Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
711

Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir

Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur. Bu münasibətlə, 2019-cu ilin oktyabrın 15-də Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir.

Dağıstanın ilk Xalq şairi Süleyman Stalskinin əsərləri keçmiş SSRİ xalqlarının, həmçinin dünyanın yüzdən çox ölkəsinin dillərinə tərcümə olunmuşdur. Bu il Rusiya Federasiyasında, o cümlədən Dağıstan Respublikasında şairin 150 illik yubileyi təntənə ilə qeyd edilmişdir.

Dağıstan və ləzgi ədəbiyyatı xəzinəsinə qiymətli əsərlər bəxş etmiş bu şəxsiyyət çoxları üçün yüksək insani dəyərlər və mənəvi zənginlik rəmzi olmuşdur. Böyük şair ilk məktəbi Bakı fəhlə sinfi içərisində keçmişdir. O, özünün ana dili olan ləzgi dilində yazdığı kimi, bir sıra şeirlərini qardaş Azərbaycan xalqının dilində yaratmışdır. Onun Azərbaycan və Dağıstan xalqlarının dostluğunu tərənnüm edən şeirləri əvəzsiz poeziya nümunələridir.

           

XƏBƏRLƏR

20.11.2019 09:12
Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub
20.11.2019 08:57
“Açıq kitabxana”da Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
19.11.2019 17:52
Mədəniyyət işçiləri arasında intellektual turnirin üçüncü mərhələsi təşkil olunub
19.11.2019 15:21
Qalereyanın direktoru Elçin Orucov Mədəniyyət Nazirliyi tərəfindən təltif edilib
19.11.2019 15:03
UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir
19.11.2019 12:56
Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində Kuba və Bəhreyn Mədəniyyət nazirləri ilə görüş keçirib
19.11.2019 10:54
Cəfər Cabbarlı həftəsi keçiriləcək
19.11.2019 09:16
Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir
18.11.2019 17:55
Nazir müavini Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb
18.11.2019 16:35
Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib
18.11.2019 15:53
Mədəniyyət Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib
18.11.2019 15:24
Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində İSESKO-nun baş direktoru ilə görüş keçirmişdir
18.11.2019 14:39
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı oldu
18.11.2019 13:01
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18.11.2019 12:04
Qubada Nizaməddin Şəmsizadənin 65 illik yubileyi qeyd edilib
18.11.2019 10:28
“Cəhənnəm sakinləri” maraqla qarşılanıb
18.11.2019 09:14
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert olub
16.11.2019 14:31
Sankt-Peterburq Forumu çərçivəsində Sevda Məmmədəliyeva Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov ilə görüşüb
16.11.2019 13:55
Forumun növbəti mövzusu “Uşaq incəsənət məktəbi-2019: təhsil, idarəetmə, inkişaf" olub
16.11.2019 11:45
Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Əkrəm Məmmədlinin yubiley gecəsi keçirilib
16.11.2019 11:24
“Dublyajda səs çələngi” adlı bədii gecə təşkil edilib
16.11.2019 11:11
Mədəniyyət könüllülərinin sıraları genişlənir
15.11.2019 19:00
“İslam sivilizasiyalarının mədəniyyət və irsi" sərgisinin açılışı keçirildi
15.11.2019 18:30
Dövlət Xidmətinin rəisi UNESKO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru ilə görüşüb
15.11.2019 17:18
Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın mədəniyyət siyasətindən bəhs edilib