Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
205

“Azərbaycan musiqisinin inciləri UNESKO-nun siyahısında” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib

2019-cu ilin 30 iyun - 10 iyul tarixlərində Bakı şəhərində UNESKO-nun   Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar iyulun 9-da  Azərbaycan  Musiqi Mədəniyyəti Dövlət Muzeyində növbəti tədbir keçirilmişdir.                             
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.  Bildirmişdir ki, bu günlərdə  Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası  keçirilir. Bununla əlaqədar  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Azərbaycan musiqisinin inciləri UNESKO-nun siyahısında” adlı  silsilə  tədbirlər  proqramı  hazırlamışdır.

Qeyd edildi ki, Azərbaycan Muğam sənəti, Azərbaycan Aşıq sənəti, tar ifaçılığı sənəti,  kamançanın hazırlanması və ifaçılıq sənətinin UNESKO-nun müvafiq siyahılarına salınması ilə bağlı tədbirlərin keçirilmişdir.

İyulun 5-də Heydər Əliyev Sarayında muzeyin Qədim Musiqi Alətləri Ansamblının konserti keçirildi. Tədbirdə UNESKO ekspertləri,  xarici ölkələrin Azərbaycandakı səfirləri  iştirak etmişdir. Tədbirdə iyulun 7-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xüsusi vurğulandı.

Sonra Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Kamil Bəşirov “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”nin siyahıya salınması barədə öz fikirlərini bölüşdü. Muzeyin şöbə müdiri Təranə Zeynalova “Yallı” (Köçəri, Tənzərə) rəqsinin tarixi və növləri haqqında məruzə etmişdir. Tədbirin sonunda  Fikrət  Əmirov adına Əməkdar kollektiv Azərbaycan  Dövlət  Mahnı  və  Rəqs Ansamblı yallı rəqsini ifa etmişlər. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, professor Ağaverdi Paşayev, baletmeyster, Əməkdar artisti Ceyhun Qubadovdur.

Ornamentlərində Azərbaycan musiqi alətləri və "Yallı" rəqsi elementlərindən istifadə olunmuş xalçalar nümayiş olunmuşdur. Bu xalçalar Azərbaycan Rəssamlıq Akademiyasının dosenti  Münəvvər Hacıyevanın eskizləri əsasında  toxunmuşdur.

XƏBƏRLƏR

17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib
15.07.2019 08:41
Professor Fırat Purtaş: UNESKO-nun Şəki barədə qərarı Azərbaycana şərəf gətirən tarixi bir uğurdur
12.07.2019 16:19
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib
12.07.2019 15:48
Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə tədbir keçirilib.
12.07.2019 15:15
Milli Dram Teatrında mövsümün sonuncu tamaşası “Qarabağnamə” olacaq
12.07.2019 15:11
Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq