Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
20.06.2018 15:18
Səyyar yay seminar-treninqlərin keçirilməsinə qərar verildiAzərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələnir. Bununla bağlı mədəniyyət müəssisələrində çalışan əməkdaşların ixtisaslarının artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilir. Belə ki, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən müxtəlif kateqoriyalar üzrə təşkil edilmiş səyyar yay seminar-treninqlərində ümumilikdə 2010-2017-ci illəri əhatə etməklə 1752 nəfər dinləyici  iştirak etmişdir. Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, təbliği və bərpası, Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsi, əhalinin asudə vaxtının təşkilində Mədəniyyət mərkəzlərinin rolunun artırılması, habelə kitabxana işinin təşkilində innovasiyaların tətbiqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən səyyar seminar-treninqlərin keçirilməsi planlaşdırılıb. Kürdəmir regional mərkəz olmaqla İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonları üzrə 27.06-01.07-2018-ci il tarixində Mədəniyyət mərkəzləri və klub müəssisələri işçiləri üçün “Maddi və qeyri-maddi mədəni irsin yerlərdə qounması və təbliği” ; Bərdə regional mərkəz olmaqla Yevlax, Mingəçevir,Tərtər rayonları üzrə 03.07-07.07-2018-ci il tarixində Mərkəzi kitabxana sisteminin və filialların işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” ; Şəmkir regional mərkəz olmaqla Göygöl, Gədəbəy, Daşkəsən rayonları üzrə 10.07-14.07-2018-ci il tarixində Abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah mühafizə problemləri” ; Ağstafa regional mərkəz olmaqla Qazax və Tovuz rayonları üzrə 17.07-21.07-2018-ci il tarixində Abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah mühafizə problemləri”  mövzuları üzrə səyyar seminar-treninqlərin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, regionların abidə mühafizəçiləri üçün təşkil edilmiş səyyar seminar-treninq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə həyata keçiriləcək. ..
14.06.2018 17:21
Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilibXaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən regionda dekorativ-tətbiqi sənət növlərinin inkişafı məqsədilə silsilə tədbirlər davam edir. Növbəti belə sərgi 12 iyun 2018-ci il tarixində Xaçmaz Dövlət Rəsm Qalereyasında Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin əl işlərindən ibarət təşkil edildi. Sərgidə 70-dən çox rəsm əsəri və dekorativ toxuma işləri nümayiş etdirildi. Tədbirdə Xaçmaz Regional mədəniyyət İdarəsinin məsləhətçisi F.Musayev, Xaçmaz Uşaq İncəsənət məktəbinin dirketoru T.Adıgözəlova, digər mədəniyyət işçiləri iştirak etdi. Tədbirdə çıxış edənlər bildirdi ki, belə sərgilərin keçirilməsində əsas məqsəd bu sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsidir. Daha sonra Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin xareoqrafiya şöbəsinin şagirdlərinin ifasında rəqslər nümayiş etdirildi. Sonda  Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanı təqdim edildi, sərgiyə baxış keçirildi. ..
14.06.2018 16:36
Siyəzən Rayon Heydər Əliyev Mərkəzində "15 İyun Milli Qurtuluş Günü" nə həsr edilmiş sərgi təşkil edilmişdir13 iyun 2018–ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon nümayəndəliyinin təşkilatçılığı ilə Siyəzən Rayon Heydər Əliyev Mərkəzində “15 İyun Milli Qurtuluş Günü“ nə həsr edilmiş sərgi təşkil edilmişdir. Sərgidə Siyəzən rayon Uşaq İncəsənət məktəbinin müəllim Elman Məmmədovun, Siyəzən rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin müəllimi Ləman Tağıyevanın, dekorativ sənətə və rəssamlığa həvəsi olan gənc Ayşən Novruzovanın əl işləri nümayış etdirildi. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin müavini,  Xaçmaz Regional mədəniyyət İdarəsinin məsləhətçisi, Siyəzən  rayon idarə və təşkilatların nümayəndələri və s iştirak etmişdir. Tədbiri giriş nitqi ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon nümayəndəsi Zəminə Qədirli açaraq gələn qonaqları salamladı bu bayram münasibətilə təbrik edib. Daha sonra çıxış edən Siyəzən  Rayon İcra Hakimiyyətinin Başçsının müavini Təhminə Bəxtiyarova qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Sərgini təşkil edənlərə gələcək fəaliyyətlərinə uğurlar arzuladı. Mövzu ətrafında Xaçmaz Regional mədəniyyət İdarəsinin məsləhətçisi Xalidə Əliyeva cıxış edərək tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğuladı. Belə sərgilərin keçirilməsində əsas məqsəd bu sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsini bildirdi. Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova Milli Qurtuluş Günün tarixi haqqında ətraflı danışdı. Mədəniyyət Mərkəinin direktoru Ziyada Dadaşova hər kəsi bayram münasibəti ilə təbrik etdi. Sonda E. Məmmədova, L Tağıyevaya, A. Novruzovaya Xaçmaz Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanı təqdim edildi, sərgiyə baxış keçirildi. ..
14.06.2018 16:13
Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olubIyunun 13-də Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub.  Yaradıcı kollektiv Yardımlı şəhər Mədəniyyət Sarayının səhnəsində yazıçı-publisist Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşası ilə çıxış edib. Səhnə əsərində hadisələr keçmiş sovet dövründə cərəyan edir. Moskvada hərbi xidmət keçən Güləli tərxis olunarkən özü ilə Vətənə Nataşa adlı bir rus qızını da gətirir. Anasının əcnəbi gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli onu etnoqraf tələbə kimi qələmə verir. Bu halda hamı qonağa hörmət edib, onun bir neçə ay müddətinə xalqımızın etnoqrafiyasını öyrənməsinə şərait yaradır. Amma tezliklə bunun hiylə olduğu bilinir. Axırda Güləlinin ata-anası rus qızını oğlanları üçün almağa razılıq versələr də, Nataşa Moskvaya qaçır... Tamaşanın quruluşçu rrejissou, Əməkdar artist Adil Zeynalov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Maraqla baxılan tamaşada əsas rolları əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər. Qeyd edək ki,  tamaşaya Yardımlı Rayon İcra Hakimiyyəti aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, pedoqoji və ictimaiyyət nümayəndələri də baxıblar. ..
12.06.2018 16:30
Şabran Tarix Diyarşünaslıq Muzeyində "İşıqlı İlmələr" adlı tədbir keçirilmişdirYUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezenatativ Siyahısı“na daxil olan Azərbaycan xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədi ilə Şabran Tarix Diyarşünaslıq Muzeyində “İşıqlı İlmələr“ adlı tədbir keçirilmişdir. Tədbirdə Şabran şəhər 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitbxana Sisteminin, Poeziya Evinin əməkdaşları iştirak etmişdilər.Tədbirdə xalça sənətinin inkişafından, dünya muzeylərində və xarici rəssamlarının əsərlərində Azərbaycan xalçası, Qədim Şabran xalçaları mövsusunda danışılmış, “Xalça Haqqında Dastan“ adlı sənədli filmi və Şabran xalçaları slaydi nümayiş etdirilmişdir.Tədbirin sonunda “Qızıl Əllər“ adlı sərgiyə baxış və xatirə şəkilləri çəkdirilmişdir. ..
11.06.2018 17:07
Sumqayıtın Tarixi Muzeyində Milli Qurtuluş gününə həsr olunan “Muzeyin dostları” adlı tədbir keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, Sumqayıtın Tarixi Muzeyi, Hədəf Təhsil Tədris Mərkəzi Sumqayıt filialı və Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə  “Muzeyin dostları” adlı tədbir keçirilib. Sumqayıtın Tarixi Muzeyində keçirilən və Milli Qurtuluş gününə həsr olunan tədbirə muzeyin dostları olan ilk quruculardan– Tərlan və Tamara Rufullayevlər, Qızıl Aypara Cəmiyyəti Sumqayıt Şəhər Bölməsinin sədri Mətanət Məhərrəmova, Sumqayıt Şəhər Təhsil Şöbəsi Metodmərkəzin direktoru Gülbahar Haqverdiyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Eldar Hüseynov, Respublikanın Əməkdar İncəsənət xadimi Vaqif Nəzirov, rəssamlar—Nazir Pirməmmədov, İntiqam Ağayev, Nəsibə Şükürova, Hədəf Təhsil Tədris Mərkəzi Sumqayıt filialının müdiri Vüsal Heybətov, Respublikanın Əməkdar jurnalisti Rəhman Orxan, qabaqcıl mədəniyyət işçisi Nabil Zeynalov və başqaları qatılıblar.  Tədbiri muzeyin əməkdaşı Səidə Səfərova tərəfindən Milli Qurtuluş günü haqqında geniş məlumat verilib, Hədəf Təhsil Tədris Mərkəzi Sumqayıt filialının müdavimlərinin iştirakı ilə muzeyin 50 illik tarixinə həsr olunmuş ədəbi-bədii kompozisiya (müəllif: Təranə Muradova), mövzu ilə əlaqədar muzey materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.  Gülbahar Haqverdiyeva, Vüsal Heybətov, Rəhman Orxan, Nəsibə Şükürovanın çıxıları ilə davam edən tədbirdə daha sonra Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin “Təsviri incəsənət” dərnəyi üzvlərinin artıq ənənə halını almış, muzeyin mövzu ekspozisiyası əsasında rəngli boya ilə kartona köçürülmüş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirin sonunda “Muzeyin gənc dostları” nominasiyası üzrə fəxri fərman, sertifikatlar  təqdim olunub. ..
11.06.2018 12:07
Gəncədə Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin qaliblərinin konserti əsl mədəniyyət bayramına çevrilibAzərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün anadan olmasının 120 illik yubileyi münasibətilə Gəncədə keçirilmiş təntənəli konsert proqramı şəhərin ictimai həyatı üçün əsl mədəniyyət bayramına çevrilib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti, professor Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, respublikanın tanınmış mədəniyyət, incəsənət xadimləri və musiqisevərlər iştirak ediblər. Konsert dirijor Murtuza Bülbülün bədii rəhbərliyi ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan peşəkar vokal sənətinin banisi, pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSR Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr edilən Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin qalibləri Mahir Tağızadə, Elnarə Məmmədova, Umid İsrailov (Özbəkistan), Minə Kurtoğlu (Türkiyə), Beynəlxalq münsiflər heyətinin sədri Sergey Leyferkus, Anastasiya Barun (Rusiya), Teymuraz Ququşvili (Gürcüstan), həmçinin Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış ediblər. Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin diplomant və qaliblərinin çıxışından sonra konsert proqramı Azərbaycanın tanınmış musiqiçilərinin, xanəndə və vokalçılarının ifası ilə davam edib. Konsertdə Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə Əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayev və Arzu Əliyeva “Qarabağ şikəstəsi”ni ifa ediblər. Azərbaycanın məşhur vokal ifaçıları Xalq Artisti Azər Zeynalov (tenor) və Əməkdar Artist Anar Şuşalı bəstəkar və xalq mahnılarını ifa ediblər. Vokalçılar Xalq Artisti Siyavuş Kərimi tərəfindən müşayiət olunub. Xalq Artisti, özünəməxsus ecazkar səsi olan Polad Bülbüloğlunun səhnəsindəki ifası musiqisevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Hər bir ifası böyük alqışlarla qarşılanan Polad Bülbüloğlu səhnədən enərək mahnılarını tamaşaçılarla birlikdə ifa edib. Konsertdən sonra tədbirdə çıxış edən Polad Bülbüloğlu atası Bülbülün yaradıcılığına və xatirəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, 1897-ci ildə Azərbaycanın musiqi beşiyi sayılan Şuşada anadan olan Bülbül (əsl adı Murtuza Məmmədov) 1909-cu ildə ailəsi ilə Gəncəyə köçüb. Bülbül tezliklə bu şəhərdə gənc xanəndə kimi geniş şöhrət qazanıb. Fitri istedadı ilə onu dinləyənləri valeh edən Bülbül gənc yaşlarında şöhrətin zirvəsinə yüksəlib, sonrakı illərdə bənzərsiz ifası ilə Azərbaycan vokal sənətinin əsasını qoyub. Onun müxtəlif illərdə ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər, Azərbaycan bəstəkarlarının operalarında yaratdığı rollar, xüsusən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasında canlandırdığı baş qəhrəmanın obrazı Bülbülə əbədi şöhrət qazandırıb. Pedaqoq və musiqişünas-alim, ictimai xadim kimi də geniş fəaliyyət göstərən Bülbül SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, 2 dəfə “Lenin”, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, həmçinin İtaliyanın “Haribaldi” ordenləri və s. medallarla təltif olunub. Görkəmli sənətkarın yaradıcılığına hələ sağlığında ikən böyük diqqət göstərildiyini deyən Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra atasının mədəni irsi, xüsusən doğma xalqı qarşısındakı xidmətləri ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Bu gün respublikamızda Bülbülün adını daşıyan çoxlu sayda musiqi məktəblərinin, küçə və parkların olduğunu deyən Polad Bülbüloğlu qeyd edib ki, Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin Prezident İlham Əliyevin tapşırığına əsasən daha yüksək səviyyədə keçirilməsi Bülbülün xatirəsinə göstərilən yüksək diqqət və qayğının nümunəsidir. Polad Bülbüloğlu Gəncədə yüksək səviyyəli konsertlərin və digər mədəni tədbirlərin keçirilməsi üçün ən müasir tələblər səviyyəsində inşa edilən Gəncə Dövlət Filarmoniyasının şəhərin mədəni həyatı üçün əvəzsiz töhfə olduğunu bildirib. Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi çərçivəsində Gəncədə təşkil olunan konsertdə çıxış etmək üçün 120-dən çox sənətçinin gəldiyini deyən Polad Bülbüloğlu həm Gəncə Dövlət Filarmoniyasında yaradılan şəraiti, həm də təşkilati işləri yüksək qiymətləndirib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin qaliblərinin konsertinin ilk dəfə Nizami yurdunda keçirilməsi münasibətilə bütün mədəniyyətsevərləri təbrik edib və bunu şəhərin mədəni həyatında mühüm hadisə adlandırıb. Elmar Vəliyev qeyd edib ki, musiqi və ifaçılıq yaradıcılığı ilə Azərbaycan və dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş Bülbülün zəngin irsi, respublikamızın hər yerində olduğu kimi, Gəncədə də əziz tutulur və bu diqqət bundan sonra da davam edəcək. Beləliklə, Gəncənin mədəni həyatı üçün böyük hadisəyə çevrilən möhtəşəm konsert proqramı musiqisevərlər üçün unudulmaz xatirəyə çevrilib.   ..
11.06.2018 11:43
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdi “Родники души” adlı XIV Respublika festival-müsabiqəsinin qalibi olubSumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin fortepiano ixtisası üzrə III sinif şagirdi, 9 yaşlı Nuray Mehdiyeva (müəllim: Arzu Manafova) Azərbaycan Respublikası Rus İcması nəzdində - Rus mədəniyyət Mərkəzi tərəfindən keçirilən, “Родники души” adlı Rus klassik və xalq musiqiləri, mahnı və rəqslərinin ən yaxşı ifaları üzrə XIV Respublika festival-müsabiqəsinin qalibi olub. Müsabiqə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının–100, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 və Azərbaycan Rus İcmasının 25 illik yubileylərinə həsr olunub. Müxtəlif nominasiyalar və yaş qrupu üzrə keçirilən müsabiqədə iki nominasiya üzrə iştirak edən Nuray Mehdiyeva uğurlu çıxış edərək, öz yaşıdları arasında fortepiano ixtisası üzrə I dərəcəli diploma, vokal üzrə isə II dərəcəli diploma layiq görülərək müsabiqənin laureatı adını qazanıb. Qeyd edək ki, Nuray Mehdiyeva Atv-televiziya kanalının təşkilatçılığı ilə keçirilən “Azərbaycanın səsi bala” televiziya mahnı müsabiqəsinin iştirakçısıdır. ..
11.06.2018 11:40
Yevlaxda “Dünya - uşaqların dünyasıdır” adlı tədbir keçirilibSon illərdə ölkəmizdə bir çox sahələrdə  aparılan  uğurlu  islahatlar  sırasında  mədəniyyət  və  kitabxana işi  sahəsi də vardır. Uşaq və  yeniyetmələrin kitaba, mütaliəyə  marağının  artırılması  Mədəniyyət Nazirliyinin fəaliyyətinin  prioritet  istiqamətini  təşkil  edir. Bu məqsədlə mədəniyyət müəssisələri tərəfindən müxtəlif  layihələr, tədbirlər  hazırlanıb  həyata  keçirilir. Belə  tədbirlərdən  biri  də Yevlax şəhər Mərkəzi  Kitabxanada məktəbli şagirdlərin iştirakı ilə keçirilib. “Dünya -  uşaqların  dünyasıdır”  adlı  tədbiri giriş sözü ilə Yevlax şəhər MKS – in  direktoru  Vüsalə Məmmədova açıb. Vüsalə Məmmədova tədbir  iştirakçılarını, dəvətli qonaqları salamlayaraq iştirak  etdiklərinə  görə öz  minnətdarlığını  bildirib. Çıxışını davam etdirən Vüsalə Məmmədova tədbir  iştirakçılarına son illər  ölkəmizdə kitabxana  işinə  dövlət səviyyəsində göstərilən  qayğıdan danışıb və bu  kimi tədbirlərin keçirilməsində əsas  məqsədin  uşaq  və  yeniyetmələrin həyatında  kitabın,  mütaliənin əvəzsiz  rolu olduğunu göstərməkdən ibarət olduğunu qeyd edib.      Daha sonra söz uşaqlara verilib. Belə ki,  “Tıq – tıq  xanım”  nağılı  əsasında  hazırladığı  səhnəcik, “Bir  qalanın  sirri”  bədii filmi əsasında  hazırladığı  “kitabların  rəqsi” səhnəciyi, digər maraqlı milli rəqslər, şən  və  şux  mahnılar  tədbir  iştirakçıları  tərəfindən  böyük maraqla  qarşılanıb. Tədbirin  sonunda  uşaqlar “Kitabsevər  uşaqlar”  adlı  sərgi  ilə də tanış  olublar. ..