Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1102

Qarabağ silsiləsindən növbəti layihəsi işıq üzü görüb

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun Qarabağ silsiləsindən növbəti birgə layihəsi işıq üzü görüb.

Lətifələr Qarabağ folklorunun ən aktiv janrlarından biridir. Klassik folklorun bir çox janrları (nağıllar, dastanlar və s.) öz auditoriyasını itirdiyi, tədricən epik dövriyyədən çıxdığı halda, lətifələr bu gün də yaşamını sürdürməkdədir.

Qarabağ Azərbaycan folkloruna Abdal Qasım, Kalvalı, Baqi, Aşıq Abbas kimi onlarla yeni lətifə qəhrəmanları bəxş etmişdir ki, bu lətifələrin bir çoxu bölgənin sərhədlərini aşaraq qonşu rayonlara da yayılmışdır.

"Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar toplusu azərbaycan, rus və ingilis dillərində çap olunub.

Açıqcalar toplusundan ibarət nəşr Elmi-Metodiki Mərkəz tərəfindən qeyri-maddi mədəni irs və milli adət-ənənələrin qorunması məqsədi ilə dərc olunub.

Toplu üzərində AMEA-nın Folklor İnstitutu tərəfindən filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəz tərəfindən isə İrina Özçoban çalışıblar.

Qeyd edək ki, yaxın zamanda toplunun təqdimatı F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və Horadiz rayonunda nəzərdə tutulmuşdur.

 

XƏBƏRLƏR

18.12.2017 17:51
Lənkəran teatrında uşaqlar üçün Yeni il münasibətilə hazırlanmış tamaşanın premyerası olub
18.12.2017 17:51
Turizm Şurasının altıncı iclası keçirilib
18.12.2017 17:49
Özbəkistanda “Azərbaycan musiqisinin inciləri” adlı disk buraxılıb
18.12.2017 17:46
“Kamança hazırlanması və ifaçılıq sənəti YUNESKO-nun siyahısında” tədbiri keçirilmişdir
18.12.2017 17:16
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsinə start verilmişdir
18.12.2017 12:17
“Şahdağ” Turizm Mərkəzində sayca 6-cı qış mövsümü açıq elan olundu
15.12.2017 17:48
"Regional mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarəetmə planı"nın təqdimat mərasimi keçirildi
15.12.2017 16:53
Regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
15.12.2017 16:43
Özbəkistanın Respublika sarayı “Türküstan”da keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur
15.12.2017 16:21
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçiriləcək
15.12.2017 16:11
“Qətibə İnanc” tamaşasının premyerası keçirilib
15.12.2017 16:01
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru 36-cı Beynəlxalq Fəcr festivalının münsiflər heyətində
15.12.2017 15:09
“Nar bağı” bədii filminin qadın rol ifaçısı Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olmuşdur
15.12.2017 14:48
Əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc ölkəmizdə turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb
15.12.2017 14:46
Ali təhsil ocaqları ilə mehmanxana müəssisələrinin işbirliyi müzakirə olundu
15.12.2017 14:34
Regional mədəniyyət və turizm idarələrinin saytlarının təqdimatı keçirildi
15.12.2017 14:31
"İlin ən yaxşı kitabxanası" müsabiqəsinin qalibləri mükafatlandırıldı
15.12.2017 14:16
Gənc Tamaşaçılar Teatrında həftəsonu 8 tamaşa nümayiş olunacaq...
15.12.2017 12:51
Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşlarla görüşüb
14.12.2017 16:02
Mədəniyyət və Turizm Nazirliyi ilə BP şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
14.12.2017 15:16
“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq
14.12.2017 14:13
ADGTT Rusiya mətbuatında
14.12.2017 10:01
Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
13.12.2017 18:04
Nazir Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellos ilə görüşüb
13.12.2017 18:00
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım Karol Krofts ilə görüşüb
13.12.2017 17:39
“Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək
12.12.2017 15:39
Mədəniyyət və Turizm Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib
12.12.2017 15:01
YUNESKO və BMÜTT-nin birgə təşkilatçılığı ilə Oman Sultanlığında Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilir
11.12.2017 17:52
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub