Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1577

Azərbaycan Polşada 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalında təmsil olunub

8-12 noyabr 2017-ci il tarixində Polşanın Varşava şəhərində 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı keçirilmişdir. Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova təmsil etmişlər.

Festival çərçivəsində keçirilən elmi konfransda A.Sultanzadə “Təhsil dayanıqlı inkişafın təməli kimi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova ölkəmizin festivalda fəal iştirakına görə Diplomla təltif edilmişdir.

Qeyd edək ki, 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı çərçivəsində keçirilən elmi konfransla əlaqədar olaraq cari ilin oktyabr ayında Bakı Turizm Peşə Məktəbində “Təhsil dünyanı dəyişə bilər” devizi altında açıq dərs keçirilmişdir.  "FilmAT” Film, Sənət və Turizm Festivalının təşkilat komitəsi tərəfindən kino, media və turizm sahəsində dünyada tanınmış şəxslərin təmsil olunduğu peşəkar münsiflər heyəti ilə yanaşı bu ildən etibarən beynəlxalq tələbə münsiflər heyətinin də yaradılması qərara alınmışdır. Bu il beynəlxalq tələbə münsiflər heyətinin polşa, braziliya və azərbaycanlı tələbələrdən ibarət olması festival rəhbərliyi tərəfindən təklif edilmişdir. Bu məqsədlə, Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbinin 9 nəfər tələbəsindən ibarət münsiflər heyəti yaradılmışdır. Cari il iyun ayının 22-də Bakı Turizm Peşə Məktəbində münsiflər heyətinin toplantısı keçirilmişdir. Toplantıda "FilmAT” Film, Sənət və Turizm Festivalına dünyanın müxtəlif ölkələrindən təqdim edilən 17 filmə tələbə münsiflər tərəfindən baxış keçirilmiş və filmlər qiymətləndirilmişdir.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb