Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1461

Akademik Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq

Yola salınan teatr mövsümü Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. Kollektiv mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq:

“Son dövrlərdə teatrda yüksək yaradıcı atmosfer mövcuddur. Hazırlanan tamaşalarda gənc və orta nəsil aktyorları ilə yanaşı, yaşlı aktyorlar da iştirak etməyə can atır. Bunu bir növ nəsillər arasında sağlam yaradıcı rəqabət hesab etmək olar. Teatrın repertuarında dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alıb. Buna misal kimi C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Almaz”, İ. Əfəndiyevin “Boy çiçəyi”, M. S. Ordubadinin “Qətibə İnanc”, E.Əfəndiyevin “Cəhənnəm sakinləri”, Y.Polyakovun “Sinif yoldaşları”, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” və “Şah Qacar”, Kamal Abdullanın “Bir, iki – bizimki”, “Çingiz Aytmatovun “Manqurt”, Miro Qavranın “Qəribə, çox qəribə əhvalat” və digər əsərləri misal göstərilə bilər.

Son dövrlərdə Akademik  Milli Dram Teatrında dörd yeni səhnə hazırlanaraq həm yaradıcı heyətin, həm də tamaşaçıların ixtiyarına verilib. Bunlar A.M.Şərifzadə, T. Kazımov, M.Məmmədov və A.İsgəndərov səhnələridir. M.Məmmədov, T. Kazımov  və A.İsgəndərov səhnələri daha çox məşqlər üçün yaradılsa da, A.M.Şərifzadə adına kiçik səhnə tamaşalar üçün nəzərdə tutulub.  Dəfələrlə bu səhnə öz tamaşaçılarını qəbul edib. Gəncrejissorlar Anar Babalı və  Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərləri tamaşaçılar və peşəkar teatr xadimləri tərəfindən uğurlu yaradıcılıq işi kimi dəyərləndirilib”.

Mətbuat xidmətindən əlavə olunub ki, ötən mövsümdə Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi “Cəhənnəm sakinləri” tamaşasını oynayıb:

“Təqdim olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb. Bundan başqa Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb. Qeyd etməliyəm ki, mövsüm ərzində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edib. Ölkəmizin teatr həyatı üçün səmərəli danışıqlarla yadda qalan bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb. Bildiyimiz kimi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət  Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Akademik Milli Dram Teatrının kollektivi festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə uğurlu çıxış edib. Pirallahı tamaşaçıları qarşısında “Vəsiyyət” tamaşasını oynayan  kollektivin növbəti səfəri Xaçmaza nəzərdə tutulub.

Teatrımızın kollektivi hər zaman ölkə başçımızın, mədəniyyət nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının diqqət mərkəzində olub. Belə ki, mövsüm ərzində teatrın truppasından xalq artisti Ramiz Novruz Prezidentin fərdi təqaüdünə, xalq artisti Rafiq Əzimov “Şöhrət” ordeninə, Sabir Məmmədov və Əjdər Həmidov xalq artisti, Rövşən Kərimduxt əməkdar artist fəxri adına layiq görülüblər. O cümlədən Teatr Xadimləri İttifaqının “Sənətkar” ordeni Azərbaycan teatrının inkişafında xidmətləri olan görkəmli sənətkarlarımız Nazim Bəykişiyev, Kazım Abdullayev və Hicran Nəsirovaya təqdim olunub. Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli isə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc rejissoru” mükafatını qazanıb.

Yola saldığımız mövsümdə teatrımızda yeni - “İuda”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Rəqs edə pinqivinlər”, “Şah Qacar”, “Gəl baharım, gəl yazım”, “Bir iki, bizimki”, “Qəribə, çox qəribə, əhvalat”, “Sinif yoldaşları”, “Manqurt”, “Ah, bu uzun sevda yolu”  tamaşaları təhvil verilib.

Akademik Milli Dram Teatrının Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələri də yüksək səviyyədədir. Belə ki, universitetdə rejissorluq təhsili alan diplomantlar teatrımızın Abbas Mirzə Şərifzadə səhnəsində tamaşalar hazırlayıb, tələbə aktyorlar bir neçə tamaşada böyük sənətkarlarımızla birgə səhnəyə çıxıb, teatrşünaslıq ixtisasında təhsil alanlarla isə peşəkar yaradıcılıq işi aparılıb.

Son olaraq bildirmək istərdik ki, yeni mövsümdə bir sıra yeni premyeralarla teatrsevərlərin görüşünə gələcək, onlara müasir və klassik dramaturgiya nümunələri əsasında hazırlanan yeni və maraqlı səhnə əsərləri ilə sevindirəcəyik”.

XƏBƏRLƏR

19.04.2019 16:55
Polşanın Krakov şəhərində akademik Yusuf Məmmədəliyevin barelyefinin təntənəli açılışı mərasimi keçiriləcəkdir
19.04.2019 16:03
III Respublika Xalq Teatrları Festivalının növbəti mərhələsi İsmayıllıda keçirilmişdir
19.04.2019 15:20
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19.04.2019 11:36
IV Buktreyler Festivalının Münsiflər Heyəti öz işinə yekun vurdu
19.04.2019 10:11
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
19.04.2019 09:17
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb
18.04.2019 17:47
“Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirildi
18.04.2019 16:39
Respublika Gənclər Kitabxanasında “Tarixi abidələrimizi qoruyaq” adı altında dəyirmi masa keçirilib
18.04.2019 16:31
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Budapeştdə Nəsiminin 650 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək
18.04.2019 16:28
Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib
18.04.2019 16:23
Gəncə Dövlət Universitetində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib
18.04.2019 16:16
Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun anadan olmasının 135 illiyi qeyd olunub
18.04.2019 12:13
Milli Kitabxanada “18 aprel – Tarixi abidələrin mühafizəsi günüdür” adlı kitab sərgisi açılıb
18.04.2019 12:11
Özbəkistanlı qonaqlar İsmayıllıda silsilə görüşlər keçirəcək
18.04.2019 11:14
“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir
18.04.2019 11:00
“Creative Business Cup” startap proqramının ölkə finalı keçirildi
18.04.2019 09:39
Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi anılacaq
18.04.2019 09:05
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağcabədi rayonu olub
18.04.2019 09:03
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.2019 17:38
“Sumqayıt-70” layihəsi çərçivəsində yaradılan “Günəşim” kukla tetarının təqdimat mərasimi keçirilib
17.04.2019 16:28
Azərbaycanda “IMAGINE” Avropa Tolerantlıq Festivalı təşkil olunacaq
17.04.2019 11:56
Xaçmazda Tofiq Tağızadənin 100 illik yubileyi qeyd edilib
17.04.2019 11:34
Özbəkistanın “Dunyo Boylab” telekanalında “Qafqaz mirvarisi – Azərbaycan” adlı geniş veriliş yayımlanıb
17.04.2019 11:07
Tovuzda III Respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi və xalq yaradıcılığı kollektivlərinə baxış keçirildi
17.04.2019 11:04
X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcəkdir
17.04.2019 10:50
“Bir, iki – bizimki!” Abbas Mirzə Şərifzadə səhnəsində
17.04.2019 10:19
“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri müəyyənləşdi
17.04.2019 09:23
Musiqili Teatrda bu həftə ərzində səkkiz tamaşa nümayiş olunacaq
16.04.2019 15:48
Azərbaycanda dünyanın 70 ölkəsində təşkil olunan “Creative Business Cup” adlı startap proqramının Ölkə Finalı keçirilir