Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
436

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib

1-7 sentyabr tarixlərində Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransı keçirilib. Bu il “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında təşkil olunan konfransın açılış mərasimində Yaponiya şahzadəsi və onun xanımı, nazirlər, millət vəkilləri və Kioto şəhərinin meri, ICOM Azərbaycan Milli Komitəsinin 18 üzvü daxil olmaqla dünya ölkələrindən 4500-dən çox muzey mütəxəssisi iştirak edib. 1948-ci ildən etibarən üç ildən bir keçirilən konfransın məqsədi həmişə olduğu kimi beynəlxalq muzey ictimaiyyətinin əhəmiyyətli bir mövzu ətrafında fikir mübadiləsi aparması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikovanın tədbirdə “Günəşin doğduğu ölkə və odlar diyarı – kəsişmə nöqtərləri” mövzusunda ICOM-un Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) üzrə beynəlxalq komitəsində məruzəsi dinlənilib. Konfrans iştirakçılarından Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova ICOM-un Ədəbiyyat muzeyləri (ICLCM) üzrə beynəlxalq komitəsində “Musiqi həvəskarları klubu dayanıqlı mədəni fəaliyyətin nümunəsi kimi”, ICOM-un Musiqi və musiqi alətləri muzeyləri və kolleksiyaları (CIMCIM) üzrə beynəlxalq komitəsində isə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında təhsilin rolu və muzeyin təhsilə töhfəsi” mövzularında məruzələrlə çıxış edib. “İçərişəhər” Muzey Mərkəzinin Ekspozisiyalar və beynəlxalq əlaqələr şöbəsinin daimi ekspozisiyalar üzrə sektor müdiri Həcər Alxasovanın ICOM-un Tarix və Arxeologiya muzeyləri və kolleksiyaları (ICMAH) üzrə beynəlxalq komitəsində “İçərişəhərdə şəhər arxeologiyası” mövzusunda məruzəsi, müstəqil kurator Əsli Səmədovanın isə ICOM-un Geyim muzeyləri və kolleksiyaları (COSTUME) üzrə beynəlxalq komitəsində “Qadın səsi: ənənə, moda və zəriflik Qafqazda və onun hüdudlarından kənarda”, ICOM-un Sərgilər və mübadilə (ICEE) üzrə beynəlxalq komitəsində “Milli irsimiz layihəsinin sərgiləri” adlı məruzələri dinlənilib. Digər 14 nəfər isə tədbirə iştirakçı qismində qatılıb.

Konfrans çərçivəsində Şirin Məlikova xüsusi dəvətlə gənc muzey mütəxəssisləri üçün təşkil olunmuş Muzey İdarəçiliyi mövzusunda bir saatlıq mentor sessiyanı aparıb. Bununla yanaşı, “İçərişəhər” Muzey Mərkəzinin Ekspozisiyalar və beynəlxalq əlaqələr şöbəsinin daimi ekspozisiyalar üzrə sektor müdiri Həcər Alxasova ICOM-un Tarix və Arxeologiya muzeyləri və kolleksiyaları (ICMAH) üzrə beynəlxalq komitəsinin, Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalova isə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Etnoqrafiya Muzeyləri və Kolleksiyaları üzrə Beynəlxalq Komitəsinin (ICME)  idarə heyətinin tərkibinin təyinatı üzrə seçkilərdə komitənin idarə heyətinin üzvü seçilib. Qeyd edək ki, tədbirdə ICOM-un üç beynəlxalq komitəsinin, INTERCOM və ICME-nin birgə illik konfransının, eləcə də ICLCM-in illik konfransının 2020-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı irəli sürülən təklif qəbul olunub. Konfransda həmçinin ICOM-un yeni prezidenti və idarə heyəti seçilib. Səsvermədə Azərbaycan nümayəndə heyətindən 5 nəfər iştirak edib. Sonda səsvermənin nəticələrinə əsasən Suay Aksoy yenidən prezident seçilib və idarə heyətinin yeni üzvlərinin adları açıqlanıb. Tədbirdə əsas mövzulardan olan muzeyin yeni tərifinin qəbulu məsələsi isə uzun müzakirələrdən sonra ICOM-un növbəti illik iclasına qədər təxirə salınıb.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir