Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
21.02.2018 15:49
Qazaxda “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilib20 fevral 2018-ci il tarixdə E. Hüseynov adına Mərkəzi Kitabxanasının oxu zalında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıclığına həsr olunmuş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçrilib.  Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Rayonunun şəhər və kənd məktəblərinin şagirdlərinin və fəal oxucuların iştirak etdiyi müsabiqənin 1-ci turunun ilk mərhələsini 5 nəfərdən ibarət münsiflər heyəti müşahidə edib. Yüksək səviyyədə və obyektiv formada həyata keçirilən müsabiqədə 24 nəfər iştirakçıdan Qazax Sosial- İqtisadi Kollecin tələbələri Qarasaqqalova İlkanə,  şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədova Nuray,  Hacıyev Süleyman, Ürməzli kənd məktəbinin 6-cı sinif şagirdi Vədəlova Aysel münsiflərin rəyinə əsasən ikinci mərhələyə seçiliblər. ..
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilibSumqayıt şəhər Poeziya evində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xanımı, millət vəkili Flora Qasımovanın iştirakı ilə “Gənclərə həyat dərsi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarına Flora Qasımovanın ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, çıxışında hörmətli millət vəkilinin ömür yolunu müasir gənclərə örnək olacaq bir ömür yolu adlandırıb. Sonra çıxış üçün söz alan Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi, şəhid anası Ceyran Axundova hörmətli qonağı və tədbir iştirakçılarını idarə rəhbərliyi adından salamlayıb və bu cür tədbirlərin aktuallığından danışıb. Öz ömür yolundan söz açan millət vəkili Flora Qasımova eyni zamanda ölkəmizdəki mövcud ictimai-siyasi duruma münasibətini bildirib, parlamentdəki fəaliyyətindən danışıb və ölkəmizin tərəqqisində gənc nəslin  rolundan bəhs edib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçiləri Eldar Hüseynov və Bayram Cəfərli, şair Əvəz Mahmud Lələdağ, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə və başqaları çıxış edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun yaksəldilməsinin hər zaman prioritet məsələ olduğunu xüsusi qeyd ediblər. Tədbirdə gənc xanəndə Tural Salmanovun ifasında muğam parçaları dinlənilib. Tədbirin sonunda millət vəkili Flora Qasımova  gənclərin suallarını cavablandırıb və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. ..
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi  Azərbaycan Xalq şairi, dramaturqu, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi. Tədbir iştirakçıları əvvəlcə Bəxtiyar Vahabzadənin adını daşıyan “Bəxtiyar meydanı”ndakı büstü önünə gül dəstələri qoydular. Sonra tədbir mərkəzi kitabxananın oxu zalında davam etdirildi. Tədbiri giriş sözü ilə Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli açdı. O, Vahabzadə muzeyinin onun evində açılması və həmin muzeydə böyük şairin irsini təbliğ etməsi ilə fəxr etdiyini söylədi. Sonra Nakam adına mərkəzi kitabxananın Xidmət və abonement şöbəsinin abonement bölmə müdiri D.Yaqubova B.Vahabzadənin Şəki, Azərbaycan və Türk dünyası üçün kim olduğu, onun yaradıcılığının oxucular tərəfindən sevilərək oxunduğu, kitabxanada onun əsərlərinin külliyatının olduğunu və youtube səhifələrində onun öz səsində və müxtəlif  səsli şeirlərinin olduğu haqqında məlumat verdi. Sonra kitabxananın direktor müavini R.Əhmədova və Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Nəsrullayeva B.Vahabzadənin vəfatının Azərbaycan ədəbiyyatına böyük itki olduğunu qeyd etdilər. Onu da qeyd etdilər ki, onun bu günə qədər yazdıqları illər ötsə də öz aktuallığını itirməyəcək. O, min il bundan əvvəlin və min il bundan sonranın şairidir. Tədbir “Türk dünyasının Bəxtiyarı” adlı sərgiyə baxışla yekunlaşdı.   ..
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldüSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Saray qəsəbə Uşaq  İncəsənət Məktəbinin Təsviri İncəsənət şöbəsinin şagirdləri “Misir dunya uşaqların gözü ilə“ adlı Beynəlxalq rəsm müsabiqəsinə qatılıblar. Belə ki, Misir Ərəb Respublikasında ənənəvi olaraq hər il “Misir dunya uşaqların gözü ilə“ adlı Beynəlxalq rəsm müsabiqəsi keçirilir. Sonuncu müsabiqəyə dunyanın 140 ölkəsindən minlərlə iş göndərilib. Azərbaycan Respublikasını bu müsabiqədə Abşeron, Quba, Şamaxı, Lənkaran və İsmayıllı rayonlarının uşaq incəsənət məktəblərinin şagirdləri təmsil ediblər. Ölkəmizi təmsil edən şagirdlərin 19 nəfəri 19 müxtəlif nominasiyalardan, 3 qızıl medal , 4 gümüş medal və 12 sertifikata layiq görülüblər. Abşeron rayon Saray qəsəbə Uşaq  İncəsənət Məktəbinin Təsviri İncəsənət şöbəsinin şagirdləri:  Hüseynova Mələk Kənan qızı və Qurbanov Arif Ceyhun oğlu (Qızıl medal);  Şaxiyev Rəşid İlqar oğlu və Bəhrəmova Gülinə Məhərrəm qızı (Gümüş medal);  Yaqubov Rəşad Yaşar oğlu,  Nəzərova Tutu Seymur qızı, Əliyeva Fatimə Həmid qızı və Camalzadə Nihad Vüqar oğlu  sertifikata layiq görülüblər. Təltif edilmə mərasimi Misir səfirliyinin mədəniyyət mərkəzində keçirilib. ..
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdurCari ilin 15 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən oxucu və turistlərlə işin yeni formatlarda təşkilinə həsr olunmuş kitabxana əməkdaşları üçün təlim təşkil olunmuşdur. İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən və Nazirliyin pilot layihəsinin icrasına cəlb olunmuş kitabxanaçılar üçün təşkil olunmuş sözügedən təlimdə Mərkəzin əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin mütəxəssisləri də iştirak etmişdir. Belə ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin Nazirliyin təşəbbüsü ilə icra olunan layihənin əhəmiyyəti haqqında çıxışından sonra Mərkəzin şöbə müdirləri və digər mütəxəssislər öz geniş məruzələri ilə çıxış etmişdir. “Kitabxanalarda müasir xidmətlərin təşkilinə dair tələblər”, “Kitabxanaçıların peşə standartı”, “Oxucularla iş və vaxtın idarə olunması”, “Müasir şəraitdə kitab təbliğinin metodları” və digər aktual mövzularda olan məruzələrdən sonra təlim sual-cavab formatında davam etmişdir. Qeyd olunmalıdır ki, layihə çərçivəsində əhalinin, xüsusilə də turistlərin sıx toplaşdığı məkanlarda səyyar kitabxanaların təşkili  nəzərdə tutulmuşdur. ..
14.02.2018 17:43
Balakən rayon mərkəzi kitabxanasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilmişdirŞəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan Respublika üzrə uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin  keçirilməsi məqsədi ilə Balakən  rayon mərkəzi kitabxanasında münsiflər heyətindən ibarət komissiya yaradılmışdır. 13 fevral 2018-ci il tarixdə müsabiqənin I turu keçirilmişdir. Müsabiqədə rayon və kənd məktəblərindən 42 nəfər şagird iştirak edirdi. Şagirdlərin ifasında Nəsiminin müxtəlif adda şerlərindən, qəzəllərindən nümunələr səsləndirildi. Münsiflər heyətinin rəyinə əsasən I turun ikinci mərhələsi üçün 17 nəfər seçildi. İkinci mərhələnin fevral ayının sonlarında keçirilməsi nəzərdə tutulmuşdur. ..
13.02.2018 17:21
Sumqayıtda mədəniyyət müəssisələrinin kollektivləri ilə görüşlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin üzvləri ilə görüşüb. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşdə idarə rəisi Mehman Şükürov çıxış edib. O, qeyd edib ki, Sumqayıt şəhərində musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin yaradılması  qarşısına qoyduğu ən böyük məqsədlərdən biri olub. “Artıq biz nəinki məqsədimizə çatdıq, hətta möhtəşəm konsert proqramı ilə sübut etdik ki, biz daha böyük layihələrə imza atmaq iqtidarındayıq. Əminəm ki, qazandığımız bu böyük uğur bizi arxayılaşdırmayacaq, əksinə, daha böyük nailiyyətlər qazanmağımıza səbəb olacaq” deyən idarə rəisi “Kimyaçılar” sarayında keçirilən konsertdə maraqlı çıxışlarına görə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının kollektiv üzvlərinə təşəkkürünü çatdırıb. Tədbirdə çıxış edən orkestrin dirijoru, Əməkdar Mədəniyyət işçisi Vaqif Süleymanov, solist Gülzar Fərəcova və digərləri Mehman Şükürova onlara göstərilən etimada, diqqət və qayğıya görə təşəkkür ediblər. Sonra görüləcək işlər müzakirə olunub, fikirlər və təkliflər dinlənilib. Daha bir görüş Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində keçirilib. Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, Qubadlı rayonu üzrə baş məsləhətçi İlham Əhmədov  məktəbin “Buta” qızlar ansamblının üzvləri ilə görüşüb. Ansamblın çıxışını dinləyən qonaqlar məmmun qaldıqlarını və bu ansamblın böyük uğurlara imza atacağını bildiriblər. Xatırladaq ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin növbəti layihəsi olan “Buta” qızlar ansamblının bədii rəhbəri Vasif Heydərov, konsertmeystri Aynur Məhərrəmovadır. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Abşeron rayon mədəniyyət müəssisələrinin kollektivləri ilə də görüş keçirib. Görüşdə müəssisələrin üzləşdiyi problemlər, cari və perspektiv işlər müzakirə olunub. Görüş zamanı Abşeron rayon Mədəniyyət mərkəzinin yeni təyin olunmuş direktoru Arif Vəliyevin təqdimatı olub. Rəis Mehman Şükürov yeni direktoru kollektivə təqdim edib və fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Arif Vəliyev əmək fəaliyyətinə 2009-cu ildə Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət evində bədii rəhbər kimi başlayıb. 2012-ci ildən isə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müdiri vəzifəsində çalışıb.  O, 2016-cı ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilib. ..
12.02.2018 17:57
Azərbaycanda səfərdə olan Türk Ədəbiyyatı Vəqfi nümayəndə heyətinin iştirakı ilə Sumqayıt Poeziya Evində tədbir keçirilibAzərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın dəvəti ilə Azərbaycanda səfərdə olan Türk Ədəbiyyatı Vəqfi nümayəndə heyətinin iştirakı ilə Sumqayıt Poeziya Evində tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirin açılışını Poeziya Evinin direktoru İbrahim İlyaslı edib. O ilk olaraq qonaqları salamlayıb və Türk ədəbiyyatından, əsrlərə dayanan Türk-Azərbaycan dostluğundan bəhs edib. Bildirib ki, tədbirin keçirilməsində iki əsas məqsəd var: Türkiyədə yaşayan ədiblərlə Azərbaycanda yaşayan ədiblərin tanış olması və Türk Ədəbiyyatı Vəqfinin başqanı şair-ədəbiyyatşünas, naşir Serhat Kabaklının “Bil oğlum” adlı şeirlər kitabının təqdim edilməsi. Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Serhat Kabaklı, vəqfin idarəetmə heyətinin üzvləri Mehmet Atalay, Ömər Balıbəy, prof.dr. Ramazan Korkmaz, yazıçı-tərcüməçi İmdat Avşar, sənətçi Əsəd Kabaklı, Türkiyə Böyükelçiliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Ciftci, yazıçı Bəxtiyar Aslan ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əli Nəcəfxanlı, Aidə Eyvazlı, Eyruz Məmmədov, Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Varis, Rafiq Oday, Ofelya Babayeva, Çiçək Mahmudqızı, Xatirə Fərəcli, Günel Eyvazlı, Adilə Nəzər, və s. kimi tanınmış şəxslər də iştirak ediblər. Daha sonra bu simaların böyük qismi çıxış edərək şeirlər səsləndirib, qiymətli fikirlər söyləyiblər. Tədbirdə aşıq Elməddin və aşıq Elçin sazın müşayiəti ilə şeirlər ifa ediblər. Həmçinin Serhat Kabaklının tanınmış şair, Prezident təqaüdçüsü , Azərbaycan Yazıçılar Birliyinin üzvü və Poeziya Evinin direktoru İbrahim İlyaslı tərəfindən tərcümə edilən “Bil oğlum” adlı kitabı qonaqlara təqdim olunub. Türkiyəli qonaqlarla yanaşı, çıxış edərək və tədbirə öz tövhələrini verərək dəstək olan şəxslər də “Təşəkkürnamə” ilə təltif ediliblər. Qeyd edək ki, tədbir ilk olaraq fevral ayının 10-u Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, daha sonra millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin xətti ilə Rəşid Behbudov adına Mahnı Teatrda keçirilmişdi. ..
12.02.2018 16:25
Şəki şəhərində mədəniyyət işçiləri hərbçilərin görüşünə gəldi11 fevral 2018-ci il tarixdə Şəki M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzi və onun tabeliyində olan S.Vurğun adına şəhər folklor evinin kollektvi DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissənin Şəkidə yerləşən taborunda konsert proqramı ilə çıxış etdilər. Mədəniyyət Mərkəzinin müvafiq illik iş planına əsasən taborda keçirilmiş tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov açmışdır. Taborun komandiri polkovnik-leytenant Rəşad Hüseynov çıxış etmiş, mədəniyyət işçilərinə öz minnətdarlığını bildirmişdir. S.Vurğun adına folklor evinin direktoru Fəxrəddin Yusifovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı çıxış etmiş, müğənnilərdən Sərdar Yunusov, Murad Abduləzizov, Namiq Aslanovun ifasında səsləndirilən şən mahnıların sədaları altında əsgərlər rəqs etmişlər. Mərkəzin aparıcı metodisti Nazilə Qaffarovanın söylədiyi vətənə və qəhrəmanlığa həsr olunmuş şeirlər tədbiri daha da maraqlı etmişdi. Sonda həmrəylik rəmzi kimi ifadə olunan “Yallı” səsləndirildi. Tədbirdə həmçinin Mərkəzin baletmeysteri Vəlyəddin Məmmədov və N.Bədəlov adına folklor evinin direktoru Mehriban Məmmədova iştirak edirdi. ..