Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
456

Dünya İrs Komitəsinin 43-cü sessiyasının son işçi iclası keçirilib

İyulun 9-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası plenar iclasda öz işini davam etdirdi.

Sessiyaya sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev məlumat verdi ki, bugünkü iclas cari sessiyanın son işçi iclasıdır. Bu gün əsasən büdcə, inzibati, beynəlxalq yardım məsələləri müzakirə ediləcək.

Əvvəlcə Ümumdünya İrs Siyahısındakı beynəlxalq maliyyə yardımına ehtiyacı olan bir sıra nominasiyaların dəstəklənməsi məsələsi üçün ayrılan vəsaitin necə bölüşdürülməsi barədə hesabat dinlənildi. Sonra mövcud əməliyyat qaydalarına əlavə edilən bəndlər müzakirə edildi.

Növbəti məsələ olaraq Ümumdünya İrs Komitəsinin prosedur qaydalarına dəyişikliklər müzakirə edildi. Bu qərar da qəbul edildikdən sonra iclasın sədri 43-cü sessiyada mühüm qərarların qəbul edildiyini söylədi və bu qərarların həyata keçiriləcəyinə əmin olduğunu bildirdi.

İclasın sonunda 2020-ci ildə Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikasının sədrlik edəcəyi və sessiyanın Fuçjou şəhərində keçiriləcəyi bildirildi.

Çin nümayəndə heyəti bu etimada görə minnətdarlığını bildirdi və Fuçjou şəhərinin tanışlıq video çarxı nümayiş etdirildi. 44-cü sessiya iclaslarının sədri, sədr müavinləri və məruzəçilər, sessiyanın müvəqqəti gündəliyi təsdiq edildi.  Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işçi iclaslarını başa çatdırdı.

Sabah iyulun 10-da bağlanış iclasında sessiyanın yekun sənədi qəbul ediləcək.

XƏBƏRLƏR

16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub