Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
802

Bakıda dünya şöhrətli keçə ustalarının master-klassları keçiriləcək

25-27 oktyabr 2018-ci il tarixində Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi tərəfindən Bakı şəhərində keçiriləcək “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu çərçivəsində dünya şöhrətli keçə ustalarının master-klassları təşkil ediləcək.

Keçədən dəbli və gözəl aksessuarları öz əlləri ilə hazırlanma qaydasını öyrənmək istəyənlər aşağıda qeyd olunan master-klasslarda iştirak edə bilərlər.

“Osmanlı” türk keçə texnikası üzrə ustad dərs

Rəhbərlər: Mehmet və Teresa Girgiç

Tarix: 25-26 oktyabr, saat 9:30 

“Osmanlı” texnikası parça üzərinə (bir qayda olaraq ipək parça) keçə ornamentinin tətbiqindən ibarətdir. Bu üzəri mürəkkəb, fakturalı səthli məmulatlar yaratmağa imkan yaradır. Bu halda məmulatın rəngi bəzək elemeti olaraq vurğulanmır, yalnız "bərabər şərtlərlə" fakturasını tamamlayır. Mehmet və Teresa Girgiç tərəfindən hazırlanan əsərlərin əsasında çox zaman Böyük İpək Yolunun ənənəvi tikmələrinə rast gəlinir. Ustad dərsində məhz onların yaradıcılığına xas olan bu növ əsərlər hazırlanacaq.

***

“Kiyiz” keçə qırğız texnikası üzrə ustad dərs

Rəhbərlər: Ayday Asanqulova və Nurcamal Asanqulova

Tarix: 27 oktyabr, saat 10:00

Qonaqlara “BUKON” dizayn studiyasının keçə emalının üsulu nümayiş olunacaq. Rəssam-dizayner Ayday Asanqulovanın rəhbərlik etdiyi bu studiya gənc rəssam və tələbələri birləşdirir. Studiyanın vəzifələrindən biri, keçəçilərin beynəlxalq səviyyədə peşəkar və yaradıcı inkişafını təşviq etməkdir. Studiya ənənəvi qırğız texnikası olan “kiyiz”in ipək, yun və pambıq kimi materiallarla işlənərək yeni səviyyəyə yüksəlməsinə nail olub. Master-klass zamanı ipək üzərində keçədən şərf hazırlanacaq.

***

Nano-keçə üzrə ustad dərs

Rəhbər: Selçuk Gürışık

Tarix: 27 oktyabr, saat 10:00

Selçuk Gürışık Böyük Britaniyanın, ABŞ və Türkiyədənin müxtəlif universitetlərində mühazirələr oxuyur, həmçinin, əsərlərində ənənəvi Anadolu keçəsinin tətqiqi nəzəriyyəsi və təcrübəsini birləşdirərək, dəbli aksessuarların tərtibatçısı və istehsalçısı kimi tanınır. Selçuk & Ali brendi altında o, və onun iş ortağı Ali Alev təbii xammaldan - yun, ipək və kəşmirdən istifadə edirək nano-keçə (parça üzərində keçə) istehsal edirlər. Master-klass zamanı Selçuk Gürışık keçə emal üsullarını paylaşacaq.

Nəzərinizə çatdırırıq ki, hər bir ustad dərs üçün 8 nəfərin iştirakı nəzərdə tutulmuşdur. Qeydiyyat üçün Azərbaycan Xalça Muzeyinin rəsmi facebook səhifəsinə və ya aşağıda göstərilən əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

(012) 497-20-57

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı