Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
495

Azərbaycanda dünyanın 70 ölkəsində təşkil olunan “Creative Business Cup” adlı startap proqramının Ölkə Finalı keçirilir

Yaradıcı Sənayelər üzrə “Creative Business Cup” müsabiqəsində Azərbaycanı Danimarkada Dünya Finalında təmsil edəcək startap 17 Apreldə seçiləcək!

Tədbir saat 9:00-da Azərbaycan-Fransız Universiteti (UFAZ) - da başlayacaqdır. Ünvan: Nizami küç., 183, Bakı, Azərbaycan

Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” Azərbaycan 2019 startap proqramının Azərbaycan Finalı 17 Aprel tarixində baş tutacaq!

Proqrama qəbul olunmuş 19 startap komandası “Creative Business Cup Azerbaijan” Finalında Azərbaycanı 2019-cu il İyun və İyul aylarında, Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Creative Business Cup – ın Dünya Finalında təmsil etmək şansını qazanmaq üçün mübarizə aparacaqlar!

Proqrama aşağıdakı sahələr üzrə 168 müraciət olmuşdur və 19 startap proqrama qəbul olunmuşdur.

Memarlıq, Musiqi, Moda, Film, Video & Fotoqrafiya, İdman, Kompüter Oyunları və Elektronika, Oyuncaqlar və Oyunlar, 3D Çap, Proqram təminatı, Sənətkarlıq və Sənətkarlar, Antik Bazarlar,  Dizayn, Təcrübə Texnologiyaları, Reklam, Gastronomi, Boş Zaman fəaliyyətləri, Teatr, Rəssamlıq və İncəsənət, Radio və Televiziya, Yaradıcı Sənayelər üzrə Nəşriyyat.

"Creative Business Cup" 4 əsas mərhələdən ibarətdir. Azərbaycan üzrə bu ilki nəticələrə görə, proqrama 168 müraciət arasından 19 startap seçilmiş və CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv kampda iştirak ediblər. İki günlük bootcamp bitdikdən sonra komandalar 5 həftəlik ölkədaxili koçinq sessiyalarından keçmiş və burada ekspertlər tərəfindən “Creative Business Cup” - ın müəyyən etdiyi vacib biznes konseptlər üzərində praktiki işləyəcək, layihələrinin ilkin işlək versiyasını hazırlayaraq özlərini ölkə finalına hazırlayıblar.

17 aprel tarixində baş tutacaq Azərbaycan Finalında komandalar münsiflər qarşısında Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 70+ ölkənin hər birinin ölkə finalı qalibi olan startap komandası 2019 - cu ilin İyun və İyul aylarında Danimarkanın, Kopenhagen şəhərində keçiriləcək Dünya Finalına vəsiqə qazanacaqdır.

"Dünya Finalı" – Kopenhagen, Danimarka, 29-30 iyun, 2019 (Dünya Finalistləri üçün Kamp), 1-2 iyul, 2019 (Dünya Finalı)

Hər bir ölkənin qalib startap komandası Dünya Finalında bir yerə toplanacaq və Dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimat edəcəklər. Dünya Finalında dünyanın 70-dən çox ölkəsindən qoşulan 1000 nəfərlik bir proqramda qalib startapımız ölkəmizin uğuru üçün yarışacaq.

CBC Azərbaycan Finalının mükafatları:

  • Birinci yerin qalibi: Dünya Finalında iştirak üçün bütün xərclərin sponsorluğu,
  • İkinci yer, üçüncü yer və ən bəyənilən qadın sahibkar (startapçı) nominasiyalarının qalibləri CBC Azərbaycan sponsoru tərəfindən dəyərli hədiyyələr.

CBC Qlobal Finalının mükafatları:

  • Birinci yer: 7,000 avro,
  • İkinci yer: 3,500 avro,
  • Üçüncü yer: 1,500 avro.
  • Əlavə olaraq 4 fərqli mövzu mükafatı (cəmi: 17,000 avro).

 

Son müraciət tarixi: 5 Mart, 2019

Sil. innovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatlı qalmaq üçün “Social Innovation Lab” facebook səhifəsini izləyə və www.sil.vc veb səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Bir daha qeyd edək ki, “Creative Business Cup” 2019 proqramı Azərbaycanda “Sil.” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı və Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı ilə həyata keçirilir.

Proqramın digər tərəfdaşları Shamans kreativ agentliyi, Avrora MMC, Bizon enerji içkiləri, Çinarlı suları və Buket.al startapıdır. Proqramın Media tərəfdaşları Technote Media, Edumap və REAL TV təşkilatlarıdır.

XƏBƏRLƏR

23.05.2019 16:13
Tanınmış rəssam Vədud Müəzzinin Bakıda növbəti fərdi sərgisi açıldı
23.05.2019 16:11
“Balaca Şahzadə” dörd dəfə nümayiş olunacaq
23.05.2019 16:00
Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunan elektron məlumat bazasının təqdimatı keçirildi
23.05.2019 15:52
Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir
23.05.2019 11:36
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində
23.05.2019 11:10
Musiqili Teatrda 60-cı dəfə “O olmasın, bu olsun” nümayiş olunacaq
23.05.2019 10:45
Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada konsert proqramı ilə çıxış edib
23.05.2019 10:30
Qusarın ən çox kitab oxuyan sakinləri mükafatlandırılıb
23.05.2019 10:23
Musiqili Teatr geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq
23.05.2019 09:31
Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
23.05.2019 09:29
Nizami Kino Mərkəzində “Mateo Falkone” filmi yenilənmiş versiyada təqdim edilib
23.05.2019 09:28
Əfsanəvi qarmon ifaçısına həsr olunmuş kitab təqdim edilib
22.05.2019 19:57
“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub
22.05.2019 18:17
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi
22.05.2019 17:41
Azərbaycanın tarixi körpüsü bərpa olunur
22.05.2019 17:14
Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşulub
22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib