Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
471

Dahi dramaturq Cəfər Cabbarlının Xızıdakı ev-muzeyi əsaslı təmir olunur

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyində əsaslı təmir-bərpa işləri görülür.

1899-cu il martın 20-də dünyaya göz açan Cəfər Cabbarlı 2 yaşına kimi bu evdə yaşayıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.

1999-cu ildə böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar muzeydə yenidənqurma işləri aparılıb, ətrafına qoruyucu şüşəbənd çəkilib. Həmin il Xızı şəhərinin mərkəzində Cəfər Cabbarlının möhtəşəm heykəli ucaldılıb.

Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap edilən məqalələri təşkil edir. Muzeydə, ümumilikdə, 520 eksponat saxlanılır.

Təmir-bərpa işlərinə sentyabr ayının əvvəlindən başlanılıb. Tikinti işləri zamanı zərər görməməsi üçün qoruyucu şüşəbəndin içərisində yerləşən evin üzəri örtüklə bağlanıb. Təmir işləri zamanı görkəmli dramaturqun yaşadığı evin özündə dəyişiklik edilməyəcək. Əsas iş qoruyucu şüşəbəndin daha müasir formada tikilməsi, muzeyin həyətində yeni inzibati otaqların inşası, istilik, işıqlandırma və təhlükəsizlik sisteminin qurulmasıdır.

İş icraçısı Famil Ağayev bildirib ki, təmir-bərpa işlərinin böyük hissəsi başa çatdırılıb və muzey noyabr ayının sonlarında təhvil veriləcək.

Bundan sonra Mədəniyyət Nazirliyinin mütəxəssisləri ev-muzeyində daxili tərtibat işlərini həyata keçirəcək.

Muzeyin direktoru Həcər Rəsulova qeyd edib ki, hər il yüzlərlə insan ev-muzeyi ziyarət edərək, Cəfər Cabbarlının həyat və yaradıcılığı ilə bağlı eksponatlarla tanış olur. Ziyarətçilər arasında Xızıya qonaq gələn ədəbiyyatsevər turistlər və məktəblilər üstünlük təşkil edir. Muzeydə ən diqqətçəkən eksponatlardan biri Cəfər Cabbarlının körpə vaxtı yaşadığı evin kiçildilmiş maketi və anası Şahbikə xanımın gündəlik istifadə etdiyi məişət əşyalarıdır. Muzeydə dahi dramaturqa məxsus mürəkkəblə yazan qələm də saxlanılır.

XƏBƏRLƏR

20.11.2019 09:12
Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub
20.11.2019 08:57
“Açıq kitabxana”da Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
19.11.2019 17:52
Mədəniyyət işçiləri arasında intellektual turnirin üçüncü mərhələsi təşkil olunub
19.11.2019 15:21
Qalereyanın direktoru Elçin Orucov Mədəniyyət Nazirliyi tərəfindən təltif edilib
19.11.2019 15:03
UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir
19.11.2019 12:56
Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində Kuba və Bəhreyn Mədəniyyət nazirləri ilə görüş keçirib
19.11.2019 10:54
Cəfər Cabbarlı həftəsi keçiriləcək
19.11.2019 09:16
Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir
18.11.2019 17:55
Nazir müavini Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb
18.11.2019 16:35
Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib
18.11.2019 15:53
Mədəniyyət Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib
18.11.2019 15:24
Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində İSESKO-nun baş direktoru ilə görüş keçirmişdir
18.11.2019 14:39
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı oldu
18.11.2019 13:01
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18.11.2019 12:04
Qubada Nizaməddin Şəmsizadənin 65 illik yubileyi qeyd edilib
18.11.2019 10:28
“Cəhənnəm sakinləri” maraqla qarşılanıb
18.11.2019 09:14
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert olub
16.11.2019 14:31
Sankt-Peterburq Forumu çərçivəsində Sevda Məmmədəliyeva Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov ilə görüşüb
16.11.2019 13:55
Forumun növbəti mövzusu “Uşaq incəsənət məktəbi-2019: təhsil, idarəetmə, inkişaf" olub
16.11.2019 11:45
Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Əkrəm Məmmədlinin yubiley gecəsi keçirilib
16.11.2019 11:24
“Dublyajda səs çələngi” adlı bədii gecə təşkil edilib
16.11.2019 11:11
Mədəniyyət könüllülərinin sıraları genişlənir
15.11.2019 19:00
“İslam sivilizasiyalarının mədəniyyət və irsi" sərgisinin açılışı keçirildi
15.11.2019 18:30
Dövlət Xidmətinin rəisi UNESKO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru ilə görüşüb
15.11.2019 17:18
Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın mədəniyyət siyasətindən bəhs edilib