Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
422

Azərbaycan ilə Braziliya UNESKO-da sıx əməkdaşlıq edirlər

İyulun 7-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Braziliyanın Parati mədəniyyəti və biomüxtəlifliyi ilə bağlı nominasiyasının Dünya İrs Siyahısına daxil edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Braziliyanın vətəndaşlıq nazirinin xüsusi katibi Henrique Piress ölkəmizdə olmağından məmnunluğunu ifadə edib. Bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Şəkidə olduğunu bildirən qonaq bu qədim məkanın bu gün UNESKO-nun irs siyahısına salınması münasibətilə təbriklərini çatdırıb.

Bu gün Braziliya üçün kədərli bir hadisənin baş verdiyini təəssüflə qeyd edən qonaq, bossa-nova musiqi üslubunun banilərindən olan Juan Jilbertunun xatirəsinin Bakıda anılmasını yüksək qiymətləndirib.

Tədbirdə Braziliyanın UNESKO-dakı səfiri Maria Ediluza bildirib ki, onun Bakıya artıq 4-cü səfəridir. O deyib: “Çox gözəl ölkəniz, qonaqpərvər xalqınız var. Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm ki, Braziliyanın UNESKO-da mədəni irsinin qəbuluna dəstək olub. Bu gün Şəkinin Dünya İrs Siyahına daxil olunduğu sessiyada iştirakımdan məmnunam”.

UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov tədbir iştirakçılarını salamlayaraq qonaqların Azərbaycanla bağlı dedikləri xoş sözlərə görə təşəkkür edib. İki xalq arasında oxşarlıqların olduğunu qeyd edən E.Sultanov əlaqələrin daha genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu söyləyib. Ölkələrimizin UNESKO-da sıx əməkdaşlıq etdiklərini qeyd edən Baş katib Braziliyanı Parati mədəniyyəti və biomüxtəlifliyi ilə bağlı nominasiyasının Dünya İrs Siyahısına daxil edilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, bu gün Azərbaycan üçün də əlamətdardır. Şəki UNESKO-nun dünya irs siyahısına qəbul olunub. Elnur Sultanov bu məsələdə Azərbaycana göstərdiyi dəstəyə görə Braziliyanın nümayəndə heyətinə təşəkkür edib.

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib