Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
396

Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi

Sentyabrın 20-si Azərbaycanda Neftçilər günü və “Əsrin müqaviləsi”nin 25-ci ildönümüdür. 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və dünyanın aparıcı neft kompaniyaları arasında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi haqqında beynəlxalq müqavilənin imzalanması ilə ölkəmizin müstəqil neft strategiyasının əsası qoyulub. Ulu öndər Heydər Əliyevin banisi olduğu bu strategiya XXI əsr Azərbaycanın, yeni dövlət quruculuğunun möhkəm iqtisadi, geosiyasi sütunu oldu. Bu, o dövr üçün dünyanın ən böyük neft müqaviləsi idi və miqyasına, strateji mahiyyətinə uyğun olaraq “Əsrin müqaviləsi” adı ilə tarixə həkk edildi.

Bu münasibətlə sentyabrın 20-də Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı təqdim olunub. Bu günlər ölkəmizdə davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə bir vaxta təsadüf edən konsert proqramı, eyni zamanda, neftçilərin bu musiqi bayramına töhfəsidir.

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin (dirijor Əyyub Quliyev) müşayiəti ilə Azərbaycan, Türkiyə və Gürcüstanın üç tanınmış tenoru çıxış edib. Gecədə üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Daha sonra “Koroğlu” operasından Koroğlunun ariyası (solist Samir Cəfərov), gürcü bəstəkarı Zaxar Paliaşvilinin “Daisi” operasından Malxazın ariyası (solist Georgi Davitadze), türk bəstəkarı Ali Rza bəy Kaptanzadənin “Efem” türküsü (solist Levent Gündüz) səsləndirilib.

Proqramda, həmçinin Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən “Cəngi”, Tofiq Quliyevin “Sənə də qalmaz” (solistlər Samir Cəfərov və Levent Gündüz) mahnısı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası (Samir Cəfərov, Georgi Davitadze), italyan mahnılarından ibarət popurri (üç tenorun ifasında), Cakomo Puççininin “Turandot” operasından Kalafın ariyası (üç tenor), “Qranada” və “Xalq Heydər” (hər ikisi üç tenorun ifasında) mahnıları təqdim olunub.

XƏBƏRLƏR

16.10.2019 17:47
Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
16.10.2019 15:49
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində müsabiqə laureatları tətif edilib
16.10.2019 15:34
Abdulla Şaiqin xatirəsi anılıb
16.10.2019 14:20
Lənkəranda Respublika Folklor Festivalının seçim mərhələsi keçirildi
16.10.2019 09:59
Qazaxıstanın Mədəniyyət və Təhsil nazirləri ADMİU-da olub
16.10.2019 09:37
Qazaxıstanlı qonaqlar Bakı Xoreoqrafiya Akademiyasında olublar
16.10.2019 09:24
Bakıda Dağıstan poeziyasının görkəmli nümayəndəsi Stalskinin 150 illiyi qeyd olunub
16.10.2019 09:14
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15.10.2019 18:48
Teatrımızın canlı ensiklopediyası İlham Rəhimlinin 70 illiyi qeyd olunub
15.10.2019 09:07
Musiqili Teatrın yaradıcı kollektivi daha bir beynəlxalq festivalda iştirak edir
14.10.2019 16:21
Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni beynəlxalq metodiki vəsait hazırlayıb
14.10.2019 11:50
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edib
14.10.2019 11:39
Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir
14.10.2019 09:17
Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
12.10.2019 12:07
Rusiya folklor kollektivlərinin konsert proqramı maraqla qarşılanıb
12.10.2019 12:05
Şuşa Teatrı 2 premyera ilə tamaşaçılarının görüşünə gəlir
11.10.2019 20:44
Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib
11.10.2019 17:09
“Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu”na həsr olunan tədbir keçirildi
11.10.2019 17:01
Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunub
11.10.2019 16:15
Kukla Teatrının nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb
11.10.2019 15:43
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsinin başa çatmasına beş gün qalıb
11.10.2019 14:28
“Xəmsə”nin özbək dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib
11.10.2019 14:03
Mədəniyyət naziri Rusiya nümayəndə heyəti ilə görüşüb
11.10.2019 12:39
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası Belçika Krallığının Spa şəhərində keçirilir
11.10.2019 10:58
Respublika Uşaq kitabxanasında xarici yazarlarla görüş keçirilib