Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
737

Azərbaycanda “IMAGINE” Avropa Tolerantlıq Festivalı təşkil olunacaq

1-14 may 2019-cu il tarixində ölkəmizdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı və Avropa İttifaqının təşkilatçılığı ilə “IMAGINE” Avropa Tolerantlıq Festivalı təşkil olunacaqdır. Bununla bağlı xüsusi mətbuat konfransı keçirilib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis Azərbaycanda 3-cü “IMAGINE” festivalının açılışına həsr olunmuş mətbuat konfransında bildirib ki, bu il festival ilk dəfə Bakıdan əlavə, Gəncə şəhərində də təşkil olunacaq. Festival günlərində müxtəlif tədbirlər - konsertlər, sərgilər, kino nümayişləri baş tutacaqdır.

Qeyd edilib ki, sayca üçüncü “IMAGINE” tolerantlıq və mədəni müxtəliflik festivalı mayın 1-dən 14-dək keçiriləcək və zəngin proqramı sənədli kino ilə yanaşı, musiqi axşamlarını, ustad dərslərini, teatr tamaşalarını, həmçinin dünya şöhrətli rejissor və musiqiçilərlə diskussiyaları əhatə edəcək.

Mədəniyyət Nazirliyinin sektor müdiri Ramil Abbəkirov Azərbaycan və Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb və bildirib ki, mayın ilk günlərində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və bura gələn bir çox qonaqların “IMAGINE” festivalında iştirakı da gözlənilir.

Festivalın tərəfdaşlarından biri olmaqdan qürur duyduqlarını bildirən Birləşmiş Mədəniyyətlər Təşkilatının icraçı direktoru Paola Casagrande çıxışında qeyd edib ki, festivalın 9 xarici qonağı olacaq. Onlar Gəncədə, Nizami kinoteatrında, “Salaam Cinema”da, Azərbaycan Dillər Universitetində və bir sıra digər yerlərdə tədbirlər keçirəcək. Bildirilib ki, festivalın ilk günü, mayın 1-də fotoqraf Nikola Landemardın İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində fotosərgisi açılacaq. Onun sərgisi müxtəlifliyə həsr olunub və üç mövzunu əhatə edir: Avropa siyasətçiləri, Fransa teatrında qaçqınların çıxışı və Brüsseldə yerləşən Avropa məhəllələri.

Festivalın digər qonaqlarından biri də saksofonçu Marselo Monkadadır. O, “İçərişəhər” metro stansiyasında insanların əhatəsində çıxış edəcək. Andalusiyadan olan gitaraçı El Amir, portuqaliyalı qadın müğənni Maqda Mendes, kinorejissor Robert Rombout da festivalın qonaqları sırasındadır. R.Rombout festival çərçivəsində ABŞ şəhərlərindən bəhs edən filmini də nümayiş etdirəcək. Paavo Vesterberq adlı Finlandiyadan olan kinorejissor Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçəcək.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb