Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
474

Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın mədəniyyət siyasətindən bəhs edilib

Xəbər verdiyimiz kimi, VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunan Azərbaycan nümayəndə heyəti müxtəlif tədbirlərdə iştirak edir.

Noyabrın 14-də Dövlət Ermitajının baş qərargahında təşkil olunmuş “Mədəniyyət dəyərləri bizim üçün və gələcək üçün” mövzusunda panel diskussiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Yaşar Hüseynli spiker qismində iştirak edib. Sektor müdiri paneldə “Azərbaycan Respublikasında mədəni dəyərlərin qorunması” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətindən bəhs edən məruzəçi mədəni dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində, o cümlədən, mədəni irs, peşəkar incəsənət və mədəni sənayelərin dəstəklənməsində qanunvericilik, inzibati, maliyyələşdirmə, informativ, kadr, infrastruktur və beynəlxalq təminat mexanizmlərinin rolundan söz açıb. 

Məruzədə həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində milli və bəşəri mədəniyyət sərvətlərimizin məhv edilməsinə dair faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Yaşar Hüseynli ölkəmizdə həyata keçirilən düşünülmüş mədəniyyət siyasətinin beynəlxalq aləmdə əldə olunmuş nəticələri barədə də danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” haqqında da geniş məlumat verib.

Qeyd edək ki, VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu noyabrın 16-da başa çatacaq.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir