Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1750

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı oldu

Noyabrın 18-də görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, yazıçının nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov qonaqları salamladı, görkəmli ədibin ömür yolundan qısa söz açdı.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmməquluzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rolundan bəhs etdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, böyük ədibin 150 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur: “Bu gün biz Cəlil Məmmədquluzadənin yeni təmirdən çıxmış ev-muzeyinin açılışına yığışmışıq. Muzeyin təmiri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həyata keçirilib. Təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar vurğuladı ki, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalmışdı: “Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb. Həmidə xanım xatirələrində yazırdı ki, evimiz qızanda Mirzə Cəlil dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun övladlarını yox, bu gün bizi də isidir”.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 68 illik fasilədən sonra Mirzə Cəlil nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirdi: “Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evi ilə tanış olacaqlar. Cəlil Məmmədquluzadə ən böyük əsərlərini bu evdə yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun mühüm xidmətləri olub. Sovet rejimi yazıçını İrandan dəvət etsə də, ona bir il ərzində lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli ədibləri onunla görüşmək üçün bu məkana gəliblər”.

Daha sonra çıxış edən yazıçının nəticəsi Martin Cavanşiri Cəlil Məmmədquluzadəyə göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.

Sonda tədbir iştirakçıları ev-muzeylə yaxından tanış oldular.

Xatırladaq ki, C.Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı mənzil Süleyman Tağızadə küçəsi 56-da (Köhnə Poçt küçəsi, 64) Azərbaycan hökumətinin 1978-ci ildə verdiyi qərarla ev-muzey kimi təşkil edilib. Muzeyin yerləşdiyi bina XIX əsrin axırları, XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət abidəsidir. Görkəmli ədibin ev-muzeyinin yeni ekspozisiyasının açılışı 1994-cü il dekabrın 28-də - anadan olmasının 125 illiyi ərəfəsində gerçəkləşib.

Sahəsi 185 kvadratmetr olan muzey 5 zaldan ibarətdir. Mədəniyyət ocağının əsas fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 5000-dən çox eksponat toplanıb.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir