Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1175

Ağstafa regional mərkəzdə səyyar seminar-treninqə bu gün start verildi

Azərbaycan Respublikası mədəniyyət nazirinin səyyar yay seminar-treninqlərinin keçirilməsi haqqında müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə Ağstafa regional mərkəzində abidə mühafizəçiləri üçün növbəti səyyar seminar-treninqə start verildi.

Qeyd edək ki, 17-21 iyul 2018-ci il tarixində Ağstafa regional mərkəz olmaqla Qazax və Tovuz rayonlarını əhatə edən abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda təşkil edilmiş səyyar seminar-treninqi Mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov açmışdır. Açılışda Ağstafa Regional Mədəniyyət  İdarəsinin rəisi Ramiz Quliyev, rəis müavini Gülgün Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun  arxeoloqu, Tarix elmləri üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov, Mərkəzin səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova və həmin bölmənin metodisti Türkan Həsənova da iştirak etmişdir.

40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqdə əhatə olunan rayonlar üzrə 21 nəfər abidə mühafizəçisi iştirak etmişdir. Treninqdə müzakirə olunan mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri, eyni zamanda “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanun və bu qanundan irəi gələn vəzifələrin yerinə yetirilməsi, Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı, abidələrin pasportlaşdırılması, siyahıya alınması və s. məsələləri  əhatə etmişdir.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb