Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
544

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin cari və növbəti iki il üçün büdcə məsələlərinə baxılır

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 9-da öz işini davam etdirir.

Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş Büro iclası barədə məlumat verib. Bildirib ki, Büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. İşçi qrup ciddi sənədlər hazırlayıb və onlar təsdiqlənməlidir. Bu gün büdcə əməliyyat layihələri ilə bağlı sənədlərə baxılacaq.

Ümumdünya İrs Siyahısında olan Ekvadorun Qalapaqos milli parkı, Qvatemalanın Antiqua xristian dini məbədi, Nigeriyanın Aqades tarixi mərkəzi, Seyşel Adalarında yerləşən Valle-de-Mo təbii qoruğunun bərpası və konservasiyası, idarə olunması ilə bağlı beynəlxalq yardımın artırılmasının vacibliyi vurğulanıb.

Sonra maliyyə və inzibati məsələlər müzakirə olunub. 2018-2019-cu illər üçün büdcənin icrasına dair hesabat və Dünya İrs Fonduna 2020-2021-ci illər üçün büdcə təklifləri nəzərdən keçirilib. Bildirilib ki, sessiya çərçivəsində işçi qrupun bir sıra görüşləri olub və burada təkliflər səsləndirilib. Norveç, Tunis, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina və digər ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. İşçi qrupun işi müsbət qiymətləndirilib.

Qeyd edək ki, bu gün Ümumdünya İrs Komitəsinin 2020-ci ildə Çində keçiriləcək 44-cü sessiyasının ilkin gündəliyi təsdiqlənəcək və sədr, sədrin müavinləri və məruzəçi seçiləcək.

XƏBƏRLƏR

15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
11.09.2019 17:30
Mədəniyyət naziri Rusiya nümayəndə heyətini qəbul etdi
11.09.2019 16:20
“Mədəniyyət naminə elm” layihəsi davam edir
11.09.2019 11:48
İspaniyalı turistlər Lənkəranın Xan sarayına baş çəkiblər
11.09.2019 11:21
Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib