Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
526

Ölkəmiz Ümumdünya İrs Komitəsinin işçi qrupuna da rəhbərlik edib

İyunun 30-da Bakıda öz işinə başlayan və Azərbaycan Respublikasının sədrlik etdiyi UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

Sessiya çərçivəsində ölkəmiz həmçinin komitənin xüsusi işçi qrupuna (Ad Hoc) da rəhbərlik edib. Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin ikinci katibi Rəşad Baratlının rəhbəri olduğu işçi qrupda 33 ölkə, UNESKO-nun Dünya İrs Mərkəzi və məşvərət qurumlarının nümayəndələri təmsil olunub. İşçi qrupun gündəliyində nominasiya prosesində islahatlar və əlavə məşvərət xidmətlərinin müzakirəsi məsələləri öz əksini tapıb.

Aparılan müzakirələrin nəticələri Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına təqdim edilib. Sessiya zamanı nominasiya prosesinin islahatı ilə bağlı önəmli qərarlar qəbul olunub. Bununla əlaqədar olaraq Ümumdünya İrs Komitəsinin üzvləri Azərbaycan Respublikasına təşəkkürlərini bildiriblər.

XƏBƏRLƏR

15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
11.09.2019 17:30
Mədəniyyət naziri Rusiya nümayəndə heyətini qəbul etdi
11.09.2019 16:20
“Mədəniyyət naminə elm” layihəsi davam edir
11.09.2019 11:48
İspaniyalı turistlər Lənkəranın Xan sarayına baş çəkiblər
11.09.2019 11:21
Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib