Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1011

Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi

Mayın 21-də Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” hotelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi.

Auksion ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədilə təşkil olunub.

Auksionda Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Gennadi Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov və Aslan Rüstəmovun rəsm əsərləri, eləcə də Şamil Cəfərovun “İnqermandland” adlı I Pyotr (1682-1725) dövrünə aid döyüş gəmisinin maketi təqdim olunurdu.

Auksion haqqında mətbuata açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi: “Bizim təcrübədə ilk dəfədir ki, Azərbaycanda beynəlxalq tələblərə uyğun olaraq rəssamların əsərləri auksion vasitəsilə satışa çıxarılır. Bu proses ölkəmizin yaradıcılıq sənayesinin inkişafı baxımından çox önəmli bir hadisədir. Hazırda dünyada yaradıcılıq sənayesi vasitəsilə böyük maliyyə imkanları əldə edilir”.

Nazir vurğuladı ki, gələcəkdə Azərbaycan rəssamlarının əsərləri nəinki ölkə daxilində, həmçinin xaricdə də keçirilən auksionlarda iştirak edə bilər. Bu təşəbbüs dəstəklənəcək və gələcəkdə bu kimi auksionlar mütəmadi keçiriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, auksion ölkəmizin sənət tarixində ilk hadisədir və “Auction Baku” MMC bundan sonra da bu cür hərraclar gerçəkləşdirəcək. Təqdim olunan əsərlər Azərbaycanın tanınmış rəssamlarının işləridir. Auksiona çıxarılan əsərlərin hamısı şəxsi kolleksiyalarda yer alır.

Daha sonra hərracın ilk çəkici vuruldu və auksion başladı. Rəssam Mahmud Rüstəmovun ilkin qiyməti 500 manat olan “Yarpaqlar” tablosu hərraca çıxarılaraq 1000 manata satıldı. Aslan Rüstəmovun “Bahar 2015” əsəri 2200 manata, Mirazər Abdullayevin “Sürət” əsəri 3300 manata, Şamil Cəfərovun “İnqermandland” gəmisi 1300 manata alıcısını tapdı. İlk auksionda ümumilikdə beş lot satıldı. Ən bahalı lot Mirazər Abdullayevin “Sürət” əsəri oldu.

Auksionda xalq rəssamları Böyükağa Mirzəzadənin “Səhnə arxasında”, Mara Rəhmanzadənin “Göl”, “Lənkəran” tabloları, həmçinin Tofiq Cavadovun “Kamal Əhmədin portreti” və başqa əsərlər təqdim olunurdu.

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilk qiymətləri 500-70 000 manat arasında təyin olunmuşdu.

XƏBƏRLƏR

15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
11.09.2019 17:30
Mədəniyyət naziri Rusiya nümayəndə heyətini qəbul etdi
11.09.2019 16:20
“Mədəniyyət naminə elm” layihəsi davam edir
11.09.2019 11:48
İspaniyalı turistlər Lənkəranın Xan sarayına baş çəkiblər
11.09.2019 11:21
Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib