Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
566

Azərbaycandan Özbəkistana göndərilən zəngin kitab kolleksiyasının sərgisi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (AMM) çoxsaylı kitab kolleksiyası göndərib.

Mədəniyyət Mərkəzində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və digər sahələri əhatə edən bu kitabların sərgisi də açılıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, yaradılacaq Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün Azərbaycan dili kursları, habelə ana dilimizi daha dərindən öyrənməsinə dəstək göstərilməsi məqsədi ilə kitabxana və kinozal fəaliyyət göstərəcəkdir. Təşkil olunan sərgiyə marağın böyük olduğunu qeyd edən Samir Abbasov sərgilənən kitablar arasında tariximizə, milli mədəniyyətimizə, Azərbaycan ədəbiyyatına dair olduqca maraqlı nəşrlərin yer aldığını vurğulayıb.

Daha sonra bu kitabların, habelə son beş ildə AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlərin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzinə veriləcəyi bildirilir. 

Xatırladırıq ki, hazırda universitetdə açılacaq mərkəzdə son işlər aparılır.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb