Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
217

Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bir sıra görüşlər keçirilib

Xəbər verildiyi kimi, sentyabrın 4-dən 8-dək Moskvada keçirilən 32-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz də təmsil olunub. Azərbaycan stendində 200 adda, 400 nüsxədən çox kitab nümayiş olunub. Mədəniyyət Nazirliyi ilə yanaşı, "Azərnəşr" və "Şərq-Qərb" nəşriyyatları, "Azərkitab" kitab ticarəti mərkəzi də sərgidə iştirak edib.

36 kvadratmetr sahədə, xüsusi dizaynda qurulmuş stendimiz sərgi-yarmarkanın iştirakçı və qonaqları tərəfindən maraqla qarşılanıb. Stendimizdə bir sıra görüşlər keçirilib.

Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin Kitab sərgiləri və mütaliənin təbliği şöbəsinin müdiri Aleksandr Voropayev stendimizi ziyarət edib. Kitablarımızla tanış olan A.Voropayev milli ekspozisiya haqqında yüksək fikirlər bildirərək uğurlar arzu edib. Söhbət zamanı qarşılıqlı olaraq Bakı və Moskva kitab sərgilərində ölkələrimizin daha geniş şəkildə iştirak imkanları müzakirə edilib.

32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının fəxri qonaq ölkəsi olan Belarus Respublikasının İnformasiya naziri Ales Karlyukeviç də Azərbaycan stendinə baş çəkib. Təqdim olunan nəşrlərə baxan nazir ölkəmizdə kitab sənətinin yüksək səviyyədə olduğunu bildirib. İki ölkə arasında mümkün nəşr layihələri, qarşılıqlı olaraq Bakı və Minsk kitab sərgilərində iştirakın genişləndirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.

Belaruslu nazir Azərbaycanın Minsk kitab sərgisində fəxri qonaq ölkə kimi iştirakından məmnun olacaqlarını söyləyib. Qonağa bu il MDB-nin "Kitab sənəti" Beynəlxalq müsabiqəsinin ən yüksək mükafatını – "Qran Pri"ni qazanmış nəşr – Nizami Gəncəvinin "Xosrov və Şirin" kitabı və digər nəşrlər hədiyyə edilib.

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu