Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
664

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Amalya Əliş qızı Pənahova

 Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Görkəmli teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, Respublikanın Xalq Artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində  vəfat etmişdir.  

Amalya Əliş qızı Pənahova 1945-ci il iyun ayının 15-də Gəncə şəhərində dünyaya göz açmışdır.

O, 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsinə daxil olmuş və aktyorluq sənətinin incəliklərinə yiyələnmişdir. Hələ tələbə vaxtlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan aktrisa bu sənət ocağında 28 il çalışmışdır.

Milli Dram Teatrın səhnəsində ilk dəfə İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə surəti ilə çıxış edən A.Pənahova burada çalışdığı illər ərzində bir çox maraqlı yaddaqalan obrazlar yaratmışdır.

İstedadlı aktrisa doğma səhnədə – Natəvan, Şahnaz, Nərmin, Nargilə, Aynur (İ.Əfəndiyev “Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldı”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Bizim qəribə taleyimiz”, “Büllur sarayda”), Medeya (J.Anuy “Medeya”), Ofeliya (U.Şekspir “Hamlet”), Tomris (O.Altunbay “Tomris”), Nigar (S.Şendil “Qanlı Nigar”), Təhminə (Anar “Təhminə və Zaur”), Zərifə (S.Rəhman “Nişanlı qız”) öz təbiiliyi, həyatiliyi, emosional təsiri, dərin psixoloji yozumu ilə seçilmişdir.

Aktrisa Azərbaycanfilmin çəkdiyi “Əhməd haradadır?”, “Qərib cinlər diyarında”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qəribə adam”, “Gözlə məni”, “Ömrün yolları”, “Cazibə qüvvəsi”, “Şamdan” kimi bədii filmlərdə müxtəlif səpkili rollar oynamışdır.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış A.Pənahova ömrünün sonuna kimi bu teatra rəhbərlik etmişdir. Burada o, 12 tamaşaya quruluş vermişdir.

1994-cü ildən pedaqoji fəaliyyətə başlamış və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinin müəllimi olmuşdur.

A.Pənahova 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuşdur.

Aktrisa sənətdə əldə etdiyi nailiyyətlərə görə ən yüksək fəxri adlara, orden və mükafatlara layiq görülmüşdür. Unudulmaz aktrisa Amalya Pənahova Azərbaycan teatr və kino sənətinin əvəzolunmaz sənətkarlardan biri idi. Yüksək istedadı, təkrarolunmaz ifa tərzi ilə əsil xalq məhəbbətini qazanmışdı. 

Amansız ölüm istedadlı  aktrisanı  aramızdan apardı.

Zaman keçəcək, lakin öz təbiiliyi, həyatiliyi, emosional təsiri və dərin psixoloji yozumu ilə seçilən obrazlar gözəl sənət nümunələri kimi yaddaşlarda yaşayacaqdır.

  Amalya Pənahovanın əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində  qalacaqdır.

Xalq artisti ilə vida mərasimi 9 noyabr tarixində saat 11:00-dan Akademik Milli Dram Teatrında keçiriləcəkdir.

Allah rəhmət eləsin!

XƏBƏRLƏR

10.12.2018 16:33
Xalq artisti Gülxar Həsənovanın Fəxri xiyabanda xatirəsi yad olundu
10.12.2018 12:35
Musiqili Teatrda “Çarəsiz sərnişinlər” yola çıxdılar
10.12.2018 12:17
Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir
10.12.2018 10:38
Quba şəhərində Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi
07.12.2018 19:59
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edildi
07.12.2018 17:33
Ölkəmiz Avstriyanın Vyana şəhərində keçirilən “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunur
07.12.2018 17:18
Mədəniyyət naziri Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb
07.12.2018 16:59
Şamaxı şəhərində Prezident təqaüdçülərinin konserti keçirildi
07.12.2018 15:49
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru Dövlət Xor Kapellası ilə bir səhnəni bölüşdü
07.12.2018 12:40
Sabirabadda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
07.12.2018 11:28
Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib
07.12.2018 11:22
Bakıda isveçli rəssamın fərdi sərgisi açılıb
06.12.2018 15:26
Həsən Məmmədovun 80 illik yubileyi Salyan şəhərində təntənəli şəkildə qeyd olundu
06.12.2018 15:21
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atıb
06.12.2018 14:42
Zaqatala və Ağsu rayonlarında “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq seminar-təlim keçirilmişdir
06.12.2018 14:28
Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirildi
06.12.2018 14:16
Azərbaycanın İsmayıllı və Özbəkistanın Rişton şəhərləri qardaşlaşıb
06.12.2018 11:21
Avrasiya Kitabxanalar Asssambleyası üzvlərinin növbəti iclası keçirilib
05.12.2018 16:48
Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib
05.12.2018 16:40
Kitabxana bəşəriyyətin mədəniyyət və elm xəzinəsidir
05.12.2018 15:08
Quba Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir
05.12.2018 14:01
Respublika Gənclər Kitabxanasında “Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi