürək sözlərini söylədi və  başda Eldar Quliyev olmaqla digər qonaqlara da öz təşəkkürünü bildirdi.

Konsertdə qonaq qismində bəstəkarın oğlu, rejissor Eldar Quliyev və musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdi.   

XƏBƏRLƏR

17.01.2018 16:48
Nazir müavini Nazim Səmədov Mərakeş Krallığının Səfiri Mohamed Adil Embarşla görüşdü
17.01.2018 16:24
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
17.01.2018 15:36
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivala hazırlaşır
17.01.2018 15:33
Baş İdarənin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir
17.01.2018 15:32
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qanlı yanvar” mövzusunda tədbir keçirilib
17.01.2018 12:39
Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi
17.01.2018 10:30
“Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib
17.01.2018 10:29
Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
17.01.2018 10:26
Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgi açılıb
16.01.2018 17:43
Milli Qəhrəmanlar Binəqədidə yad ediliblər
16.01.2018 17:40
Gənc Tamaşaçılar Teatrında həftə sonu 9 tamaşa nümayiş olunacaq
16.01.2018 17:18
Qax rayonunda “20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa keçirildi
16.01.2018 16:51
Xalq artisti Çingiz Sadıxov son mənzilə yola salındı
16.01.2018 16:30
Xalq Artisti Fatma Mahmudova yeni obrazda
16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq