Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
610

Şamaxıda “Muzeylər və Nəsimi irsi” adlı müsabiqə keçirilib

18 may 2019-cu il tarixində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsi “18 may –Beynəlxalq Muzeylər Günü” münasibətilə S.Ə.Şirvani adına Tarix-diyarşünaslıq muzeyində “Muzeylər və Nəsimi irsi”adlı müsabiqə keçirmişdir.

Müsabiqənin qaydalarına əsasən iştirakçılar 2 saat ərzində XIX əsrə aid eksponatın rəsmini çəkib münsiflər heyətinə təhvil verməli idi. Gənc istedadların xüsusi marağının cəlb edən müsabiqədə birinci, ikinci və üçüncü yerlərə layiq görülmüş iştirakçılar diplomlarla təltif olundular.

Tədbirin sonunda Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Mirzəyev çıxış edərək Beynəlxalq Muzeylər Günü barədə ətraflı məlumat verdi, bu günün cəmiyyətin həyatında əhəmiyyətini vurğuladı və bununla əlaqədar keçirilən müsabiqənin qaliblərini təbrik etdi. Həmçinin Muzeyin rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirdi.

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu