Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1320

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Kollektivin səfəri Qazaxıstandan başlayıb. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Bunun ardınca kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edib. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verib. Daha sonra isə Bakıya gəlib.

Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov müsahibəsində bildirib ki, turne Türk Şurasının 10 illiyinə həsr olunur və avqustun 27-dən başlayan silsilə konsertlərlə Bakıda tamamlanır. On ölkəni təmsil edən gənc ifaçılardan ibarət orkestrə Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər. Orkestrin tərkibində adları çəkilən ölkələrlə bərabər Rusiya, Türkiyə və Türkmənistan təmsilçiləri də var.

Repertuarın fərqli olduğunu deyən D.Kaseinov qeyd edib ki, konsertdə Qərb klassik əsərləri ilə yanaşı, türk xalqlarının musiqisi də səslənir. Burada, həmçinin gənc musiqiçilər də iştirak edir. “Fikirləşirəm ki, tamaşaçılar bugünkü konsertdən razı qalacaqlar”, - deyə D.Kaseinov əlavə edib.

Qeyd olunub ki, gələn il orkestrin 10 illiyidir. Bu münasibətlə orkestrin Avropa və ABŞ-a qastrol səfərləri planlaşdırılır.

Bu günə qədər 10 fərqli ölkədə 100-ə yaxın sənətçini bir araya gətirən TÜRKSOY Gənclik Kamera Orkestri Türkiyə, Qazaxıstan, ABŞ, Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Şotlandiya və Balkan ölkələrində 60-a yaxın konsert verib. TÜRKSOY Gənclik Kamera Orkestri müxtəlif qitələrdə həyata keçirilən bu konsertlərlə türk dünyası bəstəkarlarının əsərlərini uğurla ifa edərək tamaşaçıları heyran edib.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Konsertin sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov səhnəyə çıxaraq Mədəniyyət naziri Əbülfəs Qarayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı – Türk Şurasının 10 illiyi münasibətilə xatirə plaketi təqdim edib.

Baş katib TÜRKSOY-da Azərbaycanın yüksək səviyyədə fəallığından söhbət açıb. Bildirib ki, Bakıda keçirilən bir çox tədbirlərdə, eləcə də beynəlxalq forumlarda, müxtəlif konfranslarda, mərasimlərdə TÜRKSOY-un təmsil olunması bu təşkilatın üzvləri arasında əməkdaşlığı daha da artırır və onları bir-birinə yaxınlaşdırır: “Biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq mədəniyyətimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı  yerinə yetiririk. Biz birgə mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu dünyanın hər yerində təbliğ edirik”.

2009-cu ildə yaradılan Türk Şurasının 10 illik fəaliyyətinin əhəmiyyətindən bəhs edən baş katib nazir Əbülfəs Qarayevə birgə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Nazir Əbülfəs Qarayev TÜRKSOY-un həyata keçirdiyi genişmiqyaslı tədbirlərin, eləcə də Azərbaycan mədəniyyətinin bu təşkilat səviyyəsində dünyada təbliğinin böyük önəm daşıdığını vurğulayıb. Diqqətə çatdırıb ki, türkdilli dövlətlərin başçıları bu qurumun fəaliyyətini təqdir edir və hər zaman dəstək olurlar. Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirdiyini və hər zaman diqqətdə saxladığını deyən nazir dövlət başçısına minnətdarlığını bildirib.

Əbülfəs Qarayev TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Bakı konsertinin böyük maraqla qarşılandığını qeyd edərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

XƏBƏRLƏR

15.11.2019 16:36
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15.11.2019 15:41
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15.11.2019 14:14
Milli Kitabxananın direktoru Rusiyada beynəlxalq forumda çıxış edib
15.11.2019 13:22
Mədəniyyət naziri və müavinlərinin vətəndaşlarla növbəti görüşü keçirilib
15.11.2019 11:20
VIII Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz də təmsil edilib
15.11.2019 09:21
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
15.11.2019 09:20
Ölkəmiz "Özbəkistan bizim ümumi evimizdir" adlı konsertdə təmsil olunub
15.11.2019 09:16
Mədəniyyətin səyyar briqadaları növbəti təlimi Sabirabadda keçiriblər
15.11.2019 09:14
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub
15.11.2019 09:04
Azərbaycan təmsilçiləri beynəlxalq müsabiqədə mükafatlara layiq görülüblər
14.11.2019 18:02
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşdü
14.11.2019 14:28
Mərkəzi İncəsənət məktəbində “Uşaqlar gələcəyimizdir!” adlı tədbir keçirilib
14.11.2019 09:09
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub
14.11.2019 09:07
“Haqq mənəm” tamaşasının premyerası olacaq
13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir